Güney azərbaycanlı milli-mədəni fəal Səid Sadiqifər İran təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Gundemxeber.Az Teleqraf.com-a istiandla xəbər verir ki, fəal iş yerində saxlanılaraq naməlum istiqamətə aparılıb.
Hələlik fəalın hansı səbəbdən və harada saxlanıldığı barədə heç bir məlumat yoxdur.
Qeyd edək ki, bir neçə gün əvvəl İran İnqilab Məhkəməsi Səid Sadiqifərə çağırış vərəqəsi göndərərək ondan yanvarın 23-də məhkəməyə müraciət etməsini tələb etmişdi.
Çağırış vərəqəsində fəal “ölkədə təhlükəsizliyi pozmaq məqsədi ilə qanunsuz qrup yaratmaqda” ittiham olunub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?