GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Mehman Hüseynov: "Prezidentə müraciəti özüm yazıb, imzalamışam" - Yenilənib - 2 (FOTOLAR)

Mehman Hüseynov: "Prezidentə müraciəti özüm yazıb, imzalamışam" - Yenilənib - 2 (FOTOLAR)

Tarix: 5-03-2019, 16:23 Bölmə :Cəmiyyət Baxış: 422
Mehman Hüseynov: "Prezidentə müraciəti özüm yazıb, imzalamışam" - Yenilənib - 2 (FOTOLAR)


Bloger Mehman Hüseynov evində mətbuat konfransı keçirib.

Gundemxeber.Az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran bloger həbsdə olduğu müddətdə, eləcə də son iki ayda baş vermiş hadisələrə aydınlıq gətirib.

O, bildirib ki, həbsxanada olduğu müddətdə mübarizəsini davam etdirib: "Bu mubarizə mənə ağır başa gəlib. İlk növbədə bu müddətdə mən anamı itirdim. Ailəm dağılıb. Bilirsiniz ki, atam bir yanadır, qardaşlarımın biri xaricdədir, biri də Naxçıvanda hərbidə. İtkilərə baxmayaraq, Azərbaycan xalqına göstərdim ki, mən mübarizəni davam etdirirəm. İlk öncə azadlıqda olmağımın səbəbkarlarına təşəkkür edirəm. Bu, ilk növbədə Azərbaycan xalqıdır. Xalq mən aclıq edən, mübarizə aparan zaman yanımda olublar. Bundam əlavə, Avropa parlamentinin deputatları, Amerika senatları beynəlxalq ve yerli qurumlar aclıq keçirən zaman mənə dəstək oldular. Mənimlə birlikdə digər dostlarımız da aclıq aksiyası keçirirdilər ki, onlara da təşəkkür edirəm. Əlbəttə ki, buradan siyasi partiyalara, Milli şuraya təşəkkür edirəm ki, mitinq təşkil ediblər. Həmin mitinqdə siyasətdən kənar adamlar da var idi ki, bu da çox gözəl haldır. Ən böyük təşəkkür Azərbaycan xalqına və bir qrup jurnalistlərədir ki, çətin durumda doğru olanları işıqlandırıblar. 2 il müddətində həbsxanada nələr olduğu haqqında danışmaq istəmirəm. Əsas məsələ odur ki, bu iki il müddətində mən anamı itirmişəm. Düşünürəm ki, anamın ölümü məndən və xaricdəki qardaşımdan alınan qisasdır. Düşünürdüm ki, anamı itirdikdən sonra mən çökəcəm. Lakin gözləntilərim olmadı. Gördüm ki, çox güclüyəm və həbsxanada mübarizəmi davam etdim. Həbsdən çıxan zaman jurnalistlər məni burada üç-dörd saat gözləyiblər. Əlbəttə ki, bunu dəyərləndirməliyəm. Ancaq jurnalistlər də başa düşməlidirlər ki, mən iki il ərazində əziyyət çəkirdim. Azad mətbuata çıxışım yox idi, telefon çətinliyim vardı. Bunlar çox vacib kriteriyalardır. Bilmirdim ki, çöldə nə baş verir. Ona görə də azadlığa çıxan zaman jurnalistlərə bildirdim ki, icazə verin ki, iki gün məlumatları araşdırım. Başa düşməli idim ki, indiki durum nə yerdədir. Bu iki gün ərzində araşdırma edib, mitinqdə baş verənlər,bütün yaşananlar haqqında məlumat topladım. Mənim üçün mübarizə aparanlara təşəkkür edirəm. Bütün jurnalistləri hadisə maraqlandırır. Yəni guya mən ədliyyə işçisinə qarşı xuliqanlıq etmişəm. Heç bir ağlı başında olan insan həbsinin başa çatmasına iki ay qalmış təxribata uymazdı. Hadisə ilə bağlı bildirim ki, belə bir hadisə ümumiyyətlə, baş verməyib. Bu, bir yuxu kimi idi. Əslində nələrsə gözləyirdim. Ancaq bu qədər iyrənc şəkildə təxribat gözləmirdim. Heç olmasa hadisəni süni şəkildə yaradıb təşkil etsəydilər, başa düşərdim ki, hansısa təxribata uymuşam. Əvvəllər də siyasi məhbuslara qarşı cəzanın sonuna yaxınlaşanda təxribatlar olub. Düşünürəm ki, təxribatla üzləşən insanlar bəlkə vaxtında düzgün addım atmayıblar deyə, mənim də başıma belə işlər gəlib. Cinayət işinin açılması ilə bağlı xəbər aldığımda bildirdim ki, cəzama iki ay qalıb və 2 mart tarixi mənim üçün çox önəmli olacaq. Ya mən bu yolda öləcəm ki, sabah digərlərinə qarşı belə addım olmasın. Ya da azadlığa çıxacam. Onlar mənim nə qədər ciddi olduğumu bildilər. Aclıq aksiyası keçirib, sudan belə imtina etmişdim. Bunları həbsdən qorxduğum üçün etmirdim. Həbsdən qorxan insan mənim kimi fəaliyyət göstərməzdi. Bu hadisə mənim üçün prinsipial məsələ idi. Mən ölümlə-dirim arasında qalmışdım. Aclıq aksiyası zamanı huşumu da itirdim. Mübarizənin sonunda saxta cinayət işinə xitam verildi. İki ay ərzində baş verənlərin hamısını demək istəmirəm. Çünki elə şeylər var ki, ictimaiyyət üçün əhəmiyyətsizdir".

Mehman Hüseynov: "Prezidentə müraciəti özüm yazıb, imzalamışam" - Yenilənib - 2 (FOTOLAR)

Daha sonra Mehman Hüseynovun çıxışı ingilis dilinə tərcümə olunub.

Xatırladaq ki, Mehman Hüseynov 2017-ci ilin martın 3-də polisə böhtan atmaq ittihamı ilə mühakimə olunub. Buna onun Nəsimi polisində işgəncələrə məruz qaldığını bəyan etməsi səbəb olmuşdu.

Amnesty İnternational beynəlxalq hüquq-müdafiə təşkilatı onu vicdan məhbusu kimi tanıyıb. Dekabrın sonlarında ona qarşı türmə əməkdaşını döyməsilə bağlı yeni ittiham irəli sürülüb. M.Hüseynov saxtalaşdırmaya etiraz olaraq quru aclıq elan edib. Yeni həbs təhlükəsi yerli icitmaiyyətin etirazına və xaricdə tənqidlərə səbəb olub. Avropa Parlamenti Azərbaycan hakimiyyətini blogeri və digər siyasi məhbusları azadlığa buraxmağa çağırıb. Bundan sonra prokurorluq blogerə qarşı cinayət işinə xitam verib.

***
Mehman Hüseynov: "Prezidentə müraciəti özüm yazıb, imzalamışam" - Yenilənib - 2 (FOTOLAR)

"Həbsxanada aclıq aksiyası keçirən zaman nə su, nə də qida qəbul etmirdim". Bu fikri evində keçirdiyi mətbuat konfransında bloger Mehman Hüseynov deyib: "Aclıq aksiyası keçirənlər, aclığın nə olduğunu yaxşı bilirlər. Bu, çox çətin proses idi. Qərar vermişdim ki, haqsızlıq aradan götürülən qədər davam edəcəm. Aclıq aksiyasına dekabrın 26-da başlamışdım. Mətbuatda araşdırdım ki, kimlər haqqımda nə fikirlər səsləndiriblər. Peşəsindən asılı olmayaraq hər kəs mövqeyini bildirməli idi. Sosial şəbəkələrdən də bilirəm ki, hamı deyirdi ki, xalq yatıb, siyasi proseslərə qarışmır. Ancaq biz gördük ki, xalq yenə də mübarizədir və bütün proseslərdə var. Dekabrın 30-da vəziyyətim pisləşib, huşumu itirmək üzrəydim . Həkimləri cəlb edib və bildiriblər ki, aclıq aksiyasını dayandırmasam, sistem vasitəsilə yemək yedirdib, çəkib, ictimaiyyətdə göstərəcəyik. Özümü bu qədər alçaq vəziyyətdə göstərməmək üçün qərara gəldim ki, 2 marta qədər ayaq üstə durmalıyam. Çünki bilirdim ki, çöldə xalq nə düşünür və prosesdən artıq xəbərdardır. Bundan sonra başladım yalnız su içməyə ki, martın 2-nə qədər ayaq üstə qalıb, prosesin sonunu gözləyim. Mətbuatda gedib ki, Mehman 1 gün aclıq edib. Bunların hamısı yalandır".

Mehman Hüseynov: "Prezidentə müraciəti özüm yazıb, imzalamışam" - Yenilənib - 2 (FOTOLAR)

Mehman Hüseynov bildirib ki, o, yanvarın 7-nə qədər yalnız su içib:
"Proseslərdə irəliləyiş olduğu üçün sonradan mən yoqurt, süd də qəbul etdim. Bəziləri deyirlər ki, Mehman yemək də yeyib. Bu, doğru deyil. Prezidentə müraciətimə gəlincə isə hamı indi düşünür ki, Mehman bunu boynundan atacaq. Xeyr, açıq şəkildə deyirem ki, müraciəti mən yazıb, imzalamışam. Əlbəttə ki, hansısa şərtləri irəli sürərək. Müraciətdə bildirmişəm ki, mən Əli Abdalovu vurmamışam bu, mənə qarşı haqsızlıqdır və aradan götürülməlidir".

***

Mehman Hüseynov onunla görüşən hüquq müdafiəçiləri barəsində də danışıb:
"Bilirdim ki, mənimlə görüşən insanlar çöldə çıxıb düzünü yaymayacaqlar. Onlar çıxıb çöldə bildiriblər ki, Mehmanin şəraiti yaxşıdır. Mənim tələbim o deyildi ki, həbsxanada PlayStation gətirsinlər, kabab versinlər. Tələbim o idi ki, mənə qarşı olan haqsızlıq aradan götürülsün. Mənimlə görüşən hüquq müdafiəçiləri isə çöldə bunu çatdırmirdilar. Bəli, içəridə onlar dedikləri şəraitim yaxşı olub. Mən öz şəraitimi özüm oislesdirirdim və deyirdim ki, haqsızlıq aradan qalxarsa, ölənə qədər ac qalacam. Əli Abdsçova gəlincə isə enə qarşı duran insanı düşünüb, baqiskadim. Məsələ odur ki, əli abdalov məsələdə çox kiçik fiqur idi. Onun istəyi ilə bu proses baş verməyib. Düşünürdüm ki, əli abdalov prosesdə çox kiçik oyunçudur. Həmin insan mənə qarşı şərəfsizlik edibsə, görün necə tərbiyə, mədəniyyət almışamsa, onu Azərbaycan xalqının övladı kimi dəyərləndirib, bağışladım. Düşündüm ki, onun da ailəsi var. Onun ailəsinin, valideynlərinin, balaca uşağının heç bir günahı yoxdur. Məsələ elədiydi ki, biz görüşəndə dedilər ki, gizli video çəkəcəyik. Mən dedim ki, bunu açıq edin. Camaat görsün ki, Mehman necə insandır ki, ona qarşı bu cür hərəkət edəni bağışladı. Mən onun ailəsini, valideynini düşündüm. O adamla mənim heç bir problemim olmayıb.

Mehman Hüseynov: "Prezidentə müraciəti özüm yazıb, imzalamışam" - Yenilənib - 2 (FOTOLAR)

M. Hüseynov bildirib ki, qardaşı ilə bağlı müraciətində qeyd olunanları özü yazıb:
"Başa düşmürdüm ki, şərləmə prosesi niyə baş verib. Əgər Emin Hüseynovun hərəkətlərinə görə məndən qısas alırlarsa, onun məsuliyyətini mən daşımıram. Müraciətimdə ona görə bildirmişdim ki, qardaşımın məsuliyyətini daşımıram. Biz bir-birimizi müdafiə edə bilərik, ancaq hərəkətlərimizə cavabdeh ola bilmərik".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mehman Hüseynov sabah evində mətbuat konfransı keçirəcək

    Mehman Hüseynov sabah evində mətbuat konfransı ...

    4-03-2019, 23:30

  • 
  • Vaşinqtonda Mehman Hüseynovla bağlı mətbuat konfransı keçirləcək

    Vaşinqtonda Mehman Hüseynovla bağlı mətbuat ...

    10-01-2019, 10:57

  • 
  • Senator Rubio Press: “Azərbaycan hökuməti Mehman Hüseynovu dərhal azad etməlidir”

    Senator Rubio Press: “Azərbaycan hökuməti Mehman ...

    5-01-2019, 13:58

  • 
  • Mehman Hüseynova dəstək aclıq aksiyası 7 gündür davam etdirilir

    Mehman Hüseynova dəstək aclıq aksiyası 7 gündür ...

    8-01-2019, 15:28

  • 
  • Mehman Hüseynova dəstək məqsədi ilə aclığa başlayanların sayı artmaqdadır

    Mehman Hüseynova dəstək məqsədi ilə aclığa ...

    4-01-2019, 22:33


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (20)
Avqust 2025 (571)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu