GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Milyardları oğurlayan sabiq məmurların həbsdən yayınmasının “sirri”

Milyardları oğurlayan sabiq məmurların həbsdən yayınmasının “sirri”

Tarix: 29-01-2019, 11:34 Bölmə :Cəmiyyət Baxış: 515
Milyardları oğurlayan sabiq məmurların həbsdən yayınmasının “sirri”


Oğurlayıblar, talayıblar, şəxsləri qanunsuz həbsdə saxlayıblar, sahibkarı müflis edənə qədər soyublar, qətldə ittiham olunublar..., amma sərbəst gəzirlər
Büdcəni talayan, vətəndaşların başına müsibətlər gətirən sabiq məmurların bir çoxu vəzifələrini itirdikdən sonra heç nə olmamış kimi şad-xürrəm həyatlarına davam edirlər. Karyera yüksəlişləri daim qalmaqalla müşayiət olunan, milyonluq, bəzən 100 milyonlarla manatlıq büdcə oğurluqlarının baş qəhrəmanları sırasında Fazil Məmmədovu, Ziya Məmmədovu, onun müavini olmuş Arif Əsgərovu, Eldar Mahmudovu, Arif Alışanovu və hətta Gədəbəyin sabiq icra başçısı Ramiz Yediyarovu göstərmək olar.


Amma və lakin onlar azadlıqda gəzir, bahalı markalı maşınlar minir, ölkənin və dünyanın 4 bir tərəfində villa-imarət sahibi olduqları da bilinir.

Ən son qalmaqalın baş qəhrəmanı da bu siyahıdandır.

Arif Alışanov “Azərbaycan Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə 16 avqust 2006-cı ildə təyin olunmuşdu. Həmin vəzifəyə təyinat alanda Alışanov 29-cu il idi ki, AzTV-də çalışırdı. Həmin günlərdə onun yuxusuna belə gəlməzdi ki, 13 il sonra adı hansısa 10 milyon manatlıq yatırımda hallanacaq. Hansılar ki, sənədlə-sübutla məhkəmədə də təsdiqini tapacaq.

2018-ci ilin əvvəlindən Bakı Ağır Cinayətlər Məhkəməsində Arif Alışanovun adı keçən qalmaqallı cinayət işi araşdırılırdı. Məhkəmə qarşısına Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynov çıxarılmışdı. Təqsirləndirilənlər Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə ittiham olunurdular. Hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə Arif Alışanovla bağlı xeyli ilginc faktlar ortaya çıxmışdı. Məsələn, məlum olmuşdu ki, ölkənin büdcədən maliyyələşən əsas telekanalın rəhbəri Şamaxı rayonunda 4 il ərzində təxminən 10 milyon manatlıq torpaq alıb. Bundan başqa, onun Quba, Xızı, Zərdab, Sabirabad, Xanlar rayonları ərazisində də torpaq sahələri var imiş. Həmin sahələrin qiyməti də təxminən 10 milyon manata yaxındır. O da məlum olmuşdu ki, sabiq AzTV sədri yaşayış binaları tikib mənzil satışı ilə də məşğul olurmuş. Bu biznesdən də onun illik 10 milyon manata yaxın gəliri olub.

Alışanovun adı təkcə korrupsiyaya deyil, hətta adam öldürməkdə də keçir. Təqsirləndirilən S.Əkbərov məhkəmədə demişdi ki, Arif Alışanov torpaq almağa gəzdiyi qara bir qızla gəlib. O, AzTV sədrini 2016-cı ildə həmin qızı öldürməkdə ittiham etmişdi.

Həmçinin Arif Alışanovun əmlakları, evi, torpağı, nəyi varsa, sürücüsü Hacının adına olub demişdi. “Arif Alışanovun hələ mən bildiyim 70 milyonluq əmlakı var”- deyə hakimin diqqətinə çatdırmışdı. O, həmçinin bildirib ki, A.Alışanovun Xızıdakı evinin həyəti 3 hektardır. Təqsirləndirilən Alışanovu 2015-ci ilə qədər bir çox məmurların qorxulu yuxusuna çevrilmiş Eldar Mahmudovun 1 nömrəli adamı da adlandırmışdı.

Arif Alışanov pul-para baxımından Eldar Mahmudovla müqayisə oluna bilməz. Biri 100 milyonun, digəri isə milyardlar sahibidir. Yayılan məlumatlar Mahmudovu tərəddüdsüz milyard sahibi adlandırmağa imkan verir. Üstəlik, onun komandasının məhkəmə hökmləri ilə təsdiqlənmiş cinayətləri də ortalıqdadır. Vəzifədən alındıqdan sonrakı illərdə Eldar Mahmudovun korrupsiya cinayətləri haqda xeyli məlumatlar yayılıb və yayılmaqdadır. Onun oğlu Anar Mahmudovun şəriki Ayaz Kərimovun adına rəsmiləşən şirkəti “Caspian Telecommunication LTD” üzərindən 130 milyon dollardan artıq vəsaitin mənimsənilməsi haqda məlumatlar var. Latviyadan “MTN işi” çərçivəsində aparılan istintaqa göndərilmiş bank sənədlərinə görə “Caspian Telecommunication LTD” şirkətinin təsisçisi, səhmdarı və direktoru A.Kərimov “Rietumu Banka” JSC-də hesab açıb. Şirkətin bank hesabı üzrə 121 milyon 372 min ABŞ dolları, 413 min 737 euro, 35 min 135 İsveçrə frankı və 1 milyon 816 min 110 Kanada dolları məbləğində dövriyyəsi olub. Mahmudovların digər şirkəti olan “Cartburg NC” ilə bağlı Latviya Respublikasından daxil olmuş sənədlərdən görünür ki, şirkətinin bank hesabının ümumi dövriyyəsi 89 milyon 110 min 980 dollar olub. Bu Eldar Mahmudovun adı keçən çoxsaylı korrupsiya epizodlarından 1-2 çıxarışdır. Eldar Mahmudov MTN-ə rəhbərlik etdiyi 11 il ərzində milyarderə çevrilə bilib.

Sabiq milli təhlükəsizlik nazirinə mal-mülk baxımından yaxınlaşa bilən 2 eks nazir ola bilər - nəqliyyat naziri Ziya Məmmədov, vergilər naziri Fazil Məmmədov.

Ziya Məmmədovun özünün mal-mülkü haqda məlumatlara nəzarə salmazdan öncə uzun illər onun müavini olmuş Arif Əsgərovun hansı sərvətin sahibi olmasını ortaya qoyan məhkəmə işini xatırlayaq.

Arif Əsgərovun oğlu Elnar Əsgərov dəmir yolunun təchizatı adı ilə müxtəlif şəxslərdən öz xalası uşaqları - Emil və Rahib Hüseynovların üzərindən milyonlarla manat pul alıb. Sonradan isə həmin pullar mənimsənilib və iş məhkəmə müstəvisinə qədər gedib çıxıb. Məhkəmədə isə aydın olub ki, Arif Əsgərov iş üzrə təkcə zərərin ödənməsi üçün 21 milyon manat pul ödəyib. Onun qiyməti milyonlarla ölçülən villaları, torpaq sahələri, xaricdəki mülkləri haqda da xeyli məlumatlar var. Fakt odur ki, Arif Əsgərovun adı böyük korrupsiya qalmaqallarına qarışıb və o, vəzifədən çıxıb rahat şəkildə evinə gedib. Vaxtilə onun rəhbəri olan Ziya Məmmədov haqda da eyni sözləri demək olar. Sadəcə, Ziya Məmmədovun mal-mülkünü, pul-parasını Arif Əsgərovla müqayisə etmək olmaz. Ziya Məmmədov təkcə “Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında siqnalizasiya avadanlıqlarının təchizatı və quraşdırılmasına dair müqavilədən 100 milyon dolları “otkat”a çevirə bilmişdi. 340 milyon dollarlıq müqavilənin 100 milyon dollarının davasını aparan İsveç prokurorlarının sonradan səsi də çıxmadı.

Təkcə Ziya Məmmədovun ailəsinə məxsus “Garant holdinq”in Bakının mərkəzində inşa etdirdiyi 33 mərtəbəli “Trump Tower Baku” sabiq nazirin hansı sərvətə sahib olması təsəvvürünü yaradır. Halbuki Ziya Məmmədov biznesmen olmayıb, ilkin kapitalının ona babasından miras qalması haqda, özünün qanuni şəkildə qazanması haqda da məlumat yoxdur. Bəs Bakının mərkəzində 33 mərtəbəli binanı Ziya Məmmədovun ailə şirkəti hansı hesabdan tikib? Bunun korrupsiyadan başqa adı varmı?

Sabiq vergilər naziri Fazil Məmmədovu korrupsiya yarışında Eldar Mahmudovun kölgəsini ayaqlayacaq qədər var-dövlət sahibi adlandırmaq olar. Vəzifədən qovulan kimi çeşidli xəstəlikləri haqda məlumatlar dövriyyəyə buraxılan sabiq nazir Şəmkirdə özünün tikdiyi bahalı hoteldə gün keçirir. Ətrafında mühafizəçilər, hotel qulluqçuları onun arzu və istəklərini yerinə yetirməkdədirlər. Fazil Məmmədov vegilər naziri postunda olduğu illərdə sahibkardan 1 il öncənin vergisini almaqla, “dinməver” tipində qanunsuz vergi tətbiq etməkdə ad çıxarmışdı. Belə idarəçilik onu korrupsiya bosuna çevirmişdi. Nazir postunda ikən onun mal-mülkləri haqda çox yazılıb. Ölkədən 4 milyard yarım “qara pul” qaçırmağa müvəffəq olduğu haqda bu günə qədər təkzib olunmayan məlumatlar var.

17 ilə yaxın vergilər naziri postunu tutan Fazil Məmmədovun Ukrayna paytaxtında 5 ulduzlu hoteli, siqaret, təkər zavodu və böyük bazarı var. Hotel Kiyevin mərkəzində, “11 Mirrors Design Hotel” adlanır. Burada 1 sutkalıq nömrə icarəsi 220 avrodan başlayır. Bir qədər aralıda, Puşkin küçəsindəki “Vladimirski” bazarı da Azərbaycanın sabiq vergilər nazirinin böyük biznesinin kiçik bir parçasıdır. Kiyevdəki bazarlar arasında böyüklüyünə görə ilk üçlükdə olan bu bazarda paltar və meyvə-tərəvəz satılır. Kiyevin ən bahalı bazarı hesab olunur. Ukraynadakı təkər zavodunun 49 faizi, Xarkov siqaret zavodunun səhmlərinin 41 faizi sabiq nazirə məxsusdur. Fazil Məmmədov Ukraynadakı bizneslərinə toxunulmazlıq statusuna Ukraynada yüksək çinli məmurlarla işbirliyi və dostluq münasibətləri saxlamaqla nail olub. Bu məmurlar sırasında azərbaycanlılara qarşı xüsusi qəddar münasibəti ilə seçilən Ukraynanın daxili işlər naziri, erməni əsilli Avakov da var. Hətta Fazil Məmmədovun Avakovla yaxşı biznes əlaqələrinin olduğu da deyilir. Ukraynadan əlavə onun Gürcüstanda, Türkiyədə biznes şəbəkələri var. Bu şəbəkələr hamısı üzə çıxarıla bilər. Sabiq nazirin Ukraynanın kurort şəhəri Turskovetsdə olduqca lüks hoteli haqda da yazmışdıq. Həmin hotel “Mir” adlanır. Bu haqda bildirən mənbənin sözlərinə görə, “Mir Rezort Spa” öz dəbdəbəsi ilə sözün həqiqi mənasında “göz qamaşdırır”. Truskovetsin ən yaxşı hotellərindən hesab olunan “Mir” hoteli həm istirahət, həm də müalicə məqsədi ilə nəzərdə tutulub. Dünya kurort turizminin məşhur ünvanlarından sayılan Truskovetsə gələnlərin xeyli hissəsi məhz bu hotelə üz tutur. Nazirin hotelində ən müxtəlif kateqoriyadan nömrələr var. Bu nömrələr arasında “Presidential suite” kateqoriyasından olanlar xüsusi diqqət çəkir. Hotelin ölçücə ən böyük olan bu nömrəsi 126 kvadratmetrdir. Nömrəyə ikinəfərlik yataq, xüsusi vanna otağı, geniş qonaq otağı, Leonardo da Vinçinin rəsmləri ilə kollaj edilmiş gözoxşayan interyer daxildir. Eksklüziv dizaynla hazırlanmış “Mirasle suiti” nömrəsi də Fazil Məmmədovun hotelinin müştərilərinin özəl maraq göstərdikləri və olduqca bəyəndikləri nömrələrdən biridir. 103 kvadratmert ölçüsü olan bu nömrənin müştəriləri bir qayda olaraq tanınmış, populyar şəxslərdir.

Fazil Məmmədovun vaxtilə Şəmkirdə zavodları olan alman əsilli Simens qardaşları ilə də qohumluğu haqda hər hansı bir məlumat yoxdur. Bəs bunca sərvətin özəyi hansı vəsaitlər olub? Fazil Məmmədov 17 il vergilər naziri postunda bu qədər sərvətə hansı biznesindən gələn gəlirdən sahiblənə bilib? Bu pullar böyük bir nazirliyin sahibkarlara divantutma əməliyyatlarından qazanılmayıbsa, mənbəyi niyə açıqlanmır?

Fazil Məmmədovun 17 illik nazirliyi dövründə təkcə özü deyil, həm də komandası fantastik varlanıblar. Onun komandasında olmuş Gədəbəyin sabiq icra başçısı Ramiz Yediyarovu götürək. Bu adam o qədər varlanmışdı ki, artıq öz ətrafından da qorxur, çəkinirdi. Gədəbəyin icra hakimiyyətinə gedənlər başçı postunda olan Ramiz Yediyarovun yanına düşə bilmirdilər. Düşəndə isə xüsusi yoxlamadan keçirilir, 5 dəqiqə vaxt ayrılır və yola salınırdı. Sanki hansısa kriminal bossun qəbuluna düşürmüş kimi davranış sərgilənirdi. Fazil Məmmədov qovulandan sonra Ramiz Yediyarovu da yola saldılar. Onun Gədəbəydə sərvətini 50 milyondan çox artırması haqda da təkzib edilməyən xəbərlər var. Balaca, hikkəli məmurun bir neçə il ərzində topladığı sərvət həm də onun şefi Fazil Məmmədovun “ölçüsüz corab”a çevirilən varidatının miqyası haqda təsəvvürləri bir qədər də aydınlaşdırır. Ən maraqlısı isə odur ki, nataraz korrupsionerlərlə yanaşı onların ətrafında talançılıqla məşğul olan Ramiz Yediyarov kimi eks məmurlar da öz keflərindədirlər. Onlara da dəyib-dolaşan yoxdur. Büdcədən oğurlamaq, oğurladığını şad-xürrəm xərcləmək kimi imkanların olması da ayrı bir mövzudur...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Qulunu sayıram, Arif Alışanovu isə…"

    "Qulunu sayıram, Arif Alışanovu isə…" ...

    10-03-2016, 14:28

  • 
  • AzTV-nin sədri işdən çıxarıldı

    AzTV-nin sədri işdən çıxarıldı ...

    15-01-2019, 16:41

  • 
  • Eldar Mahmudov Arif Alışanovu necə tələyə salıb?

    Eldar Mahmudov Arif Alışanovu necə tələyə salıb? ...

    16-11-2015, 12:44

  • 
  • Arif Alışanov iqtidariçi qovğaların güdazına gedir

    Arif Alışanov iqtidariçi qovğaların güdazına gedir ...

    12-12-2013, 21:25

  • 
  • Arif Əsgərov 3 milyonluq qalmaqalda

    Arif Əsgərov 3 milyonluq qalmaqalda ...

    6-03-2017, 01:23


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu