GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Göyçayda Üç kəndin əhalisi zibilə qarışmış sudan istifadə edir' - ŞİKAYƏT

Göyçayda Üç kəndin əhalisi zibilə qarışmış sudan istifadə edir' - ŞİKAYƏT

Tarix: 13-12-2018, 16:04 Bölmə :Cəmiyyət Baxış: 417
Göyçayda Üç kəndin əhalisi zibilə qarışmış sudan istifadə edir' - ŞİKAYƏT


Göyçay sakinləri: ''Axırda bu qədər kəndin camaatı zəhərlənəcək, ondan sonra bir tədbir görəcəklər?''

Şıx dərəsi adlanan ərazi nə az, nə də çox, düz 4 kəndin örüş sahəsinə aparan yoldur.

GundemXeber.Az bildirir ki, Göyçayın Qarabaqqal, Hacalıkənd, Bığır və Qaraman kəndlərinin maldarları heyvanlarını buradan keçirib onlar üçün ayrılmış örüş sahələrinə aparırlar: "Göyçay Rayon İcra Hakimiyyəti bizim örüş sahələrimizə gedən yolu və örüş sahələrimizin bir hissəsini zibillik poliqonuna çevirib. Deyirik, şikayət edirik də, veclərinə deyil. Baxın, bu gördüyünüz zibilxana nə az, nə çox, düz iki kilometrə qədər uzanır”.

Göyçayın Qarabaqqal kəndinin sakini İslam Şıxəliyev belə deyir. Bildirir ki, 2018 buranın zibilxanaya çevrilməsinin üçüncü ilidir: "Bu qədər kəndin sakini heyvanını buradan keçirib otlağa aparır. İnsanların heyvanları zibil yeməkdən tələf olur. Bir düşünün, həmin heyvanın südündən qatıq, süzmə, pendir düzəldir bu camaat. Hər saniyə heyvana nəzarət etmək mümkün deyil. Birini qaytarırsan, ikincisi girib nəsə yeyir. Olmaz belə. Əməlli-başlı antisanitariyadır”.

Zibilliyin yaxınlığında məcburi köçkünlər də yaşayır. Onlar da heyvandarlıqla məşğuldurlar. Elmin Heydərov deyir ki, təkcə son yarım ildə 3 heyvanları şpris udub, tələf olub: "Məcbur qalıb, qapalı saxlayırıq. Onda da heyvandarlıq olmur axı bunun adı. Mal-heyvan gərək otlaya. Biz nə qədər ota pul verməliyik? Bu boyda fermanın heyvanlarını necə qapalı saxlayaq?”

E.Heydərov deyir ki, hələ indi buraların havası yaxşıdır. Yayda, ümumiyyətlə, iydən durmaq mümkün olmur: "Zibili hər gecə yandırırlar. Qapqara tüstüsü yayılır kəndlərə, eləcə də bizim yaşadığımız yerə. Göz-gözü görmür. Bundan əlavə, dağlardan axan sular zibillikdən keçib arxlara dolur. Həmin zir-zibilə qarışmış sudan aşağıdakı 3 kəndin əhalisi istifadə edir, içir. Axırda bu qədər kəndin camaatı zəhərlənəcək, ondan sonra bir tədbir görəcəklər? Necə olacaq?”

İ.Şıxaliyev deyir ki, problemdən bütün rayon xəbərdardır. Çəkib internetə də qoyublar. Ancaq bir təsiri olmayıb: "Heç veclərinə də deyil. Bu zibilliyə qarışmış sudan içir camaat. Həm insanlar, həm də heyvanlar. İnanın, içindən uşaq bezi, zir-zibil, hər şey çıxır. Mal-heyvan zibilxanada eşələnir. Sonra biz onun südünü sağır, qatıq, pendir edirik. Millət bununla qidalanır, zir-zibillə”.

Elmin Heydərov deyir ki, buradakı zibillər bütün Göyçaya aiddir. O bildirir ki, heç bir rayonda belə biabırçılıq yoxdur: "Heç olmasa, vaxtlı-vaxtında baxsınlar, basdırsınlar nə bilim, nəsə etsinlər. Olmaz axı belə. Dağdan gələn suların önündə, örüş sahələrinə gedən yolda zibillik salmaq nə dərəcədə doğrudur? Elə ki, hava qaralır, zibil maşınları ard-arda düzülür. Dəfələrlə burada vəhşi heyvanların leşlərinə də rast gəlmişəm. Hamısının da ağzı qapqara olur. Gecələr bu əraziyə 100-dən çox vəhşi gəlir. Bu, təbiətə hərtərəfli ziyan vurmaq deməkdir. Onlar da təbiətin bu cür korlanmasından əziyyət çəkirlər, zəhərlənir, qırılırlar.

Sakinlər bildirirlər ki, bu dəqiqə buradakı hava təmiz sayılır. Ancaq bir balaca günəş çıxan kimi üfunətdən dayanmaq mümkün olmur: "Görürsünüz də hələ indi iydən durmaq mümkün deyil. Biz buna təmiz hava deyirik. Görün günəş çıxanda nə olur də buralar”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Göyçay Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən bildiriblər ki, tezliklə yaranan problem aradan qalxacaq: "Bəli, orada elə bir vəziyyət yaranıb. Sakinlər də bildirib, biz də ərazidə olmuşuq. Tezliklə həmin zibillər basdırılacaq və problem aradan qalxacaq”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Göyçayda əhali çirkab sulardan istifadə etmək məcburiyyətində qalıb

    Göyçayda əhali çirkab sulardan istifadə etmək ...

    18-02-2017, 13:58

  • 
  • Başçı və Bələdiyyə sədri rayonun torpağını qazıyıb satır - İDDİA

    Başçı və Bələdiyyə sədri rayonun torpağını ...

    13-08-2018, 11:00

  • 
  • Qazaxda feodal qanunları

    Qazaxda feodal qanunları ...

    10-04-2013, 10:17

  • 
  • Azərenerjinin   prezidenti   Xaçmaz rayon Xanlıqoba kəndinin 600 sakinin torpaq payını zəbt edib

    Azərenerjinin prezidenti Xaçmaz rayon Xanlıqoba ...

    2-06-2013, 14:38

  • 
  • İki kəndin sakinləri arasında toqquşma: 14 ölü, 24 yaralı

    İki kəndin sakinləri arasında toqquşma: 14 ölü, ...

    26-06-2016, 18:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu