GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » 'Hökumət qaz və işığın qiymətini endirməyi düşünməlidir'

'Hökumət qaz və işığın qiymətini endirməyi düşünməlidir'

Tarix: 4-03-2019, 13:04 Bölmə :Cəmiyyət Baxış: 378
'Hökumət qaz və işığın qiymətini endirməyi düşünməlidir'


Son bir ayda Azərbaycanda sosial sahədə bir sıra addımlar atılıb. Əvvəlcə minimum əməkhaqqı 130 manatdan 180 manata qədər artırılıb. Daha sonra, müavinətlər, təqaüdlər müxtəlif həcmdə yüksəldilib. Nəhayət, prezident İlham Əliyev "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Həmin sərəncamda 10 min ABŞ dollarına qədər banklara borcu olan fiziki şəxslərə dövlət hesabına güzəşt edilməsi nəzərdə tutulur. Hakimiyyət rəsmiləri bütün bu atılan addımları “Sosial paket” adlandırır.
Bəs görək, iqtisadçılar sosial sahədə hansısa əlavə addımlara ehtiyac görürlərmi?


Keçmiş deputat Əli Əlirzayev xatırladıb ki, o, Milli Məclis üzvü olarkən əmanətlərin bərpası barədə məsələ qaldırıb:

“ İqtisadiyyatda baş verən dəyişikliklərə uyğun olaraq orta aylıq əməkhaqqı da qalxmalıdır. Mən təhsilin və səhiyyənin inkişafına dair müxtəlif tədbirlər planının hazırlanması barədə təklif irəli sürürəm”.

Hazırda Azərbaycanda aylıq uşaq pullarının yenidən bərpa olunması haqqında da təkliflər eşidilir. 2006-ci ildə ünvanlı sosial yardımların verilməsinə başlanması ilə uşaq pulları ləğv edilmişdi.

Əli Əlirzayev hesab edir ki, indiki mexanizm normal olduğundan bu məsələni qaldırmağa ehtiyac yoxdur. Sadəcə o, doğum səviyyəsini yüksəltməkdən ötrü bəzi addımların atılmasına ehtiyac görür. Keçmiş deputat vurğulayır ki, uşaqların sayı artıqda doğuma görə, verilən vəsait də artırıla bilər.

Keçmiş deputatın sözlərinə görə, hökumət qaz və işığın qiymətini aşağı endirmək barədə düşünməlidir:

“ Limiti isə tamamilə götürmək lazımdır, az yandıran az verəcək, çox yandıran çox” .

Əli Əlirzayev vaxtilə Milli Məclisdə qaldırdığı gəlir deklarasiyası məsələsinin həllini yenidən gündəmə gətirməyin vacibliyini bildirir.

İqtisadçı: “İqtisadi islahatlara ehtiyac var”
İqtisadçı Azər Mehtiyev isə hesab edir ki, ilk növbədə sosial problemlərin yaranma səbəbləri aradan qaldırılmalıdır:

“ İndiki halda problemlərin bu cür həlli davamlı həlli sayıla bilməz. Aydın məsələdir ki, dollar krediti ilə bağlı yaranan problem 2015-ci ildəki devalvasiya qərarlarının ( 2015-ci ildə Azərbaycanda iki devalvasiya baş verib. Manat dollar qarşısında iki dəfədən çox dəyər itirib-red) nəticəsi idi. Əhalinin geniş kütləsi üçün probem həll olunsa da, tam aradan qaldırıldığını söyləmək olmaz. Minimum əməkhaqqının 180 manata qaldırılması yaxşı addımdır, amma bütövlükdə yoxsullaşmanın və işsizliyin aradan qaldırılması demək deyil”.

​Azər Mehtiyevin sözlərinə görə, uşaq pulları sosial məsələ olduğundan əsaslandırılması müxtəlif cür ola bilər:

“Bu məsələnin sırf iqtisadi hadisə kimi izahını verməkdə çətinlik çəkirəm. Bilirsiniz, son qərarlar müvəqqəti addım kimi verilibsə, eyni ilə onlar da müvəqqəti addımın tərkib hissəsi olacaq. Onun əsaslandırılması bu mənada çətindir”.

Azər Mehtiyev deyir ki, hazırda daha çox iqtisadi islahatlara ehtiyac var. “Bunun da kökündə institusional dəyişikliklər dayanır”, o əlavə edir.

Xatırlatma

Tarif Şurası 2016-cı il noyabrın 28-də qazın və elktrikin qiymətlərini artırıb. Onda qazın bir kubunun qiyməti 10 qəpikdən 20qəpiyə qaldırıldı. Amma əhaliyə hər il 1700 kub qaz əvvəlki qiymətə verilir. Elektrikin isə bir kilovatının qiyməti 7 qəpikdən 11 qəpiyə qaldırıldı. Ancaq bunda da əhaliyə əvvəlki qiymətlə hər ay 300 kilovat elektrik verilir.//AzadlıqRadiosu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Minimum aylıq əməkhaqqı 180 manat olur

    Minimum aylıq əməkhaqqı 180 manat olur ...

    9-02-2019, 14:10

  • 
  • Minimum əməkhaqqı 130 manata qaldırılıb

    Minimum əməkhaqqı 130 manata qaldırılıb ...

    26-12-2017, 12:15

  • 
  • Prezidentin problemli kreditlər barədə fərmanı - KİMLƏRİN HANSI BORCLARI BAĞLANDI (TƏCİLİ)

    Prezidentin problemli kreditlər barədə fərmanı - ...

    28-02-2019, 14:20

  • 
  • Manatla krediti olanlara ŞAD XƏBƏR - Ekspert suallara aydınlıq gətirdi

    Manatla krediti olanlara ŞAD XƏBƏR - Ekspert ...

    1-03-2019, 13:48

  • 
  • Azərbaycanda dollar kreditlərinə görə kompensasiya vətəndaşların kart hesablarına köçürüləcək

    Azərbaycanda dollar kreditlərinə görə ...

    1-03-2019, 16:56


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu