Gundemxeber.az » Ölkə » Cəmiyyət » Tomas De Vallın “Qafqaz” əsərində Cənubi Azərbaycanla bağlı əsassız tarixi fikirlər ortalığa qoyub - Nərgiz Məmmədova
Tomas De Vallın “Qafqaz” əsərində Cənubi Azərbaycanla bağlı əsassız tarixi fikirlər ortalığa qoyub - Nərgiz Məmmədova
Bakı Dövlət Universitetində təhsil aldığım dövrdə amerikali dostumun hədiyyə etdiyi və ingilis yaziçı, jurnalist, amma tarixlə əlaqəsi olmayan Tomas De Vallin “Qafqaz” adli kitabini oxumuşdum. Bu mənim xarici yazarların bizim region haqqinda düşüncələri ilə bağlı oxuduğum ilk kitab idi.
Bu fikirləri hazırda Avropada təhsil alan azərbaycanlı tələbə Nərgiz Məmmədova yazıb. Onun sözlərinə görə, vətənpərvərlik, təəssübkeşlik ruhunu bir kənara qoyaraq kitaba kənar bir oxucu düşüncəsi ilə baxdıqda belə, nə qədər qərəzli bir araşdırma olduğunu dərhal müəyyən edib: “Ermənilərlə olan söhbəti bir kənara, Cənubi Azərbaycanla bağlı nə qədər əsassız tarixi fikirlər ortalığa qoyulub. Kitab bəlkə də, siyasi baxımdan yaxşı araşdırılıb, yəni SSRİ-nin süqutundan sonrakı dövrü , amma tarixi faktlarla bağlı çox boyun yanlışlıqlara yol verilib. Təəssüflər olsun ki, həmin kitab bu gün Avropa universitetlərində bölgə ilə bağlı resurs kimi istifadə olunur. Digər tərəfdən, Tomas De Vall həmin araşdırmada yerli tarixçilərə deyil, jurnalist, blogger və tarixlə əlaqəsi olmayan digər sahələrin mütəxəssislərindən məlumat toplayıb. Bu yanaşmanın özü belə məsələyə tarixi münasibətdə nə qədər qərəzli yanaşıldığı sübut edir. Məsələ ondadır ki, mən illərdir ki, müəllifin kontaktını axtarıb fikirlərini ona bildirmək istəyətrkən, bu yaxınlarda təsadüfən hörmət etdiyim Arif Yunusovun həmin araşdırmaçı ilə bağlı fotolar paylaşıb, onun yazdığı “Qarabağ” kitabı ilə qürurlandığı, onun kimi dostu olduğuna görə,sevindiyini ifadə edən mövqeyi ilə rastlaşdım. Bu mənim üçün çox təəssüf verici fikir idi, çünki “Qarabağ” kitabını oxumasam belə müəllifin orada da “Qafqaz” kitabında olduğu kimi qərəzli yanaşdığına əminəm. Mənim anlamadığım odur ki, məgər bunu görən təkcə mənəm? Onlar görmürlər? Mən də Avropadayan, universitetdə təhsil alıram, qarşıma çıxan hər avropalı, hətta erməni, gürcü və farslarla müzakirələr aparıb bölgə ilə bağlı fikirlərini dəyişdirməyə çalışıram. Bunu etdiyim üçün mənə nifrət deyil, hörmət edirlər. Amma bunu etməyim üçün də onların dediyini təsdiqləməyimə, dostluq etməyə lüzum yoxdur”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?