Dağlıq Qarabağdakı separatçı-terrorçu rejim girov götürülən azərbaycanlı Elnur Hüseynzadənin işinə yenidən baxmağa və onu azad etməyə hazır olduğunu deyib.[b][/b]
Bu bəyanatı qondarma rejimin “xin sözçüsü” Artak Nersisyan yayıb.
O, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad və ya mübadilə edilməsiylə bağlı heç bir məsələnin müzakirəsini aparmadıqlarını və aparmayacaqlarını da bildirib.
Qeyd edək ki, Elnur Hüseynzadə 2017-ci ilin fevralında girov götürülüb. Dilqəm Əsgərovla Şahbaz Quliyev isə 2014-cü ildə öz kəndlərindəki qəbiristanlıqda doğmalarının qəbirlərini ziyarət etmək üçün Kəlbəcərə gedərkən separatçı-terrorçu qrup tərəfindən girov götürülüblər. Onlar Qarabağda “diversiya həyata keçirməkdə və terrorizmdə” ittiham ediliblər. Nəticədə qondarma qurumun qondarma məhkəməsi Əsgərovu ömürlük, Quliyev isə 22 il həbs cəzasına məhkum edib.
Bundan öncə Azərbaycan Ermənistana “hamı hamı ilə” prinsipi əsasında əsirlərin və girovların dəyişdirilməsini təklif etmişdi. Ermənistan və qondarma rejim bu təklifə rədd cavabı vermişdi. Bundan sonra Azərbaycanda əsirlikdə olan Karen Kazaryanın ailəsi Ermənistanda etiraz aksiyası keçirmiş, erməni hökuməti isə məsələni diqqətində saxladığını demişdi./axar.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?