GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Taleh Bağırov: 'Qobustanda insanlıq faciəsi yaşanır'

Taleh Bağırov: 'Qobustanda insanlıq faciəsi yaşanır'

Tarix: 30-01-2019, 15:08 Bölmə :Cəmiyyət Baxış: 495
Taleh Bağırov: 'Qobustanda insanlıq faciəsi yaşanır'


"Onsuz da xəstə olan Cabbarı həbsxanada ölümünə döyüblər. Şəxsən həbsxananın rəisi Aftandil Ağayev özü onu döyüb. Sonra da 15 günlük karsa salıblar", "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırov yanvarın 28-də ailə üzvləri ilə telefonla danışarkən belə deyib.

İlahiyyatçının bəhs etdiyi Cabbar Cabbarov Nardaran məhbuslarındandır. O, 2015-ci il noyabrın 26-da Nardaranda altı nəfərin ölümünə səbəb olan əməliyyat zamanı Taleh Bağırov və digərləri ilə birlikdə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 19 il azadlıqdan məhrum edilib. Qobustan həbsxanasında saxlanan Cabbar Cabbarovun səhhətində ciddi problemlərin olduğu bildirilir.

Taleh Bağırovun ailə üzvləri AzadlıqRadiosuna bildirib ki, ilahiyyatçı onun özünə qarşı da təzyiqlər səngimədiyini söyləyib. Deyib ki, bir müddət öncə Penitensiar Xidmətin əməkdaşları gəlib onunla görüşüb, şikayətlərini dinləyiblər: "Dedi ki, ertəsi gün də üstünə əli qana batmış, məhbuslara zülm eləyən birini göndəriblər. Gəlib onu təxribata çəkməyə, qorxutmağa çalışır".

Taleh Bağırov ailəsi vasitəsilə yerli və beynəlxalq ictimaiyyətə də müraciət edib. "Qobustan həbsxanasında insanlıq faciəsi yaşanır" deyən ilahiyyatçı orada baş verənlərin diqqətdə saxlanmasını xahiş edib.

Penitensiar Xidmət isə Qobustan həbsxanasıyla bağlı şikayətləri təkzib edir. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, zaman keçdikcə, bu həbsxanada vəziyyət yaxşılığa doğru dəyişib. Orada saxlanma rejiminin digər müəssisələrdən fərqləndiyini deyən M.Sadıqov bildirib ki, o qaydalar qanunvericiliklə tənzimlənir: "Qanunun tələblərinə də həm həbsxananın əməkdaşları əməl etməlidir, həm də məhkumlar. Orada heç kimin heç kimlə işi yoxdur, sadəcə, qayda-qanuna əməl etmək tələb olunur. Onlar qanuna uyğun şəkildə telefonla danışır, yaxınlarıyla, vəkilləri ilə də görüşürlər. Heç kimə də işgəncə verilmir. Sadəcə, özlərinə imtiyaz yaratmaq istəyənlər olanda biz imkan vermirik".

Xatırlatma

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh​ Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Taleh Bağırov, Abbas Hüseynova 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir. 10 gün əvvəl isə əlavə iki nəfərin istintaqı yekunlaşıb.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 20 il azadlıqdan məhrum edilən Taleh Bağırova yeni cinayət işi açılıb

    20 il azadlıqdan məhrum edilən Taleh Bağırova ...

    26-12-2017, 00:02

  • 
  • Taleh Bağırovun vəkili ilə görüşdən imtina etdiyi bildirilir

    Taleh Bağırovun vəkili ilə görüşdən imtina etdiyi ...

    7-01-2019, 13:52

  • 
  • Taleh Bağırovun cəzası artırılıb

    Taleh Bağırovun cəzası artırılıb ...

    13-02-2018, 16:00

  • 
  • Taleh Bağırov məhkəmədə xütbə dedi

    Taleh Bağırov məhkəmədə xütbə dedi ...

    5-07-2013, 18:01

  • 
  • Taleh Bağırova qarşı yeni cinayət işi başlanıb

    Taleh Bağırova qarşı yeni cinayət işi başlanıb ...

    26-12-2017, 12:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu