GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Görünməmiş hadisə: bayram yaxınlaşır, amma bahalaşma yoxdur

Görünməmiş hadisə: bayram yaxınlaşır, amma bahalaşma yoxdur

Tarix: 5-03-2019, 16:26 Bölmə :Cəmiyyət Baxış: 499
Görünməmiş hadisə: bayram yaxınlaşır, amma bahalaşma yoxdur


Deyəsən bu ilki Novruz Bakıda son illərdə ilk dəfə bayram ərzaqlarının və çərəzlərinin qiymətlərinin artması ilə müşaiyət olunmayacaq. Əməkdaşlarımız Bakıda açılan bayram yarmarkalarındakı və bazarlardakı qiymətləri müqayisə ediblər. Məlum olub ki, yarmarkalarda doğrudan da nisbi ucuzluqdur, hətta ötən ilki Novruzla müqayisə də qiymətlər aşağıdır.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə ötən həftənin sonundan Bakıda bayram yarmarkaları fəaliyyətə başlayıb.Üstəlik metro stansiyalarının yaxınlığında da çadırlar quraşdırılaraq Novruzda süfrələrin bəzəyi olan səməni, qoz-fındıq, müxtəlif çərəzlər, bayram şirniyyatları satılır. Hər il olduğu kimi bu il də yarmarkaya çıxarılan məhsulların bazar qiymətindən ən azı 25-30 faiz ucuz satılacağı vəd edilir.

Qiymətlərə nəzarət məqsədilə yarmarkaların girişində lövhələr qoyulub, satışa çıxarılan məhsulların qiyməti qeyd edilib. Satıcılara süni qiymət artımına yol verənlərin yarmarkadan uzaqlaşdırılacağı ilə bağlı xəbərdarlıq olunub.

Məsələn, lövhələrdə qabıqlı qozun qiyməti 4 manat 50 qəpik, şabalıd 6 manat 80 qəpik, qoz ləpəsi 11 manat 30 qəpik, badam 25 manat, innab 2 manat, ərik qurusu 8 manat 30 qəpik, kişmiş 6 manat 70 qəpik göstərilib.

Metronun “Qara Qarayev” stansiyasının yaxınlığındakı çadır-yarmarkada satıcılar deyirlər ki, göstərilən qiymətdən maksimum 2-3 manat baha satmağa icazə verilir. “Ərik, qoz, fındıq ləpəsini 2-3 manat fərqlə satırıq. Məsələn, qovrulmuş fındıq ləpəsi 12 manatadır, halbuki bazarda 15 manatdan ucuz tapmaq olmur”, -satıcılardan biri deyir.

Aldım qoz, satdım qoz?

Digər satıcı isə söyləyir ki, qoz, fındıq, kişmiş, şabalıd Qəbələdən gətirilib, amma badam xaricdən alındığından nisbətən bahadır. “Badamın kilosunu topdansatış mərkəzlərindən 20 manatdan almışıq, deyirlər ki, elə aldığınız qiymətə də ver”, -satıcı söyləyir və əlavə edir ki, son 2 ildə badamın qiyməti birdən-birə artıb. Çünki xərçəng xəstələrinin ən çox qəbul etdiyi qidaların siyahısındadır.

Səməninin qiymətinə gəldikdə, 8 güşəli ulduz, yaxud buta formasında səməni 20-25 manatdan ucuz deyil, amma 2-3 manata da səməni tapmaq mümkündür.

Çadır yarmarkada məhsul çıxaranların sayı olduqca azdır. Satıcılar deyirlər ki, həftənin birinci günü yarmarkaya çıxmağa icazə verilməyib, yalnız gecə bir neçə nəfərlə əlaqə saxlayıb çərşənbə axşamı gəlmələri tapşırılıb. Satıcılar ciddi cəhdlə and-aman edirlər ki, satılan bütün məhsullar rayonlardan, əsasən də Xaçmaz, Quba, Qəbələ, İsmayıllıdan gətirilib.

“Alış-veriş bayram yaxınlaşdıqca qızışacaq…”

Metronun Elmlər Akademiyası stansiyasının yaxınlığında yerləşən “Kənddən şəhərə” yarmarkasında ötən illərlə müqayisədə alış-veriş xeyli zəifdir. Satıcılar bunu yarmarkanın təzə fəaliyyətə başlaması ilə əlaqələndirirlər. Onların sözlərinə görə, satış bayram yaxınlaşdıqca daha çox qızışacaq. Amma bununla belə, bayram bazarlığını indidən edənlərə də rast gəlinir.

Yarmarkada satışa çıxarılan bütün məhsulların qiymətləri girişindəki lövhədə qeyd olunub. Satıcılar deyirlər ki, hətta bəzi məhsulları oradakı qiymətdən də ucuz satırlar. Ümumilikdə bayram yarmarkasında bazardakı qiymətlərdən təxminən 1,5- 4 manata qədər fərq var. Ən çox satılan da Novruz bayramında ən çox tələbat olan məhsullar –qabıqlı qoz və fındıqdır. Bunların qiyməti yarmarkada 5-6 manatdan başlayır. Qoz və fındıq ləpəsi isə daha baha – 7-10 manatdan başlayır, 15-17 manatadək davam edir. Qabığı təmizlənmiş, qovrulmuş fındıq ləpəsi 10-15 manata təklif olunur.

Satıcılar deyirlər ki, ucuz satdıqları məhsullardan biri də şabalıddır. Qəbələ və Zaqataladan gətirilmiş şabalıdın kiloqramı 6-7 manatadır. Göyçaydan gətirilmiş yerli innab 3 manat, Özbəkistandan gətirilmiş innabın kiloqramı isə 6-8 manatdır. Qurudulmuş xurmanın kiloqramı növündən asılı olaraq 3-9 manat arasında dəyişir. Ən ucuzu Qubadan gətirilmiş xurma qurusudur - 3-4 manat. Yer fındığının kiloqramı 5-6 manat, qaysı qurusu 6-7 manat, gavalı qurusu 7 manat, iydə 4-6 manat, kişmişin kiloqramı da ölçüsündən asılı olaraq 7-13 manata satılır.

Yarmarkada ən bahalı məhsul badam ləpəsi və püstədir, müvafiq olaraq 21-23 manata təklif olunur.

Ən çox satılanlar: qabıqlı qoz, fındıq, şabalıd

Satıcılar da yarmarkada qiymətlərin bazardan təxminən 20-30 faiz ucuz olduğunu deyirlər: “Elə məhsul var ki, bazarla müqayisədə 1,5-2 manat, eləsi var ki, 3-4 manat qiymət fərqi var. Məsələn, bazarda 22 manata olan Ordubaddan gətirilmiş qoz ləpəsi yarmarkada 17 manata satırıq”.

Satıcılardan biri 15 və 17 manatlıq qoz ləpəsi arasında tərəddüd edən müştəriyə qiymət fərqini məhsulun görünüşü ilə izah edir: “Qoz ləpəsi var 15 manata, ləpə var 17 manata. Əslində bunların arasında elə bir fərq yoxdur, ikisi də təzə, təmiz, bütöv ləpədir. Fərq ancaq rənginə görədir. Biri ağ ləpədir, digəri qırmızı. Adətən alıcılar rəngi ağ olan ləpəyə üstünlük verirlər...”

Satıcıların sözlərinə görə, yarmarkada demək olar ki, ölkənin əksər bölgələrindən məhsullar satışa çıxarılıb.

“Ən çox qiymət fərqi qoz-fındıqdadır. Camaat bazardan bu qiymətə qoz-fındıq tapa bilmir. Bizdə qabıqlı qoz 5-6 manata satılır. Şabalıd bazarda 9-10 manatdır. Buradakı lövhədə 7 manat yazılıb, amma biz ondan da ucuz – 6 manata satırıq. Qabıqlı badamı heç kim 10 manatdan ucuz tapa bilməz, amma burada 7-8 manata satırıq”, - deyə satıcı Əli bildirir.

Yarmarkada həmçinin kənd toyuğu, yumurta və ət də nisbətən ucuz satılır. Burada qoyun ətinin kiloqramı 10 manata, mal ətinin kiloqramı isə 9 manata təklif olunur. Kənd yumurtası isə 20 qəpikdir.

Satıcıların bəziləri müştəri sayından narazılıq etməsələr də, heç alver edə bilmədiklərini deyənlər də var idi. Məsələn, adını söyləmək istəməyən satıcı deyir ki, kasıblıqdan əhali gen-bol bayram bazarlığı edə bilmir. Edənlər də, ən yaxşı halda 200 qram kişmiş və ya ucuz iydə alırlar: “130 manat maaş alan adam necə bazarlıq etməlidir ki? O maaşla elə ancaq 10 kiloqram ət ala bilərsən. Ona görə də alver yoxdur, müştəri azdır...”

[i]“30 manat pul xərclədim, aldıqlarım torbanın dibində qaldı...”

"Gərək düzünü deyəsən...”

Alıcılar qiymətlərin bazara nisbətən ucuz olmasını desələr də, ümumilikdə qiymətdən narazı idilər: “Gərək düzünü deyəsən, bazardan ucuzdur, xüsusən markretlərdən alış-veriş edənlər üçün lap göydəndüşmə qiymətlərdir. Amma qiymətlər bahadır, pul çatdıra bilmirik. Bu axşam çərşənbədir deyə, uşaqlara xonça düzəltmək üçün xırdavat aldım. Aldıqlarım torbanın dibində qaldı, amma 30 manat pul xərclədim...”, - deyə Məlahət adlı alıcı bildirir.

Hüseyn Cavid prospektində quraşdırılmış bayram yarmarkasından əlavə bir neçə yerdə xırdavat və kənd təsərrüfatı məhsulları satılan kiçik çadırlara da rast gəldik. Bu çadırlarda qiymətlər bazar qiymətlərindən o qədər də fərqlənmədiyindən alıcı gözə dəymirdi. Gələnlərin əksəriyyəti isə qiymətlərlə maraqlanıb uzaqlaşırdılar.

Suraxanı və Xətai rayonlarındakı yarmarkalar isə boşdur, gələn alıcılar geri qayıdırlar. Məlum olur ki, bu yarmarkalar yalnız istirahət günlərində, ayın 16-dan 25-dək hər gün fəaliyyət göstərəcək./virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda “Novruz çadırları” quruldu

    Bakıda “Novruz çadırları” quruldu ...

    6-03-2017, 01:29

  • 
  • Bu gündən bayram yarmarkaları fəaliyyətə başlayır

    Bu gündən bayram yarmarkaları fəaliyyətə başlayır ...

    28-12-2013, 10:51

  • 
  • Bayram yarmarkaları, yoxsa yeni bazarlar? - FOTOLAR

    Bayram yarmarkaları, yoxsa yeni bazarlar? - ...

    19-03-2015, 12:39

  • 
  • Bakıda məktəbli yarmarkaları fəaliyyətə başladı

    Bakıda məktəbli yarmarkaları fəaliyyətə başladı ...

    22-08-2017, 16:38

  • 
  • Bakıda Qurbanlıq heyvanların satılacağı ünvanlar

    Bakıda Qurbanlıq heyvanların satılacağı ünvanlar ...

    29-08-2017, 15:36


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu