GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » GƏNCƏ TIBB KOLLECINDƏ GƏLƏCƏYIN MAMAÇALARINA RÜŞVƏT «DOĞUZDURMAĞI» ÖYRƏDIRLƏR

GƏNCƏ TIBB KOLLECINDƏ GƏLƏCƏYIN MAMAÇALARINA RÜŞVƏT «DOĞUZDURMAĞI» ÖYRƏDIRLƏR

Tarix: 10-01-2019, 13:20 Bölmə :Cəmiyyət Baxış: 517
GƏNCƏ TIBB KOLLECINDƏ GƏLƏCƏYIN MAMAÇALARINA RÜŞVƏT «DOĞUZDURMAĞI» ÖYRƏDIRLƏR


Gəncə Tibb Kolleci 1931-ci ildə Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığının qərarı ilə Tibb Politexnikumu kimi yaradılıb, 1935-ci ildə Feldşer-Mama Məktəbinə, 1939-cu ildən isə N.K.Krupskaya adına Kirovabad baza Tibb Məktəbinə çevrilib. 2010-cu ilin iyun ayından bu təhsil ocağı Gəncə Tibb Kolleci adlandırılıb.

İki korpusdan ibarət kollec binası ötən ilin oktyabr ayında əsaslı təmir olunaraq tələbələrin ixtiyarına verilib. Burada aparılan əsaslı təmir işləri nəticəsində elmi-praktik konfrans zalı müasir üslubda təmir olunub. Dərs otaqları və kabinetlər yeni əyani vasitələrlə təchiz ediliblər. İki həftə əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Tibb Kollecində olub. Şəhər rəhbəri təhsil müəssisəsində yaradılan şəraitlə tanış olub, burada yeni qurulan elektron kitabxananın təqdimatında iştirak edib. Əlbəttə, bütün bu sadalanan maddi-texniki təminat tədrisin keyfiyyətinə müsbət təsir edən amildir. Amma ən əsası deyildir… Etibarlı mənbədən verilən məlumata görə, kollecdə hökm sürən korrupsiya atmosferindən sıxılan bəzi tələbələr icra hakimi kollecdə olarkən, ona şikayət etmək istəyiblər. Lakin onları cənab başçıya yaxınlaşmağa qoymayıblar. Kollecdə «Müalicə işi», «Praflaktik tibb bacısı», «Mamalıq», «Əczaçılıq», «Ortopedik stomatologiya», «Diaqnostik laboratoriya» ixtisasları üzrə mütəxəsislər hazırlanır. Ancaq həmin gənclərin yetərincə savadlı mütəxəssis kimi yetişmələri şübhə doğurur. Biz bunu əsla onların qabiliyyət qüsurları ilə əlaqələndirmək fikrində deyilik. Məsələ burasıdır ki, kollecdə baş alıb gedən rüşvət atmosferi az — çox oxuyan tələbələri də ruhdan salır. Qənaətbəxş durumda olanlar yalnız «yuxarıda «adamı olanlar, tapşırılanlardır. Bu günlərdə sözügedən kollecin «mamalıq» ixtisası üzrə oxuyan tələbələrindən birinin valideyni redaksiyamıza müraciət edərək, qarşılaşdıqları total rüşvət tələbindən söz açmışdır. Valideyn bildirmişdir ki, qızı illik 600 manat təhsil haqqı ilə ödənişli təhsil alır. Onun verdiyi məlumata görə, təkcə «mamalıq» fakültəsində 3 şöbə var. Hər şöbədə bir neçə qrup fəaliyyət göstərir. Qış və yay semestrlərində 8 fənnin hər birinə görə tələbələrdən hərəyə 50 manat pul yığılır ki, bu da toplam hər semestr üçün 400 manat edir. Onun övladının oxuduğu qrupda 18 tələbə var. Bildiyinə görə, onlardan 16-sı tələb olunan rüşvəti ödəyiblər. Hətta yaxşı oxuyanlar belə cəmi bircə çatışmayan baldan ötrü «kəsilməyəcəklərinə» əmin olmadıqları üçün pul verməyi düzgün seçim hesab edirlər. Əks təqdirdə, işlər ən pis ssenari ilə gedə, kursda qala bilərlər. Bir sözlə, açıq bazara çevrilmiş kollecdə rüşvətsiz heç nə mümkün deyildir. Əgər bir qrupda rüşvət alınan tələbələrin say nisbəti 18 nəfərdən 16-dırsa, ümumilikdə 700-dən çox tələbənin 90%-nin ödədiyi rüşvətin toplam kəmiyyəti barədə təsəvvür əldə etmək çətin deyildir. Bundan başqa, «sərbəst işlər» üçün də ayrıca pul yığılır. Hər fənn üzrə aylıq imtahan statusunda olan kollegiuma görə də fənnlərin hər biri üçün hərədən10 manat alınır. Valideyn həmçinin bildirir ki, qızının oxuduğu şöbədə pul tələbələr sırasından təyin olunmuş hansısa biri, yəni, starosta tərəfindən deyil, məhz şöbə müdiri Sevinc Daşdəmirovanın özü tərəfindən yığılır. Valideynin sözlərinə görə, şöbə müdiri hətta onlara özünəməxsuis tərzdə təsəlli də verir ki, bəs mamaçalar indi xərclədikləri pulları gələcəkdə tibbi xidmət göstərəcəkləri hamilə qadınlardan çıxaracaqlar. Məsələ ilə əlaqədar araşdırma apararkən, Sevinc Daşdəmirovanın fikirlərini öyrənmək üçün onunla telefon bağlantısı qurduq. Özü ilə bağlı ittihamları təkzib etsə də, kollecdə baş verən hər şeyin məhz direktor Mehman Rzayevin nəzarəti ilə həyata keçirildiyini bildirdi. Bizdən telafon nömrəmizi alıb dedi ki, kollec rəhbərini redaksiyamıza verilmiş şikayətlə əlaqədar məlumatlandıracaq və yaxın günlərdə direktorun bizə zəng vurub suallarımızı cavablandırmasını gözləməyimizi məsləhət gördü. Biz də öz növbəmizdə qarşı tərəfin mövqeyini öyrənmədən birtərəfli məqalə hazırlamaq planımızı bir neçə günlüyə təxirə saldıq. Əmin olduq ki, kollec rəhbərliyinin bizi aramağa həvəsi yoxdur. Odur ki, yenidən şöbə müdirinə zəng vurduq. Bildirdi ki, Mehman müəllimi məsələ ilə bağlı məlumatlandırıb, məqsədəuyğun hesab etsə, bizimlə əlaqə saxlayacaq. Daha bir gün sonra isə Gəncə Şəhər İcra Hakimiyyətindən Həsən Məmmədov adlı vəzifəli şəxs redaksiyamıza zəng vurub bizim guya hansısa əməkdaşımızın Gəncə Tibb Kollecinin rəhbər şəxslərini şantaj yolu ilə hədələdiyini, hətta 50 manat rüşvət aldığını bildirdi. Təbii ki, bunca ağır və aşağılayıcı ittihamı qəbul edə bilməzdik. Təkzib etdik. Bununla belə yenidən S. Daşdəmirova ilə əlaqə saxlayıb ondan və ya kollecin başqa rəhbər işçisindən hansısa əməkdaşımızın rüşvət istəyib-istəmədiyini, H.Məmmədova kimin belə məlumat verdiyini bilib-bilmədiyini soruşduq. S.Daşdəmirova öz növbəsində hər hansı bir əməkdaşımız tərəfindən rüşvət tələbi eşitmədiyini, ümumiyyətlə bu haqda heç bir məlumatının olmadığını dedi. Bu üzdən yenidən H.Məmmədova zəng açıb bizə qarşı irəli sürdüyü ittihamın üstündə durub-durmadığını soruşduq. Həsən müəllim bu dəfə ittihamını geri götürdü, bir yanlışlıq olduğunu, saytımızı başqa saytla səhv saldığını bildirdi. Əlbəttə, bütün bunlar qələmə aldığımız mövzunun qayəsini təşkil edən əsas məsələnin periferiyasında baş verənlərdir. Yəni, kollecdə baş alıb gedən korrupsiya hallarını ört-basdır edəcək qədər ciddi sapınmalar deyildir. Yenə də Mehman Rzayevin münasibət bildirəcəyinə ümidliyik.
Çünki mövzuya yenə qayıtmaq fikrindəyik.//deryaz.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident məcburi köçkünlər üçün salınan yeni qəsəbənin açılışında iştirak edib

    Prezident məcburi köçkünlər üçün salınan yeni ...

    14-11-2014, 21:38

  • 
  • Ali məktəblərdə “jurnalistika”, “hüquqşünas”, “tibb” ixtisasları bərpa oluna bilər

    Ali məktəblərdə “jurnalistika”, “hüquqşünas”, ...

    23-09-2013, 12:12

  • 
  • Tibb Universitetindən tələbələrin aksiyasına cavab gəldi

    Tibb Universitetindən tələbələrin aksiyasına ...

    13-11-2013, 13:01

  • 
  • 2 saylı Bakı Baza Tibb Kollecində təhsil və səhiyyə rəzaləti - İTTİHAM

    2 saylı Bakı Baza Tibb Kollecində təhsil və ...

    24-11-2018, 12:21

  • 
  • Gəncədə xəstənin qohumları həkim və tibb işçilərini yaraladılar

    Gəncədə xəstənin qohumları həkim və tibb ...

    8-07-2013, 14:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu