Gürcüstanın Marneuli rayonunun sabiq icra başçısı Temur Abazovun vəzifə səlahiyyətlərinə xitam verilib.
Gundemxeber.az Report-a istinadən xəbər verir ki, bu barədə rayon Sakrebulosunun növbədənkənar iclasında qərar qəbul olunub. T.Abazovun istefası barədə ərizəsini vəkilləri fevralın 12-də Marneuli rayon rəhbərliyinə təqdim edib. Ölkə qanunvericiliyinə əsasən, rayon rəhbərinin səlahiyyətlərinə fevralda xitam verilibsə, yeni icra başçısı seçkiləri həmin ilin may ayına təyin olunur. Qeyd edək ki, T.Abazov 2017-ci ildə yerli idarəetmə orqanlarına keçirilmiş seçkilərdə qalib gələrək Marneulinin icra başçısı seçilib. O, 2018-ci ilin iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. Ötən ilin dekabr ayının 13-də T.Abazov 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb. T.Abazov Gürcüstanın müstəqillik tarixində yüksək vəzifəyə seçilmiş ilk azərbaycanlıdır.
Sorğu
Yeni dizaynımız necədir?