GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » ‘Sənə 3 il iş verərik, 30 il yatıb çıxarsan...’

‘Sənə 3 il iş verərik, 30 il yatıb çıxarsan...’

Tarix: 3-01-2019, 12:30 Bölmə :Cəmiyyət Baxış: 310
‘Sənə 3 il iş verərik, 30 il yatıb çıxarsan...’


Son bir ildə 3-cü haldır ki, həbsdə olan ictimai fəal barədə yeni cinayət işi açılıb və cəza müddəti uzadılıb.

2018-ci ildə dindar fəal Telman Şirəliyev və AXCP sədrinin müşaviri Məmməd İbrahimdən sonra, bloqqer Mehman Hüseynov barəsində də həbs müddətinin başa çatmasına üç ay qalmış, ona yeni cinayət işi açıldı. Yaxınları deyirlər ki, Mehman Hüseynov buna etiraz olaraq, dekabrın 28-dən aclıq aksiyasına başlayıb.

Vəkili Şəhla Hümbətova deyir ki, bloqqerlə görüşə bilmir:

“Ancaq məlumatımız ondan ibarətdir ki, 1 saylı istintaq təcridxanasına köçürülüb və bir dəfə evə zəng edib, bildirib ki, aclığı davam etdirir. Vəziyyəti pisləşib, həkim çağırıblar və həkim ona nə isə iynə vurub, amma biz bilmirik ki, bu nə ilə bağlıdır və nə iynəsidir. Bu gün (yanvarın 2-də -red.) əlaqə saxladım, dedilər ki, bayram günləri ilə bağlı onunla görüşə bilmərəm, yəqin ki, sabah görüşəcəyəm”.

Atası Rafiq Hüseynov isə bildirib ki, Mehman, dekabrın 30-da evə zəng edəndə sağlıq durumu ağır olub, onun, su içmək barədə xahişini qəbul etməyib. Atası deyib ki, bloqqeri telefonla danışmaq üçün əllərində gətiriblər.

Mehman Hüseynov polisə böhtan atmaqda ittiham olunub, 2 il azadlıqdan məhrum edilmişdi. Bu dəfə isə bloqqer, həbsxana zabitinin tələblərinə tabe olmamaqda və ona qarşı zor tətbiq etməkdə ittiham olunur.

Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə AzadlıqRadiosuna deyir ki, Mehman Hüseynov iki gündür ki, aclığı dayandırıb:

“Onun səhhətində heç bir problem yoxdur. Çoxdandır aclıq etmir o. Mən bildiyimə görə iki gündür o adam çörək yeyir”.

Mehman Hüseynov azadlıqda ikən hakimiyyəti sərt təndiq edirdi, bəzi məmurlara məxsus olduğu iddia olunan mülkləri barədə video bloqlar hazırlayırdı. Onun “Sancaq” adlı Facebook səhifəsinin 400 minə yaxın izləyicisi var.

Həbsdən əvvəlki sonuncu videolarının birində Mehman Hüseynov, prezident İlham Əliyevin xanımının 1-ci vitse-prezident təyin etməsindən bəhs edirdi.

Amma rəsmilər adətən bloqqerin hakimiyyət mənsublarını tənqid edən videolarına görə həbs edilməsi barədə deyilənləri inkar edir, onun polis əməkdaşına böhtan atdığına görə iki il müddətinə azadlıqdan məhrum edildiyini deyirlər.

"Bizə tapşırmışdılar deyə etdik..."

Keçən ilin sentyabrında, başqa bir məhbusun, AXCP sədrinin müşaviri Məmməd İbrahimin üç illik cəza müddətinin bitməsinə bir gün qalmış penitensiar xidmətin əməkdaşlarının dediklərinə görə onun yatağından kəsici alət tapılmışdı və hazırda yeni cinayət işi üzrə məhkəmə gedir.

Oğlu Turan İbrahim deyir ki, atasının azadlığa çıxmasını gözləyərkən bu hadisə gözlənilməz oldu:

“Əvvəl getdik yanına bizi buraxmadılar, sonra buraxdılar. Hadisədən özü də təəccüblənmişdi. Amma təxribat törədənlər deyiblər ki, biz məcburuq, bizə tapşırmışdılar deyə bunu etdik”.

Hüquq müdafiəçisi Leyla Yunus deyir ki, Əliyevlərin hakimiyyəti dövründə ümumilikdə dördüncü dəfədir ki, ictimai fəal məhbusa həbs müddəti başa çatmamış cinayət işi açılır. Üç məhbusla bağlı bu hal keçən il, bir məhbus - keçmiş səhiyyə naziri Əli İnsanovla bağlı isə 2016-cı ildə baş verib. Leyla Yunus deyir ki, məqsəd insanların ümidini kəsməkdir:

“Bu diktatorlar istəyirlər ki, vətəndaşlarda ümid qalmasın. Adamlar deyirlər ki, eybi yox, girərik türməyə, vaxtımız bitəndə çıxarıq. Onlar isə deyirlər ki, sənə üç il iş verərik, 30 il yatıb çıxarsan”.

Hakimiyyətdə olan rəsmilər iddia edirlər ki, ölkədə siyasi məhbus yoxdur və heç kimə siyasi baxışlarına görə təzyiq olunmur. Amma Azərbaycanın beynəlxalq insan haqları reytinqi də aşağıdır, Human Rights Watch, Freedom House kimi qurumları ölkəni “qeyri-azad” kimi qiymətləndirir./AzadlıqRadiosu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Emin Hüseynov: Mehman Hüseynov aclıq aksiyasına başlayıb

    Emin Hüseynov: Mehman Hüseynov aclıq aksiyasına ...

    28-12-2018, 14:02

  • 
  • Atası Mehman Hüseynovla görüşə buraxılmayıb

    Atası Mehman Hüseynovla görüşə buraxılmayıb ...

    1-01-2019, 19:12

  • 
  • Mehman Hüseynov azadlığa buraxılmadı - Səbəb (Yenilənib)

    Mehman Hüseynov azadlığa buraxılmadı - Səbəb ...

    24-08-2018, 21:25

  • 
  • Mehman Hüseynov cəzaçəkmə müəssisəsinə qaytarılıb

    Mehman Hüseynov cəzaçəkmə müəssisəsinə qaytarılıb ...

    9-08-2018, 15:24

  • 
  • Penitensiar Xidmət Mehman Hüseynovun səhhətində problem olmadığını, vəkilləri problem olduğunu deyir

    Penitensiar Xidmət Mehman Hüseynovun səhhətində ...

    1-01-2019, 18:27


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu