Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə, vəzifə səlahiyyətlərini aşmaqda və vəzifə saxtakarlığı etməkdə ittiham olunan Criminalaz.com saytının baş redaktoru Anar Məmmədovun məhkəməsinin vaxtı açıqlanıb.
Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası dekabrın 28-nə təyin olunub.
***
10:20
Gəncə hadisələrindən sonra barəsində cinayət işi başlanan Criminalaz.com saytının baş redaktoru Anar Məmmədovun istintaqı başa çatıb.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Eldar Mikayılovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.
Anar Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Qeyd edək ki, dekabrın əvvəlində Anar Məmmədovun barəsində Bakı şəhər Prokurorluğunda başlanan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Anar Məmmədovun barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilməyib.
Sorğu
Yeni dizaynımız necədir?