GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sahil Babayevin "çiçəyi burnunda olan" KORRUPSİYASI - İTTİHAM

Sahil Babayevin "çiçəyi burnunda olan" KORRUPSİYASI - İTTİHAM

Tarix: 21-12-2018, 13:51 Bölmə :Cəmiyyət Baxış: 626
Sahil Babayevin "çiçəyi burnunda olan" KORRUPSİYASI - İTTİHAM


Azərbaycanda gerçəkləşdirilən özünüməşğulluq proqramının icrası ilə bağlı bəzi regionlarda ciddi narazılıqlar var. Proqram çərçivəsində dövlətin adından vətəndaşlara qısır mal-qara, süddən yanıq, qoca-qotur qoyunlar verilir. Kasıb vətəndaşlar akta imza edib dövlətin verdiyi mal-qaranı, qoyunları qəbul etsələr də, proqramda nəzərdə tutulduğu kimi özlərinin dolanışığını təmin edə bilməyəcəklərini deyirlər. Səbəb isə onlara təqdim olunan heyvanların kökəlməyə, artmağa yararsız olmasıdır.

“Yeni Müsavat”ın 19 noyabr tarixli sayında “Məşğulluq Mərkəzinin qoyunlu oyunları - film kimi fırıldaq” sərlövhəli yazıda Goranboyun Əlirzalı kənd sakini Ariz Qnyaz oğlu Dəmirovun şikayətini dərc etmişdik. Vətəndaş ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Mərkəzi tərəfindən verilən qoyunların qoca olmasından şikayətlənmişdi. Demişdi ki, özünüməşğulluq proqramı çərçivəsində ona gecəyarısı təhvil verilən qoyunlar qocadırlar və nazirdən kömək istəmişdi. Ariz Dəmirov dişsiz qoyunların artmayacağını, bu səbəbdən də özünüməşğulluq proqramından onun dolanışığını təmin etməsinin də sual altına düşəcəyini demişdi. Oxşar problem Şəkidə də yaşanır. Bu haqda isə ötən sayımızda qeyd etdiyimiz kimi, iphekçi.info saytı xəbər yayıb. (http://musavat.com/news/qoca-qoyunlar-xeste-inekler-dovletin-qiymetli-layihesi-niye-naraziliq-yaradib_578964.html )

Sayt “Kasıbları bir az da müflis etməyin yeni yolu: özünüməşğulluq proqramı!” sərlövhəli yazı dərc edib.

Həmin yazıda qeyd olunur ki, Şəki rayonu üzrə isə 113 nəfər 40 saatlıq təlimlərə cəlb ediliblər. Cəlb edilənlərin əksəriyyəti heyvandarlıqla məşğul olmaq fikrində olub. Lakin heyvanların verilməsi zamanı məlum olub ki, vətəndaşlara qısır və balası olmayan inək və qoyunlar, süddən yanıq dana və toğlular təklif edilib. Bu, aztəminatlı vətəndaşları daha da müflis etməkdən başqa bir şey deyil. Başqa sözlə, vətəndaş 20 qısır qoyunu 2 il yemləmək üçün 3-4 min manat pul xərcləməlidir. Sonda isə həmin qoyunları yalnız 2 min manata sata bilər. Vətəndaş, deməli, 2 min manat ziyan edəcək.

Nazirlik podratçıların adını niyə gizli saxlayır?

“Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblının münasibətini öyrənib.

Mətbuat katibi həmin qoyunların haradan, hansı qiymətə, hansı podratçı şirkət tərəfindən alınması haqda suallara konkret cavab verməyib. Bildirib ki, bu xərclər üçün dövlət büdcəsindən ƏƏSMN-nə 35 milyon manat ayrılıb. Deyib ki, işdə olmadığından həmin podratçı şirkətlərin adını deyə bilmir. Növbəti gün – dekabrın 20-də isə mətbuat katibi zənglərimizi cavabsız qoyub. Yeri gəlmişkən qeyd edək ki, həmin podratçı şirkətlərlə bağlı məlumatlara ümumdünya elektron torunda da məlumatlara rast gəlinmir. Niyə şəffaf olması vacib olan bir məsələdə bunca məxfiçilik var?

Mətbuat katibinin adını konkret deməkdən yayındığı və dövlətin olduqca vacib layihəni gözdən salan hansı podratçı şirkətlərdir?

İyunda “anadan” olan MMC-lər avqustda dövlətin 20 milyon manatına necə sahib çıxıb?

Astna.biz saytı bu mövzuda araşdırma aparıb. Həmin araşdırmadan belə aydın olur ki, dövlətin pulu hesabına vətəndaşlara verilən qoyun və mal-qaranı podratçı -

“Aqri Kon” MMC və “Bis Co” MMC konsorsiumu təmin edir. Bu MMC-lər 2018-ci ilin iyulunda yaradılıb və həmin ilin avqustunda ƏƏSMN MMC-ləri podratçı olaraq seçib! Seçim aparılarkən hansı şərtlərin əsas götürüldüyü də ayrıca araşdırma mövzusudur.

Proqramın məqsədi ilə reallıq arasında - qotur, dişsiz, qısır heyvanları alan kimlərdir?

Dövlətin vətəndaşı ələbaxımlılıqdan çıxarmalı olan proqramı bəzi hallarda əks effekt verməsi – işsiz vətəndaşlara dişsiz, qotur, qısır, süd yanığı heyvanlar verilməsinə görədir. 1 aylıq MMC-lər vətəndaşları gələcəkdə borc bataqlığına atılmalarına zəmin yaradır. Proqramın məqsədi isə vətəndaşı ayağa qaldırmaq, öz biznesini qurmaq üçün ona dövlətin dəstəyini təqdim etməkdən ibarətdir. Belə bir halda 1 aylıq MMC-lərin hansı meyarlara əsasən ölkə başçısının təşəbbüsü ilə icrasına başladılan proqramda iştiraka buraxılmaları anlaşılan deyil.

ƏƏSMN sorğuya cavabı isə belədir

Astna.biz-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yolladığı sorğunun cavabını ixtisarla təqdim edirik. Sitat: “ƏƏSMN 2016-cı ildən başlayaraq yoxsul ailələrin yardımdan asılılığını ortadan qaldırmaq üçün özünüməşğulluq sisteminə keçidlə bağlı proqramların icrasına başlayıb. Həmin il proqramın icrasına 6 milyon manat ayrılmışdı və ondan 8 minə yaxın insanın faydalanacağı elan olunmuşdu. Bu il özünəməşğulluq sisteminin genişləndirilməsinə büdcədən 35,6 milyon manat ayrılmışdı”.

Dövlət satınalmaları registrində açıqlanmış məlumata görə, nazirliyin Dövlət Məşğulluq Xidməti özünəməşğulluq tədbirlərinin icrası üçün iyul və avqust aylarında ümumi dəyəri 30,3 milyon manat olan 3 müqavilə imzalayıb. Müqavilələr satınalma müsabiqəsi keçirilmədən birbaşa bağlanıb. Təəccüb doğuran odur ki, işlərin icrasına cəlb olunan iki lider şirkət “Az Nest” MMC və “Aqri Kon” MMC müqavilənin bağlanmasına 1-2 ay qalmış yaradılıb.

Nazirlik şübhəli məqama aydınlıq gətirməkdən niyə yayınır?

Nazirlik müqavilələrə dair informasiya sorğusuna cavabda bu şübhəli məqama aydınlıq gətirməyib.

Özünəməşğulluq tədbirlərinin təşkili çərçivəsində əhalinin özünəməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan vəsait isə belədir:

- iş və xidmətlər, eləcə də istehsalat mallarının təqdim olunmasına görə “Az Nest” MMC və “SRS Consulting” şirkəti (ABŞ) konsorsiumuna 9 milyon 894 min 357,82 manat;

- kənd təsərrüfatı malları ilə təminata görə “Aqri Kon” MMC və “Bis Co” MMC konsorsiumuna 19 milyon 225 min 246 manat.

Nazirliyə ünvanlaşmış sorğuya digər cavabları təqdim edirik:

- “Özünəməşğulluq tədbirlərinin təşkili çərçivəsində əhalinin özünəməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan "iş və xidmətlər, eləcə də istehsalat malları”, eləcə də “kənd təsərrüfatı malları” dedikdə konkret hallar üzrə nə nəzərdə tutulur?

- Burada proqrama cəlb olunan insanların potensiallarına uyğun olaraq öz məşğulluqlarını qurmaq üçün seçdikləri iqtisadi fəaliyyət növləri üzrə işlər və xidmətlər, istehsalat malları nəzərdə tutulur. Kənd təsərrüfatı malları isə özünəməşğulluq proqramı çərçivəsində ayrı-ayrı kənd təsərrüfatı sahələri üzrə kiçik təsərrüfatlarını yaratmaq istəyən insanlar üçün nəzərdə tutulan mallardır. Buraya əsasən iri və xırda buynuzlu mal-qara, arıçılıq üçün arı ailələri və s. aiddir.

-“Az Nest” MMC və “SRS Consulting” MMC konsorsiumu” və “Aqri Kon” MMC və “Bis Co” MMC konsorsiumu”nun iştirakı ilə bağlanmış satınalma müqavilələri üzrə neçə ailənin özünəməşğulluğu təmin olunacaq?

- Ümumilikdə, bu il proqram çərçivəsində 7 minədək şəxsin kiçik ailə biznesinin aktivləri (mal və materiallar) alınıb verilməklə dəstəklənməsi planlaşdırılıb. Proqrama cəlb olunmaq üçün müraciət edən və müvafiq potensialları olan şəxslər ilk növbədə biznesin təşkili üzrə zəruri bilik və bacarıqlara malik olmaları üçün onlar Beynəlxalq Əmək Təşkilatının baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçilər tərəfindən keçirilən kurslara cəlb edilir. Kursları bitirənlərdən biznes-planları uğurlu hesab edilənlərin aktivlərlə təminatı həyata keçirilir. Artıq 6,5 mindən çox şəxsin biznes planı qiymətləndirmə zamanı uğurlu hesab edilib və qiymətləndirmə prosesi davam etdirilir. Eyni zamanda bölgələrdəki proqram iştirakçılarının özünüməşğulluqlarını qurmaq üçün mal və materiallarla təmin edilməsi prosesi də gedir.

Bu prosesə ilk növbədə Cəbrayıl və Füzuli rayonları üzrə proqram iştirakçılarına aktivlərin verilməsi ilə başlanılıb.Cəbrayılın Cocuq Mərcanlı kəndində 25 ailə kiçik təsərrüfatlarını qurmaq üçün mal-qara ilə təmin olunub. Hazırda digər bölgələrdə də aktivlərlə təminat həyata keçirilir.

Proqrama cəlbetmə zamanı həssas qruplardan olan ailələrə üstünlük verilir. Məsələn, proqram iştirakçılarından 1000 nəfərdən çoxunu əlilliyi olan şəxslər, 1255 nəfərini məcburi köçkünlər, 158 nəfərini şəhid ailələrindən olanlar, 816 nəfərini ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, 388 nəfərini sağlamlıq imkanları məhdud uşağı olan valideynlər, 65 nəfərini penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunanlar və s. təşkil edir. Həmçinin proqramda iştirak edənlərdən 1026 nəfəri gənclərdir.

Eyni zamanda, dövlət uşaq müəssisələrinin məzunları olan, valideyn himayəsindən məhrum gənclərin mənzillə təmin edildikləri “Məzun evi”ndən də gənclərin bu proqrama cəlb edilməsi təmin olunub.

- Yuxarıda qeyd olunan 3 satınalmanın həyata keçirilməsi məqsədilə satınalma müsabiqəsi təşkil olunmuşdumu? Əgər birbaşa müqavilə üzrə satınalma proseduru təşkil olunubsa, konsorsium üzvləri eyni gündə, 2018-ci ilin iyun ayının 26-də yaradılmış “Aqri Kon” MMC və “Az Nest” MMC ilə müqavilələrin bağlanması necə izah oluna bilər? Onların özlərinin (yaxud aid olduqları şirkətlər qrupunun), yaxud konsorsiumların digər tərəfləri kimi biznes təcrübələri, o cümlədən müvafiq sahə üzrə bacarıqları mövcuddur?

- Məşğulluq tədbirlərinin təşkili çərçivəsində respublikanın rayonları üzrə əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satın alınması məqsədi ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanununun 21-ci maddəsinin müddəaları nəzərə alınmaqla və həmin qanunun 17.3-cü maddəsinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə “Aqri Kon” MMC və “Bis Co” MMC konsorsiumu arasında 3 avqust 2018-ci il tarixli birbaşa müqavilələr bağlanıb.

- İndiyədək özünəməşğulluq tədbirlərinə nazirlik tərəfindən Bakı şəhəri və ümumən regionlar üzrə neçə ailə cəlb olunub? Bu tədbirlərin icrasına nə qədər vəsait sərf olunub və ilkin nəticələr nədir?

- Proqramın əhatə etdiyi şəxslərin sayı 1200-dən cari ildə 7 minədək artırılır. Proqrama cəlb olunan və aktivlərlə təmin edilmiş şəxslər uğurlu şəkildə öz kiçik ailə təsərrüfatlarını yaradaraq genişləndirməyə səy göstərirlər. Bu da proqramın icrası sahəsində ilkin nəticələrin müsbət olduğunu deməyə əsas verir. Əsas məqsəd aztəminatlı ailələrin, sosial cəhətdən həssas qrupların özünüməşğulluq proqramı vasitəsilə dövlət sosial yardım proqramından asılılığını aradan qaldırmaq, onların kiçik sahibkarlığa çıxışına imkan yaratmaqdır.

Belə. Göründüyü kimi, kifayət qədər büdcə vəsaitlərinin sərf olunmasına rəğmən, özünəməşğulluq proqramının icrasına az sayda ailələr qoşula bilir. Onların kiçik biznesinin uğurlu olub-olmayacağını isə zaman göstərəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirlik 2 minə yaxın vətəndaşı işlə təmin etdi

    Nazirlik 2 minə yaxın vətəndaşı işlə təmin etdi ...

    26-02-2014, 15:23

  • 
  • Azərbaycanda yeni komitə yaradılır

    Azərbaycanda yeni komitə yaradılır ...

    2-09-2013, 12:54

  • 
  • Rayonlarda iş axtaranların nəzərinə!

    Rayonlarda iş axtaranların nəzərinə! ...

    28-09-2015, 22:47

  • 
  • Qurban bayramı zamanı özünüzü bəzi işbazlardan qoruyun! - ARAŞDIRMA

    Qurban bayramı zamanı özünüzü bəzi işbazlardan ...

    19-09-2015, 12:32

  • 
  • Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin olunub

    Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis ...

    4-08-2018, 16:32


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu