DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, yanvarın 7-də qanunsuz ov etdiklərinə görə 5 nəfər Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırmalarla onların Füzuli rayon sakinləri Yavər Rəhimov, Təvəkkül Şıxəliyev, Firqət Muradov, Elyar Eyvazov və Rasim Kərimov olduqları müəyyən edilib.
Onlardan 2 ədəd “TOZ-63”, “İJ-58”, “MR-155” və müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngləri və 15 ədəd patron, habelə ovladıqları 10 ədəd dovşan götürülüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?