Bu gün səhər saatlarında Bakı şəhər Nərimanov rayonunda 1 nəfərin göldə boğulması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Gundemxeber.az xəbər verir ki, hadisə Bakının mərkəzində yerləşən və ortasında böyük süni göl olan Dədə Qorqud parkında baş verib. Belə ki, səhər saatlarında FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin süni gölə düşməsi barədə məlumat daxil olub. Məlum olub ki, 40-45 yaşlı kişinin meyiti suyun ortasında qalıb. İlkin ehtimala görə, həmin şəxs gecə saatlarında gölə yıxılıb və ya özünü gölə atıb. Onun şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Araşdırmalar davam etdirilir. Qeyd edək ki, sakinlər səhər saatlarında göldən meyitin çıxması ilə bağlı məlumat veriblər.
*****
10:30
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin süni gölə düşməsi barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri suya düşmüş şəxsin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Araşdırma aparılır
Sorğu
Yeni dizaynımız necədir?