Dövlət Sosial Müdafiə Fondunun Qusar rayonu üzrə Pensiya sektorunun müdirinə cinayət işi açılıb.
Sektor müdüri Pənahov Bəyəli Minhac oğlu Cinayət Məcəlləsinin 313-cü(Vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur. Artıq onun barəsində aparılan ibtidai istintaq başa çatıb. Barəsində toplanan cinayət işinin materialları baxılması üçün Qusar rayon Məhkəməsinə göndərilib. Həmin cinayət işində Bəyəli Pənahovla birlikdə Yaşar Bədəlov da təqsirləndirilən şəxs qismindədir. Cinayət işi hakim Rafiq Kazımovun icraatına verilib. Məhkəminin hazırlıq iclası yaxın günlərdə məlum olacaq./Open
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?