GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Deputatlarımızın Ermənistan səfəri və Göy Məsçiddə çəkilən foto

Deputatlarımızın Ermənistan səfəri və Göy Məsçiddə çəkilən foto

Tarix: 29-11-2018, 20:35 Bölmə :Cəmiyyət Baxış: 777
Deputatlarımızın Ermənistan səfəri və Göy Məsçiddə çəkilən foto


Elşən Əlisoy

1994-cu ildən bağlanan və 24 il uzanan "atəşkəs rejimi"nin "bəhrəsini" ermənilər görməyə başlayırlar. Bir zamanlar BMT -nin Ermənistan əleyhinə qəbul etdiyi məlum qətnamələri əlimizdə bayraq edib, hardasa bir ümid gözlədiyimiz hisslərin də üstündən qara xətt çəkilməyə başlayır. Ermənistan böyük tədbirlərə ev sahibliyi edir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları üzərində qurulan qondarma rejimin başçısı ölkələrə səfərlər edir, aksiyalar keçirir və qondarma rejimi tanıtmağa başlayır. Bu cür durumda çox təəssüf ki, bəzi sapı özümüzdən olan baltalar da "erməni siyasəti"nin alətinə çevrilməyə başlayırlar.

Bildiyiniz kimi, işğalçı Ermənistanda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin iclasına Azərbaycan dövlətinin adından qatılan Mətbuat Şurasının sədri, millət vəkili Əflətun Amaşov və daha bir millət vəkili Eldar Quliyev və Asəf Hacıyev bu cür tədbirdə iştirak etməklə haqlı bir suala cavab verməlidirlər: Siz hansı millətin vəkilisiniz?! Söhbət Azərbaycan xalqından gedirsə, Azərbaycan xalqı Ermənistanı işğalçı rejim olaraq qəbul edir və ağlı başında olan hər bir Azərbaycan ziyalısı işğalçı rejimin dünyadan təcrid olunmasının tərəfdarıdır. Təcrid siyasəti tək iqtisadi embarqolarla aparılmır. Təcrid siyasətinin əsas prinsiplərindən biri də işğalçı dövlətin beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin qarşısını almaq deyilmi?! Belə olmalı halda nədən Ermənistanda keçirilən tədbirlərin qarşısı alınmır?! Ən azından nədən Ermənistanda keçirilən tədbirdə iştirakdan imtina etmirsiniz ?! Bəyəm siz anlamırsınız ki, işğalçı rejimin ev sahibliyi etdiyi tədbirdə iştirak etmədikdə verəcəyiniz bəyanatlarda Ermənistanın işğalçı rejim olduğunu, minlərlə Azərbaycan vətəndaşlarını qətlə yetirdikərini, girov götürdükləri vətəndaşlarımızın - qadın və körpələrimizin insan oğlunun ağlına gəlməyəcəyi işgəncələrə məruz qoyduqlarını deməklə siz Azərbaycana və həqiqətə həmin tədbirdə iştirak etməyinizdən daha çox xeyir vermiş olarsınız?!

Acınacaqlı vəziyyətin biri də budur ki, başqa vaxtlarda ermənilərlə görüşən və ya Ermənistana səfər edən QHT üzvlərini yıxıb-sürüyən mətbuat orqanları Əflatun Amaşovun səfərinə nədənsə susurlar. Bax budur Azərbaycan mətbuatının bu günki faciəli durumu!

Bir qarın çörək, maddi dolanışıq bir zamanlar qəzet köşklərində saatlarla yazılarını gözlədiyimiz peşəkar adlanan jurnalistlərin əksəriyyətini "zurnalist"dən də betər aşağı səviyyəyə salıb. Artıq Azərbaycanda mədəsi vətəndən yuxarda dayanan böyük bir zümrə formalaşmaqdadır. Bu “erməni siyasəti”nə xidmət etmək deyilmi?! Bir zamanlar Ermənistana səfər edənlərin ofisləri qarşısında aksiya keçirib, dövlətdən onlara cəza tələb edən məcburi köçkünlərin, şəhid ailələrinin bunların bu səfərlərinə susqunluqları və artıq öz taleləri ilə barışmaları “erməni siyasəti”nin nəticəsi deyilmi?

Ermənistanda və Qarabağda yüzlərlə dağılmış məsçidlərimiz olduğu halda Əflatun Amaşovun və Asəf Hacıyevin fars -erməni birliyinin hiyləgər birliyi nəticəsində qorunma halında olan Göy Məsciddə şəkillər çəkdirib paylaşmaları əslində ermənilərin dediyimiz kimi vandal olmadıqlarını göstərmək deyilmi?!

Hörmətli Əflatun Amaşov, siz Gürcüstanda anadan ola bilərsiniz, ancaq xatırladım ki, sizin anadan olduğunuz və bu gün Bolnisi şəhəri adlandırılan diyar tarixən Çörük Qəmərli adlanan Azərbaycan torpaqlarıdır və siz də bir Azərbaycan türküsünüz!

Hörmətli Asəf Hacıyev, siz unutmusunuzsa, mən sizə qəhraman Cavad xanın diyarından olduğunuzu xatırladım. O, Cavad xanın ki, işğalçı ilə eyni masada oturmağı yox, döyüşə getməyi və şəhid olmağı üstün tutdu.

Hörmətli Eldar Quliyev, siz Azərbaycanı işğal etməyə gələn və qəhraman Cavad xanın qatili olan Sisyanovu qətlə yetirən igid Aslan bəyin doğulduğu bir şəhərdə doğulmusunuz. Bunun məsuliyyətini dərk etmək bir o qədərmi çətindir?!

Dünyanın heç bir özünə hörmət edən dövləti terrorçularla bir masada oturmur. Siz Ermənistanın rəhbərliyində təmsil olunan və terrorçu olmayan bircə nəfər də olsun adam göstərə bilərsinizmi?!

Ermənistanda keçirilən tədbirdə iştirak etməklə siz millət vəkili titulunuzun Azərbaycan xalqına nə qədər aidiyyyəti olub-olmadığını bir daha nümayiş etdirdiniz. Mən erməni vəhşiliklərinin acı nəticələrini yaşayan, yurdu-yuvası erməni işğalında olan bir insan kimi sizi tutduğunuz bu yanlış yoldan dönməyə səsləyirəm. Şəhidlərimizin qanına batan əlləri sıxmayın! Qız-gəlinlərimizin namusuna toxunanlarla bir masada oturmayın! Körpələrimizin dərisini soyanlarla, qadınlarımızın döşünü kəsənlərlə masada siyasət yapmayın! Uutmayın, sizə verilən imtiyazlar müvvəqqəti, tarix isə əbədidir! 31 mat soyqırımından sonra ermənilərlə bir cəbhədə olan Məşədi Əzizbəyovların, Ayna Soltanovaların, Nəriman Nərimanovların, Əliheydər Qarayevlərin talelərindən ibrət götürün!

Mən sizin Azərbaycan xalqının, şəhidlərimizin, parlamentin önündə boyunlarını bükən şəhid ailələrinin, Qarabağ qazilərinin, erməni işgəncəsinə məruz qalan qadınlarımızın – körpə balalarımızın vəkilləri olmağınızı arzu edirəm. Vallah ermənilərlə bir masada oturmaqdansa bu daha şərəflidir!

P.S. Bəlkə də bu yazıya görə sayt bloklanacaq. Ancaq bir mətbuat orqanı ki, həqiqəti dərc etməyəcək, olmağından olmamağı yaxşıdır. Bir həyat ki, həqiqətə xidmət etməyəcək, yaşamağından yaşammağı yaxşıdır.

Bir də, 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın göstərişi ilə tikilən Göy Məsçid nə vaxtdan İran fars rejiminin mədəniyyət mərkəzi oldu? Din qardaşı dediklərimizin erməni qardaşlığı yadıma “Tülkü həccə gedir” cizgi filmini saldı. Həcc yolunda görünən tülkülərin dərilərinin soyulduğu vaxta isə çox az qalıb./sozcu.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənilərə Ramil cavabı (VİDEO)

    Ermənilərə Ramil cavabı (VİDEO) ...

    6-02-2015, 22:57

  • 
  • "Cenevrə danışıqlarından sonra Brüsseldəki təxribat sülh prosesinə zərbə endirmək cəhdidir"

    "Cenevrə danışıqlarından sonra Brüsseldəki ...

    20-10-2017, 17:47

  • 
  • Azərbaycan XİN-dən sərt reaksiya

    Azərbaycan XİN-dən sərt reaksiya ...

    23-09-2014, 01:04

  • 
  • ​Azərbaycan və daha 3 ölkə Ermənistanın mükafatından imtina etdi

    ​Azərbaycan və daha 3 ölkə Ermənistanın ...

    27-11-2018, 13:10

  • 
  • Erməni turist Türkiyə ərazisini Qərbi Ermənistan adlandırdı – Təxribat davam edir(FOTO)

    Erməni turist Türkiyə ərazisini Qərbi Ermənistan ...

    26-10-2018, 13:36


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu