"Antibiotiklərdən istifadə ilə bağlı ciddi nəzarət mexanizmlərinin olmasına ehtiyac var".
GundemXeber.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, Avropada və digər inkişaf etmiş ölkələrdə antibiotiklər sərbəst şəkildə satılmır: "Bəzən apteklərdə işləyən şəxslərin özləri də antibiotiklər barədə məlumata malik olmurlar, insanlara onlara məsləhət görürlər. Azərbaycanda antibiotiklərin həkim təyinatı olmadan istifadəsi məsələsi bizi narahat edir. Bu dərmanlar sonradan eşitmə və digər ciddi problemlər yaradır. Bu sahədə nəzarət mexanizmlərinin artırılmasına ehtiyac var".
Deputat əlavə edib ki, autizmli xəstəsi olan ailələr dövlətin dəstəyini istəyirlər.
Q.Paşayeva bunu da qeyd edib ki, Hepatit C ilə bağlı müraciətlər çoxalıb.
Onun fikrincə, bunun səbəblərinin aydınlaşdırılması üçün MM-də Hepatit C-nin sürətlə yayılması, onların qarşısının alınması istiqamətində dinləmələrin keçirilməsinə ehtiyac var.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?