GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Elçin Sadıqovun işgəncə barədə məlumat verməsi nəinki onun hüququ, həm də vəzifəsidir”

“Elçin Sadıqovun işgəncə barədə məlumat verməsi nəinki onun hüququ, həm də vəzifəsidir”

Tarix: 12-03-2019, 23:04 Bölmə :Cəmiyyət Baxış: 885
“Elçin Sadıqovun işgəncə barədə məlumat verməsi nəinki onun hüququ, həm də vəzifəsidir”


“Beynəlxalq Hüquqşünaslar Komissiyası Azərbaycan Vəkillər Kollegiyasının vəkil Elçin Sadıqova qarşı sanksiyanı aradan qaldırmağa çağırır.

Komissiya Elçin Sadıqova bu il fevralın 25-də Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə töhmət verilməsindən narahatdır.

“Vəkilin peşə mədəniyyətinə və məsuliyyətinə uyğun şəkildə icra etdiyi aktlara görə məsuliyyətə cəlb edilməsi vəkillərin müstəqilliyini və insan hüquqlarının qorunmasını təhlükə altına alır, Azərbaycanda vəkillərin vəzifələrini müstəqil həyata keçirməsinə təsir göstərir,” qurumun bəyanatında deyilir.

Elçin Sadıqov Gəncə şəhərinin icra hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevin qətlində ittiham olunan Yunis Səfərovun vəkili olub.

Sadıqov müdafiə etdiyi şəxslə həbsxanada konfidensial görüş keçirib və müvəkkilinə məruz qaldığı işgəncə və ya pis rəftar barədə şikayət etmək hüququ olduğunu bildirib.

“Bir neçə gün sonra Baş Prokurorluq rəsmiləri vəkilin müvəkkilindən ona qarşı şiddət törədilməsi barədə şikayət etməyə razılıq almağa çalışmaqla qanun pozuntusuna yol verdiyini bildirib. 5 Sentyabr 2018-ci ildə Baş Prokurorluq Elçin Sadıqovun Səfərova vəkillik etmək hüququnu əlindən alıb və vəkilin intizam icraaatına cəlb edilməsi üçün Vəkillər Kollegiyasına şikayət edib”, sənəddə qeyd edilir.

Vəkilin peşə mədəniyyətinə və məsuliyyətinə uyğun şəkildə icra etdiyi aktlara görə məsuliyyətə cəlb edilməsi vəkillərin müstəqilliyini və insan hüquqlarının qorunmasını təhlükə altına alır.
Beynəlxalq Hüquqşünaslar Komissiyası
Bəyanatda ehtimal edilir ki, hüquqşünas və müvəkkili arasında konfidensial görüş hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən qeydə alınıb.

“Eyni zamanda Sadıqovun işində onun müvəkkilinin yazdığı məktuba istinad edilir. Sadıqovun müvəkkili məktubunda vəkilin ona şiddətə məruz qalması haqqında ifadə verməli olduğunu dediyini bildirir. Lakin Elçin Sadıqovun sözlərinə, görə bu məktub onun keçmiş müvəkkilinə işgəncə və təzyiq altında imzalatdırılıb.”

Beynəlxalq Hüquqşünaslar Komissiyası vəkillərin öhdəlikləri ilə əlaqədar BMT-nin əsas prinsiplərinə istinad edərək hüquqşünasların müştərilərinin maraqlarına həmişə hörmətlə yanaşmalı olduğu bildirib.

“Bu prinsipə görə vəkillər öz müvəkkillərinə hər cür kömək etməyə və öz maraqlarını müdafiə etmək üçün qanuni tədbirlər görməyə kömək etməlidir. Hazırkı işdə Elçin Sadıqovun təqdim etdiyi şəkillərdən və videolardan Səfərovun şiddətə məruz qaldığı aydın görüldüyü üçün vəkilin müvəkkilinə işgəncə barədə şikayət edə biləcəyi haqqında məlumat verməsi nəinki onun hüququdur, həm də onun vəzifəsidir.Vəkilin bunu etməməsi peşə etikasını və vəzifələrini pozması demək olardı. Beynəlxalq Hüquqşünaslar Komissiyası həm də hüquqşünasın müvəkkili ilə konfidensial görüş hüququnun pozulmasından narahatdır,”sənəddə qeyd edilir.

Beynəlxalq Hüquqşünaslar Komissiyası Azərbaycan Vəkillər Kollegiyasının vəkil Sadıqova qarşı sanksiyanı aradan qaldıraraq və hüquqşünasların həbsdə olan müvəkkilləri ilə konfidensial görüşlərinin praktikada təmin olunması üçün qanunvericiliyi və praktiki təkmilləşdirmələri nəzərdən keçirərək, müstəqil hüquqşünasların dəstəklənməsini vacib hesab edir.

Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə fevralın 22-də vəkil Elçin Sadıqova töhmət verilib.

Elçin Sadıqov: “Prokurorluğun müraciətinin tam qanunsuz olması mübahisə doğurmayan haldır”
Elçin Sadıqov Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə sui-qəsddə təqsirli bilinən Yunis Səfərovun vəkilidir. Sentyabrın 11-də Yunis Səfərovun anası Leylaxanım İsmayılova müraciət yayaraq, oğlu ilə vəkilinin görüşünün dinlənildiyini, vəkilin təhdid olunduğunu bildirib.

Elçin Sadıqov Azərbaycanın Vəkillər Kollegiyasının Baş Prokuroluğun şikayəti qarşılığında onu müdafiə etməsindən təəssüfləndiyini bildirib.

“Baş prokurorluğun məni dinləməsi və onun əsasında Vəkillər Kollegiyasına şikayət etməsi ilə əlaqədar bu gün mənə töhmət veriblər. Özü də iştirak etmək barədə xahişimi nəzərə almadan iclası təxirə salmayıblar və qərarı mənim iştirakım olmadan qəbul ediblər. Vəkillər Kollegiyası bu işdə məni müdafiə etmədi. Verdiyim vəsatətlərin heç birini təmin etmədi. Baş Prokurorluğun konfidensial görüşümüzün lent yazısına əsaslanan məktubu ilə Yunis Səfərovdan alınmış məktub arasındakı ziddiyyətləri araşdırmadı və Rəyasət Heyəti ümumiyyətlə Yusif Səfərovun adından yazılan məktubda göstərilmədiyi halda Baş Prokurorluğun həmin məlumatları hansı yolla əldə etməsini yoxlamadı,” Sadıqov bildirib.

Vəkil son vaxtlar insan haqlarını müdafiə edən vəkillərə qarşı təzyiqlərin davam etdiyini qeyd edir.

Vəkillər Kollegiyasının rəhbərliyinin belə bir əsassəz şikayətə xitam vermək əvəzinə məni cəzalandərması onu dəqiqliklə sübut edir ki, prokurorluğun bu qurumun rəhbərliyinə qarşı təyziq imkanları genişdir.
Elçin Sadıqov, vəkil

“Azərbaycan Höküməti insan haqlarının müdafiəsindən geri çəkilir və insan haqlarını müdafiə edənlərə qarşı total təqiblər həyata keçirir. Bundan başqa Vəkillər Kollegiyasının rəhbərliyinin belə bir əsassəz şikayətə xitam vermək əvəzinə məni cəzalandərması onu dəqiqliklə sübut edir ki, prokurorluğun bu qurumun rəhbərliyinə qarşı təyziq imkanları genişdir,” o bildirib.

Son illər Azərbaycanda hüquq müdafiəçiləri tərəfindən müstəqil vəkil kimi tanınan Namizəd Səfərov, Xalid Bağırov, Aslan İsmayılov, Əlaif Həsənov, Elçin Namazov, Yalçın İmanov, İntiqam Əliyev, Müzəffər Baxışov, Ənnağı Hacıbəyli, Fərhad Mehdiyev, İradə Cavadova və digərlərinin vəkillik fəaliyyətinə xitam verilib. Bir çox vəkillər barəsində isə intizam tədbirləri görülüb.

Vəkillər Kollegiyası bir qayda olaraq vəkillərin fəaliyyətinə xitam verilməsini onların qanun və əsasnaməni pozması ilə izah edir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vəkil Elçin Sadıqovla bağlı hələ qərar verilməyib

    Vəkil Elçin Sadıqovla bağlı hələ qərar verilməyib ...

    22-12-2018, 17:34

  • 
  • Beynəlxalq Vəkillər Assosiasiyası Yalçın İmanovun vəkillik səlahiyyətlərinin bərpasını tələb edir

    Beynəlxalq Vəkillər Assosiasiyası Yalçın İmanovun ...

    23-11-2017, 18:59

  • 
  • Elçin Sadıqov: “Prokurorluğun müraciətinin tam qanunsuz olması mübahisə doğurmayan haldır”

    Elçin Sadıqov: “Prokurorluğun müraciətinin tam ...

    17-09-2018, 22:18

  • 
  • Vəkil Elçin Namazov həbs olunub

    Vəkil Elçin Namazov həbs olunub ...

    26-11-2014, 01:43

  • 
  • Yunis Səfərovun apellyasiya şikayəti təmin edilməyib

    Yunis Səfərovun apellyasiya şikayəti təmin ...

    4-10-2018, 14:13


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (20)
Avqust 2025 (571)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu