“Criminal.az” saytının rəhbəri Anar Məmmədovun məhkəməsi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinə jurnalist Anar Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Eldar Mikayılovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.
Anket məlumatları dəqiqləşdirildikdən sonra məhkəmənin baxış iclası yanvarın 11-nə təyin edilib.
A.Məmmədov barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri məhkəmə tərəfindən də qüvvədə saxlanılıb.
Bildirək ki, Anar Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.
Gəncə hadisələrindən sonra onun rəhbəri olduğu sayt bloklanıb.
Sorğu
Yeni dizaynımız necədir?