Bakı metrosunda ölüm hadisəsi qeydə alınıb. Milli.Az xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə axşam saatlarında baş verib: ""Həzi Aslanov" stansiyasından hərəkətdə olan qatar "Ulduz" stansiyasına yaxınlaşarkən bir nəfər sərnişin özünü pis hiss edib. Sərnişin "Ulduz" stansiyasında düşürülüb və təcili tibbi yardım briqadası çağırılıb. Sərnişin stansiyada dünyasını dəyişib.
Araşdırmalar zamanı həmin şəxsin Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Mahir Kazımov olduğu müəyyən edilib".
Meyit aidiyyəti üzrə təhvil verilib.
----------
20:57
Bakı metropolitenində ölüm hadisəsi baş verib.
"Həzi Aslanov" stansiyasından hərəkət edən qatarda şəxsiyyəti hələlik məlum olmayan kişinin halı qəfil pisləşib. Həmin şəxs "Ulduz" stansiyasında sərnişinlərin köməyilə qatardan düşürülüb. Təcili yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov qafqazinfo-ya açıqlamasında ölüm faktını təsdiqləyib.
Həmin şəxsin kimliyi dəqiqləşdirildikdən sonra məlumat veriləcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?