GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Gürcüstanda azərbaycanlıların etiraz aksiyalarının arxasında kim dayanır? - GƏLİŞMƏ

Gürcüstanda azərbaycanlıların etiraz aksiyalarının arxasında kim dayanır? - GƏLİŞMƏ

Tarix: 17-12-2018, 16:22 Bölmə :Dünya Baxış: 483
Gürcüstanda azərbaycanlıların etiraz aksiyalarının arxasında kim dayanır? - GƏLİŞMƏ


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin "Vahid milli hərəkat" (VMH) partiyası ölkədə vəziyyəti gərginləşdirməyə çalışır və ona görə də sadə vətəndaşların məişət problemləri ilə səsləndirdikləri narazılıqlardan istifadə edir.

Bu fikri Sputnik Azərbaycan-a qonşu ölkədə soydaşlarımızın iştirakı ilə baş verən kriminal hadisələri şərh edən Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayev səsləndirib.

Gürcüstan və Azərbaycan mediasının məlumatına görə, dekabrın 11-də Gürcüstanın Bolnisi rayonunda 13 yaşlı İsmayıl Bədəlov keçinib. Yeniyetmə həmyaşıdı tərəfindən döyüldükdən sonra bir ay komada qalıb.

İsmayılın atası Hidayət Bədəlov jurnalistlərə oğlunun evə ağır vəziyyətdə gəldiyini deyib. İsmayıl evdə möhkəm baş ağrısından şikayətlənib və valideynləri təcili yardım çağırıblar. Həkim iynə vurduqdan sonra yeniyetmə komaya düşüb. Atası oğlunun ölümündə günahkar olan şəxsin hələ də azadlıqda olmasından narazıdır və ona görə KİV-ə müraciət edib. Polisdə ataya başa salıblar ki, günahkarın yaşı onu cinayət məsuliyyətinə cəlb etməyə imkan vermir.

Ölümlə nəticələnmiş digər hadisə Marneuli rayonunun Kəpənəkçi kəndində baş verib. Noyabrın 4-də 17 yaşlı azərbaycanlı Emin İsmayılov Rustavi - Sınıq körpü şosesində yol qəzasına düşərək daha sonra xəstəxanada keçinib. İsmayılovun yaxınları onun ölümündə həkimləri günahlandırırlar. Dekabrın 12-də onlar fakt üzrə ciddi araşdırma aparılması və günahkarların cəzalandırılması tələbi ilə etiraz aksiyası keçiriblər.

Əli Babayevin sözlərinə əsasən, Gürcüstanda hər məişət xarakterli kriminal hadisəyə görə etiraz aksiyası keçirmək dəb xarakteri alıb. O hesab edir ki, bu aksiyaların arxasında iğtişaş törrətmək istəyən müxalifət dayanır: "Tbilisidə xüsusi əməliyyat zamanı terrorçularla əlaqəli olan çeçen öldürülmüşdü. Onun atası parlamentin qarşısında aksiya keçirirdi. Sonra 51 saylı orta məktəbdə şagirdlər arasında dava oldu və nəticədə yeniyetmə öldü. Bu uşaqların ataları artıq neçə vaxtdır parlamentin qarşısında etiraz aksiyası keçirirlər. Onlar müxalifət dəstəkləyir və müxtəlif tələblərə sövq edir. Lakin bu problemlərin həll olunması üçün qanunla müəyyən olunmuş normalar var".

Onun fikrincə, kriminal hadisələri və məişət münaqişələrini siyasiləşdirmək olmaz: "Əgər azərbaycanlıların haqları pozulursa, onda Milli konqresə müraciət etsinlər və onlara kömək ediləcək". Babayev olanlara görə "Vahid milli hərəkat" partiyasını günahlandırıb.

Lakin bu partiyadan deputat olan Azər Süleymanov Babayevi təkzib edib.

"Birincisi, Əli Babayevin rəhbərlik etdiyi konqres yoxdur. O konqresi özündən uydurub. Əgər onun arxasında bir azərbaycanlı yoxdursa, hansı konqresdən söhbət gedə bilər? Bunu Babayevdən soruşmaq lazımdır. O "Gürcü arzusu"nda da yoxdur, siyasi şuradan qovulub", - deyən Süleymanov Babayein həmişə azərbaycanlıların maraqlarının əleyhinə çıxış etdiyini bildirib.

O həmçinin övladlarını itirmiş ataların yerinə olmağı heç kimə arzulamadığını vurğulayıb. "Biz müxalifət partiyası olaraq anlaşılmazlıq olmasın deyə hətta zərərçəkmiş azərbaycanlılarla əlaqə qurmamışıq ki, hadisələri siyasiləşdirməyək. Etiraz aksiyalarının arxasında heç bir siyasətçi dayanmır. Bu adamların tələblərini qorumaq hüququ var. Bu gün dövlət onların yanında olmalıdır, amma onlardan imtina edir. Babayev isə öz mövqeyi ilə cinayətkarları dəstəkləyir", - deputat bildirib.

Süleymanov həmçinin Gürcüstanın Marneuli rayonunun keçmiş icra başçısıTemur Abazovun həbsindən də danışıb. Onun sözlərinə görə, hakim partiyadan olmasına baxmayaraq, Abazov məhz azərbaycanlı olduğuna görə həbs olunub.

"Məni də həbs etmək istəyirdilər, lakin deutat toxunulmazlığım var. Abazova qarşı isə narkomanın birini qoydular və qeyri-qanuni əməllərdə ittiham etdilər. Niyə heç kim bu barədə danışmaq istəmir?", - deputat deyib.

Temur Abazov dekabrın 13-də 10 min lari (4 min dollar) qarşılığında zaminə buraxılıb. Onu iyulun 13-də Gürcüstan CM-nin 144-cü maddəsi ilə (qeyri-insani və alçaldıcı rəftar) saxlamışdılar. Abazov sosial şəbəkədə yayılmış videolarla bağlı saxlanmışdı. Videoların birində müxalifət nümayəndəsi Elçin Allahverdiyevin Abazovu və Bidzina İvanişvilini təhqir etməsi görünür. İkinci videoda isə bir qrup kişi Allahverdiyevi alçaldır. Bu şəxslərə videoda görünən Abazovun göstəriş verdiyi güman olunur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gürcüstanda çevriliş həyəcanı - Saakaşvili tərəfdarlarını küçələrə çağırdı

    Gürcüstanda çevriliş həyəcanı - Saakaşvili ...

    1-11-2014, 13:49

  • 
  • Gürcüstan prezidenti müxalif deputatdan üzr istədi

    Gürcüstan prezidenti müxalif deputatdan üzr istədi ...

    6-10-2016, 00:25

  • 
  • Saakaşvilinin partiyası izdihamlı mitinqə hazırlaşır

    Saakaşvilinin partiyası izdihamlı mitinqə ...

    8-11-2014, 00:54

  • 
  • Obama Gürcüstan prezidentini təbrik etdi

    Obama Gürcüstan prezidentini təbrik etdi ...

    17-11-2013, 12:19

  • 
  • “Merabişvili həbsxanada qalsa, Gürcüstan ciddi problemlərlə üzləşəcək”

    “Merabişvili həbsxanada qalsa, Gürcüstan ciddi ...

    22-05-2013, 02:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu