GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İşgəncələrlə bağlı deyilənlər və Penitensiar Xidmətin təkzibi

İşgəncələrlə bağlı deyilənlər və Penitensiar Xidmətin təkzibi

Tarix: 4-02-2019, 14:59 Bölmə :Cəmiyyət Baxış: 447
İşgəncələrlə bağlı deyilənlər və Penitensiar Xidmətin təkzibi


Nardaran hadisələri ilə bağlı həbsdə olan bir neçə məhbusa ağır işgəncələr verilməsi ilə bağlı məlumatlar yayılıb. Məlumatlarda məhbuslara fiziki və mənəvi təzyiqlər olduğu bildirilir. Hüquq müdafiəçisİ, siyasi partiya lideri və Penitensiar Xidmət yayılan məlumatlara münasibət bildirib.

Oqtay Gülalıyev: “Taleh Bağırzadəyə özünə xəsarət yetirəcək qədər işgəncə ediblər”

Abbas Hüseynin, Taleh Bağırzadənin və Cabbar Cabbarlının taleyi sual altındadır.
Oqtay Gülalıyev, hüquq müdafiəçisi

“Qobustan həbsxanasında saxlanılan Taleh Bağırzadə, Abbas Hüseyn və Cabbar Cabbarlı işgəncələrə məruz qalıb. Verilən məlumatlara görə Taleh Bağırzadəyə özünə xəsarət yetirəcək qədər işgəncə ediblər, Cabbar Cabbarlının isə çənəsini vurub sındırıblar. Abbas Hüseyni döyə-döyə Kürdəxanı İstintaq Təcridxanasına gətiriblər. Anası bildirir ki, `Abbas Hüseynin qoluna üst-üstə 3 qandal vurdurub, ağzını, gözlərini `skoç`la bağladıb ayaqlarına da zəncir vurduraraq o qədər işgəncə ediblər ki, paltarları belə əynindən çıxıb. Onun boğazından o qədər sıxıblar ki, 15 gündən çoxdur suyu belə çətinliklə içir.` Məlum olub ki, dünəndən Abbas Hüseyni Kürdəxanı Təcridxanasından çıxararaq naməlum istiqamətə aparıblar. Ehtimal olunur ki, ona yenidən işgəncə vermək üçün`Tubzon` deyilən yerə və ya Qobustan həbsxanasına aparıblar. Ailəsi və vəkili ilə görüşünə imkan verilmir. Abbas Hüseynin, Taleh Bağırzadənin və Cabbar Cabbarlının taleyi sual altındadır.”

Bu barədə Siyasi Məhbusların Müdafiə Mərkəzinin Koordinatoru Oqtay Gülalıyev facebook səhifəsində yazıb.

Hüquq müdafiəçisi işgəncələrə görə, Qobustan Qapalı Həbsxanasının rəisi Aftandil Ağayevi günahkar hesab edir.

Əli Kərimli: “Anti-insani əməlləri dayandırmağı qəti şəkildə tələb edirəm”

“Aftandil Ağayevlər və onları himayə edənlər unutmasınlar ki, heç nə unudulmur və heç nə yaddan çıxmr. Xalqımıza və onun ləyaqətli övladlarına qarşı törədilən heç bir cəza və cinayət cəzasız qalmayacaq! Abbas Hüseyn və bütün siyasi məhbuslara azadlıq tələb edirik!” Gülalıyev qeyd edib.

Azərbaycan Xalq Cəbhəsinin sədri Əli Kərimli də Hacı Taledən, Abbas Hüseyndən, Cabbar Cabbarlının işgəncələrə məruz qalması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Sizə kim təminat verib ki, bütün bu cinayətlərə görə hər zaman cəzasız qalacaqsınız?
Əli Kərimli, AXCP sədri

“Hacı Taledən (Taleh Bağırzadə-red), Abbas Hüseyndən, Cabbar Cabbarlıdan əl çəkin! Onlar - `Nardaran məhbusları` erməni əsirliyində deyil axı. Bəs niyə onlarla Ermənistanın azərbaycanlı əsirlərlə davrandığı kimi davranırsınız? İnsanlığa bu qədər nifrət, kin haradandır sizdə? Bu millət sizə nə edib? Bu millətin hesabına vəzifə sahibləri olmusunuz, bu millətin sərvətlərini talan edib varlanmısınız, indi nə istəyirsiz bu millətdən? Əsir götürülmüş Abbas Hüseynin anasının dediklərindən: `Abbas Hüseynin qoluna üst-üstə 3 qandal vurdurub, ağzını, gözlərini `skoç`la bağladıb ayaqlarına da zəncir vurduraraq o qədər işgəncə ediblər ki, paltarları belə əynindən çıxıb. Onun boğazından o qədər sıxıblar ki, 15 gündən çoxdur suyu belə çətinliklə içir.` Hacı Taleyə qarşı basqılar o həddə çatıb ki, özünə xəsarət yetirib. “Nardaran məhbusları” bildiriblər ki, onlara qarşı işgəncələrə Qobustan həbsxanasının rəisi Aftandil Ağayev şəxsən rəhbərlik edir. Anlamaq çətindirmi ki, əsir götürdüyünüz, əli-qolu bağlı insanlara qarşı etdiyiniz bu qədər qəddarlıq xalqı hiddətləndirir? Etdiyiniz əməllərin birbaşa cinayət olduğunu başa düşürsünüzmü? Sizə kim təminat verib ki, bütün bu cinayətlərə görə hər zaman cəzasız qalacaqsınız? Xalqımız bu anti-insani əməlləri dayandırmağı sizdən qəti şəkildə tələb edir!”, AXCP sədri facebook səhifəsində yazıb.

​Mehman Sadıqova: “Yalan, həqiqətə uyğun olmayan məlumatları yaymağın nə mənası var?”

Penitensiar Xidmət işgəncələr və qeyri insani rəftarla bağlı yayılan məlumatları təkzib edir.

Belə yalan, həqətətə uyğun olmayan məlumatları yaymağın nə mənası var?

“Bunlar tam yalan və həqiqətə uyğun olmayan məlumatlardır. Belə yalan, həqətətə uyğun olmayan məlumatları yaymağın nə mənası var? Hansısa istintaq hərəkəti olubsa, yerdəyişmə olubsa bunun işgəncə ilə hər hansı əlaqəsi yoxdur,” Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov Amerikanın Səsinə bildirib.

2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub.
Ümumilkdə Nardaran hadisələrinə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Həbs olunanların işi üç qrupa ayrılıb. Abbas Hüseynov birinci qrupda "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırov və daha 16 nəfərlə birlikdə mühakimə olunub. Onlara 10 ildən 20 ilə qədər həbs cəzası verilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müsəlman Birliyi Hərəkatı: “Təzyiqlərə son verilməsə müddətsiz aclıq aksiyasına başlayacağıq”

    Müsəlman Birliyi Hərəkatı: “Təzyiqlərə son ...

    28-01-2019, 20:49

  • 
  • Taleh Bağırzadəyə ittiham axtarıllr

    Taleh Bağırzadəyə ittiham axtarıllr ...

    10-04-2013, 10:22

  • 
  • Ana: Oğluma işgəncə veriblər

    Ana: Oğluma işgəncə veriblər ...

    11-05-2018, 16:28

  • 
  • Taleh Bağırov: 'Qobustanda insanlıq faciəsi yaşanır'

    Taleh Bağırov: 'Qobustanda insanlıq faciəsi ...

    30-01-2019, 15:08

  • 
  • "Nardaran işi" məhbusu Abbas Hüseynovun işgəncə iddiaları araşdırılır

    "Nardaran işi" məhbusu Abbas Hüseynovun ...

    10-08-2017, 11:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu