GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Müsəlman Birliyi Hərəkatı: “Təzyiqlərə son verilməsə müddətsiz aclıq aksiyasına başlayacağıq”

Müsəlman Birliyi Hərəkatı: “Təzyiqlərə son verilməsə müddətsiz aclıq aksiyasına başlayacağıq”

Tarix: 28-01-2019, 20:49 Bölmə :Cəmiyyət Baxış: 507
Müsəlman Birliyi Hərəkatı: “Təzyiqlərə son verilməsə müddətsiz aclıq aksiyasına başlayacağıq”


“Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadəyə və İdarə Heyətinin üzvlərinə qarşı həbsxanada olan təzyiqlər son zamanlar heç vaxt olmadığı qədər dəhşətli həddə çatıb. Belə ki, Taleh Bağırzadəni özünü fiziki və psixoloji olaraq idarə edə bilməyən məhbuslarla eyni kamerada saxlayırlar. Söhbət daha əvvəllər özünə və başqa məhkumlara həyati təhlükə törətmiş məhbuslardan gedir.”

Bu barədə Müsəlman Birliyi Hərəkatının bəyanatında deyilir.

Ən adi hüquqlarından belə müxtəlif bəhanələrlə məhrum edilir, bu haqsızlığa etiraz edəndə isə işgəncəyə məruz qalır və cərimə təcridxanasına (kars) salınır.
Sənəddə bildirilir ki, hərəkatın idarə heyətinin digər üzvləri tez-tez sözlü və əməli təhqirlərə məruz qalır, digər məhbuslarla münaqişəyə girməyə sövq edilir, ən adi hüquqlarından belə müxtəlif bəhanələrlə məhrum edilir, bu haqsızlığa etiraz edəndə isə işgəncəyə məruz qalır və cərimə təcridxanasına (kars) salınır.

“Son günlərdə xüsusilə Abbas Hüseynov və Cabbar Cabbarov daha sərt təzyiqlərə məruz qalır. Sadaladıqlarımız yalnız deyə bildiklərimizdir. Amma bizi düşünənlərin daha çox narahat olmaması və qəlblərinin, qürurlarının incinməməsi üçün demədiyimiz daha çox məsələlər mövcuddur. Zaman göstərir ki, bu mənfi tendensiya artan qrafik üzrə hərəkət edir”.

Bəyanatda deyilir ki, “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri və İdarə heyətinin üzvləri, təzyiqlərə son verilməyəcəyi təqdirdə müddətsiz aclıq aksiyasına başlayacaq.

“Kimsə düşünürsə ki, belə aclıq aksiyası həyati təhlükə, öz canına qəsd ola bilər, bunu bilməlidir ki, zatən hazırda hər gün və hər gecə canımıza qəsd edilməsi və həyati təhlükə ilə qarşı-qarşıyayıq. Və bu aksiya da belə vəziyyətin dəyişməsi üçündür,” hərəkatın həbsdə olan üzvləri bəyan edib.

Ailə üzvləri Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş Abbas Hüseynovun saxlandığı Qobustan həbsxanasında yanvarın 13-də döyülüb işgəncələrə məruz qaldığı, daha sonra naməlum istiqamətə aparıldığı bildirilirib.

Sonradan onun işgəncə faktı ilə əlaqədar verdiyi şikayəti araşdırmaq üçün 1 saylı Bakı İstintaq Təcridxanasına gətirildiyi bildirilib. Bir müddət öncə isə Taleh Bağırzadənin təzyiqlərə görə özünə xəsarət yetirməsinə dair məlumatlar yayılıb.

2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində Taleh Bağırzadə və digər 50 nəfər uzunmüddətli həbsə məhkum edilib. Onlara qarşı qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox ağır maddə ilə ittiham irəli sürülüb. Taleh Bağırzadə və Abbas Hüseynov 20 il azadlıqdan məhrum edilib.

Onlar özlərini təqsirli bilmir, ittihamların yalan olduğunu, polislərin evdə namaz qıldıqları vaxt insanlara silahlı hücum edib, altı nəfəri qətlə yetirdiyini bildirir.

Cəzaçəkmə müəssisələrində bütün məhbuslardan yeganə tələb daxili intizam qaydalarına ciddi riayət olunmasıdır.
Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mehman Sadıqov
Öz növbəsində, Penitensiar Xidmət məhbuslara qarşı işgənclərin və ya qeyri-insani rəftarın olması ilə bağlı məlumatları təkzib edir.

“Məhbuslara qarşı hər hansı işgəncədən, qeyri-insani rəftardan və qərəzdən söhbət gedə bilməz. Cəzaçəkmə müəssisələrində bütün məhbuslardan yeganə tələb daxili intizam qaydalarına ciddi riayət olunmasıdır,” Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov Amerikanın Səsinə bildirib.//amerikaninsesi.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dini fəallar polisdə işgəncəyə məruz qaldıqlarını bildiriblər

    Dini fəallar polisdə işgəncəyə məruz qaldıqlarını ...

    13-10-2017, 23:53

  • 
  • Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov 30 sutkalıq həbs edilib - VİDEO

    Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin ...

    6-11-2015, 17:42

  • 
  • 20 il azadlıqdan məhrum edilən Taleh Bağırova yeni cinayət işi açılıb

    20 il azadlıqdan məhrum edilən Taleh Bağırova ...

    26-12-2017, 00:02

  • 
  • Fuad Qəhrəmanlının səhhəti kəskin pisləşib

    Fuad Qəhrəmanlının səhhəti kəskin pisləşib ...

    25-07-2017, 20:04

  • 
  • Əmir Makuyi: İranda bütün siyasi məhbuslar fiziki və psixoloji işgəncəyə məruz qalır

    Əmir Makuyi: İranda bütün siyasi məhbuslar fiziki ...

    5-10-2018, 11:03


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu