GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Jurnalist tənqid etdiyi konsulluğa girdi və araşdırma apardı – İstanbul göz yaşlarına inanır...

Jurnalist tənqid etdiyi konsulluğa girdi və araşdırma apardı – İstanbul göz yaşlarına inanır...

Tarix: 22-12-2018, 14:25 Bölmə :Cəmiyyət Baxış: 282
Jurnalist tənqid etdiyi konsulluğa girdi və araşdırma apardı – İstanbul göz yaşlarına inanır...


Baş konsulumuz danışdı: “Başqa cür olsa, kütləvi şəkildə saxtakarlığa göz yummuş olarıq”
Dünya mediasında konsulluğa girən və salamat çıxmayan jurnalist haqda yazıların, reportajların davam etdiyi bir vaxtda tənqidi bir şeylər yazmış jurnalist olaraq konsulluğa dəvət edilməyimi zarafata salaraq baş redaktorumuza xəbər verəndən sonra o məkana getdim.


Əslində 2 saat öncə konsulluğun fəaliyyəti barədə yazdığım tənqidi yazıyla bağlı Azərbaycanın İstanbuldakı konsulluğuna dəvətə görə bir az da sevindim ki, qaldırdığım məsələyə belə tez reaksiya verdilər. Tənqidi məqalələrə məhəl qoymayan, bildiyi kimi öz işinə davam edən məmurlar, jurnalistlərin gözünün düşmənidir.

Konsulluqda baş konsul Məsim Hacıyevlə görüşdüm. O, bu vəzifədə iki ildən artıqdır ki, çalışır. Amma onu media mühitində, ölkəmizin ictimai-siyasi dairələrində tanıyanlar çox azdır. Çünki cənab konsul mediatik adam deyil. Sələflərindən fərqli olaraq, onun heç qəzetlərdə, saytlarda dərc olunmuş şəkli də yoxdur. Söhbətimizi müşayiət edəcək şəkil çəkməyə cəhd etdim, Məsim müəllim ona da rüsxət vermədi və bir kəlməylə dedi ki, reklam olunmağı, özünü öyməyi sevmir.

Tənqidi yazımda qeyd etdiyim kimi, bəzi suallar vardı, ona cavab verilməsi lazım idi. Tərcümə edilən sənədlərin bahalı olmasından başladıq.

Baş konsul dedi ki, bu xüsusda durum çox qəlizdir: “Məsələ ondadır ki, İstanbulda yaşayan azərbaycanlılar çoxdur və onların çoxu qeyri-qanuni yaşayır. Onlar özlərinə qanuni sənədlər düzəltmək üçün qanunsuzluğa, saxtakarlığa əl atır, bundan ötrü bəzi saxta sənədlər hazırlayan şirkətlərə üz tuturlar. Həmin şirkətlər əsli olmayan sənədlər hazırlayır, tərcümə etdikləri sənədə artırmalar edirlər. Bəzən notariat kontorlarının möhürünü belə saxtalaşdırırlar. Biz sənəd verən kaymakamlığa, yəni hansısa rayonun icra hakimiyyətinə müraciət etdikdə məlum olur ki, onlar belə bir sənəd verməyiblər və bizə təqdim olunan sənəd tam saxtadır. Belə olanda da məcburuq sınanılmış, etibarlı tərcümə mərkəzlərinin və notariat kontorlarının xidmətindən istifadə edək. Başqa cür olsa, kütləvi şəkildə saxtakarlığa göz yummuş olarıq”.

İkinci məsələyə keçdik: konsulluğa müraciət edənlər nədən küçədə gözləyirlər, onların qapalı gözləmə zalında gözləməsinə, lazımi sənədləri münasib vəziyyətdə hazırlamalarına niyə şərait yaradılmır?

Baş konsul bildirdi ki, hər gün təxminən 150-200 nəfər konsulluğa müraciət edir: “Onların hamısını eyni zamanda konsulluğun binasının içindəki gözləmə zalında yerləşdirmək mümkün deyil. Qəbul otağında 15 nəfərlik yerimiz var. Beş nəfər üçün də ərizə yazmaq, anket doldurmaq üçün masalarımız var. Bu yerlər dolandan sonra müraciət edənlər gərək növbədə durub gözləsinlər. Onlara nömrə veririk, hər kəs öz növbəsini gözləyir, gözləmə zalında yerlər boşaldıqca bayırda gözləyənlər bir-bir gəlirlər”.

1.jpg (111 KB)

Məsim Hacıyev sözlərinin doğruluğunu əyani şəkildə göstərmək üçün əməkdaşlardan birini mənimlə birlikdə qəbul otağına göndərdi. Birinci mərtəbəyə endik, müşahidə etdim, baş konsulun dedikləri doğruydu. Mühafizəçilər məni XİN-dən gəlmiş müfəttiş hesab etsələr də, mühafizə xidmətinin rəhbəri bu məkanda şəkil çəkməyin qaydalara uyğun olmadığını dedi, daha mən də israr etmədim.

Konsulluq əməkdaşları baş konsulun təvazökar və sadə bir adam olduğunu, həm də bu vəzifəyə öz gücünə, uzun illərin zəhmətindən sonra, pillə-pillə irəliləyərək gəldiyini bildirdilər.

Bəs narazılıqlar nədən qaynaqlanır?

Onların dediyinə görə, saxta sənədlər hazırlayaraq pul qazanmaq istəyən bəzi işbaz şirkətlərin adamları bu cür söz-söhbətlər yayır və şişirdirlər. Üstəlik, müraciət edənlər çoxdur, onların hamısını qəbul edib, razı yola salmaq da çətindir.

Konsulluq əməkdaşı dedi ki, bəzən hətta çox xırda məsələ üstündə narazılıq yaranır: “Məsələn, bir qadın gəlib, deyirik, içəri keçməzdən öncə çantanı mühafizəçilərin yanında qoymaq lazımdır, kəskin şəkildə etiraz edir, səs-küy qaldırır. Belə şeylər az qala hər gün olur. Yaxud tez-tez müraciət edirik ki, yeni doğulmuş övladları üçün konsulluqdan doğum şəhadətnaməsi alsınlar, cavab verirlər ki, hələ lazım deyil. Uşaq böyüyüb məktəbə gedəsi yaşa çatanda gəlirlər. Sənədlərin tam və dürüst olması ondan ötrü vacibdir ki, vətəndaşlarımız Türkiyə dövlətinin səhiyyədə, təhsildə verdiyi imkanlardan yararlana bilsinlər”.

Konsulluğu ziyarətimin sonunda baş konsula da, digər konsullara da dedim ki, tənqidi yazılardan heç vaxt çəkinməsinlər, çünki tənqidi yazılar problemlərin həllinin təkanverici qüvvəsidir.

Ümid edək ki, İstanbul kimi böyük şəhərdə yaşayan həmvətənlərimiz də yaşadıqları ölkənin qanunlarına ciddi şəkildə riayət edəcəklər ki, sonra kütləvi şəkildə gəlib küçədə, konsulluq binasının önündə qalmasınlar.

Sözü gedən yazının linki burada: http://musavat.com/news/azerbaycanin-istanbuldaki-konsullugunun-fealiyyetinden-sikayetler-var-hadise-yerinden-reportaj-fotolar_579406.html
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Jurnalsit azad buraxılıb

    Jurnalsit azad buraxılıb ...

    5-08-2016, 00:35

  • 
  • Türkiyənin baş konsulluğuna basqın edildi

    Türkiyənin baş konsulluğuna basqın edildi ...

    7-12-2015, 13:00

  • 
  • Almaniya qaçıb gizlənmiş azərbaycanlı jurnalisti deportasiya edir

    Almaniya qaçıb gizlənmiş azərbaycanlı jurnalisti ...

    22-07-2017, 15:36

  • 
  • Ukrayna xaosda: Prezident qaçdı, Konsulluğa hücum edildi – Video

    Ukrayna xaosda: Prezident qaçdı, Konsulluğa hücum ...

    27-11-2018, 12:33

  • 
  • Tramp Qaşıqçının nişanlısını Ağ Evə dəvət etdi: TÜRKİYƏ NARAHATDIR

    Tramp Qaşıqçının nişanlısını Ağ Evə dəvət etdi: ...

    15-10-2018, 15:02


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu