Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı imzalanmış fərmandan zaminlər də yararlana bilər.
Bunu Maliyyə naziri Samir Şərifov AzTV-yə müsahibəsi zamanı deyib. O bildirib ki, borcalanlar ilə zaminlərin münasibətinə yenidən baxmaq ehtiyacı yaranır:
"Ola bilsin ki, hansısa borcalan müəyyən səbəblərə görə kredit öhdəliyini yerinə yetirmək iqtidarında olmayıb. Bu zaman pul ona zamin durmuş şəxsdən tutulub. Yəni, zaminin orda əmanəti və yaxud maaş kartı olub, borc avtomatik ondan çıxılıb. Fərmanda yazılıb ki, kompensasiya borcalana ödənilir. Lakin pulu banka onun əvəzinə zamin ödəyibsə, bu zaman borcalana qarşı tələb yaranır. Hesab edirəm ki, borcalanlarla zaminlərin münasibətlərinə yenidən baxmaq ehtiyacı yaranır və fərdi qaydada zaminlər məsələsinə baxıla bilər, bu məsələ ilə məşğul ola bilərik”, – deyə nazir qeyd edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?