Abşeron rayon İcra Hakimiyyətinin xanım başçısı bir qrup rayon sakinlərini qəbul edib və sakinlərin müraciəti tək-tək dinlənilib.
Müraciət edən sakinlərin qaldırdığı məsələlər yerindəcə araşdırılıb və həll olunub. Sakinlər qəbul zamanı onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirərək, göstərilən qayğıya görə, xanım Icra başçısına minnətdarlıq ediblər. Qeyd edək ki, son günlər rayonda aparılan abadlıq və quruculuq işləri yerli sakinlərin diqqətini cəlb etməkdədir. Belə ki, Icra başçısı ətrafında olan komandasını sakinlərə xidmət etməyə səfərbər edib. O bütün hallarda insanların rahat şəraitdə yaşamasını və problemlərinin yerindəcə həll olunmasını ön plana çəkib. Yerli sakinlərə ünvanladığımız sualların cavabı birmənalı şəkildə bizi əmin etdi ki, Iradə Gülməmmədova həqiqətən də sakinlərin və rayonun qayğısına qalır. Onu da öyrənə bildik ki, vətəndaşların problemlərinin həll olunması üçün başçının qəbul günləri qısa zamanlarda keçirilməsi nəzərdə tutulub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?