Deputat Qənirə Paşayeva prezident İlham Əliyevin göstərişindən sonra xəstə jurnalist Nicat Dağlarla əlaqə saxlayıb. Qənirə Paşayeva bunu Facebook-da yazıb. “Səsində sağalacağına böyük inam var idi və bu indi onun üçün ən önəmli məsələlərdən biridir. İnşallah xəstəliklə mübarizədə böyük Allahımızın da dəstəyi ilə qalib gəlib, körpə balalarını xanımı ilə birlikdə böyüdüb boya-başa çatdırar. Allah köməyi olsun! Prezidentimiz cənab İlham Əliyevə jurnalist Nicat Dağların bütün müalicə xərclərini öz üzərinə götürməsinə görə təşəkkür edirik! Nicatın uşaqlarını bu əziz ayda sevindirdi. Allah da ona və ailəsinə hər zaman kömək olsun! Məni sevindirən həm də jurnalistlərimizin hansı siyasi düşüncədə olmasından asılı olmayaraq belə anlarda gözəl bir həmrəylik nümayiş etdirməsi oldu. Nicat üçün jurnalistlərimizin belə dəstəyi mənəvi cəhətdən daha da önəmli oldu və önəmlidir deyə düşünürəm. İnşallah qısa zamanda sağlamlığına qovuşar”, - deputat yazıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?