GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Əfv sərəncamının imzalanması an məsələsidir - Əli Kərimlinin müavinləri də azad oluna bilər

Əfv sərəncamının imzalanması an məsələsidir - Əli Kərimlinin müavinləri də azad oluna bilər

Tarix: 15-03-2019, 17:48 Bölmə :Cəmiyyət Baxış: 285
Əfv sərəncamının imzalanması an məsələsidir - Əli Kərimlinin müavinləri də azad oluna bilər


Novruz bayram ilə əlaqədar əfv sərəncamının imzalanacağı dəqiqləşib. Artıq Əfv Komissiyasının iclasları başa çatıb və yekun siyahı prezidentə təqdim olunub. Bir sözlə, sərəncamın imzalanması an məsələsidir.

Əfv sərəncamı bu gün verilməzsə, böyük ehtimalla gələn həftənin ilk günü, yəni martın 18-də imzalanacaq.

Heç şübhəsiz ki, sərəncam ətrafında gedən müzakirələrin əsasını siyasi məhbuslarla bağlı məsələ təşkil edir. Əldə etdiyimiz məlumata görə, əfv siyahısı kifayət qədər böyükdür. Azadlığa qovuşacağı gözlənilənlər sırasında tanınmış məhbusların da olacağı deyilir. Yayılan məlumatlara görə, əfv siyahısında 50-dən çox siyasi məhbusun adı yer alacaq.

Musavat.com olaraq ötən həftə kiçik bir araşdırma apararaq ən çox azadlığa çıxmaq şansları olan siyasi məhbuslardan ibarət siyahı hazırlamışdıq. Siyahıda sabiq səhiyyə naziri Əli İnsanov istisna olmaqla daha çox cəzalarının böyük hissəsini çəkən siyasilərin adları yer alırdı. Sözsüz ki, əfv etmək ölkə prezidentinin müstəsna səlahiyyətidir. Amma bu əfvin geniş olacağı barədə yayılan xəbərləri, eləcə də, əfv siyahısında çoxsaylı siyasi məhbusun adının yer alacağı barədə deyilənləri düşünsək, ilk göz önünə aşağıdakı siyahıda təqdim edəcəyimiz siyasilər gəlir.

Ə.İnsanov- 2005-ci ildə həbs edilib. 11 illik cəzasının bitməsinə üç ay qalmış ona qarşı əlavə ittihamlar irəli sürülüb. 2017-ci il aprelin 26-da 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib.

İlkin Rüstəmzadə - NİDA Vətəndaş Hərəkatının üzvüdür. "Əsgər ölümlərinə son" aksiyasına görə 2013-cü ildə həbs edilib. 8 il cəza alıb.

Elgiz Qəhrəmanlı -NİDA-çıdır. 2016-cı il avqustun 12-də saxlanılıb. 2017-ci ilin yanvarında 5 il yarım cəza alıb. Həmin ilin noyabrında onun cəzası 3 ilə endirilib. Həbs müddəti bu il avqustun 12-də başa çat.

Seymur Həzi - AXCP sədrinin müavinidir. 2014-cü ilin avqustunda həbs edilib. 5 il cəza alan AXCP funksionerinin avqustda cəza alib.

Fuad Qəhrəmanlı - AXCP sədrinin müavinidir. 2015-ci ilin dekabrında saxlanılıb. 2017-ci ilin yanvarında 10 il müddətinə azadlıqdan məhrum edilib

Yusifli - Qarabağ qazisi, AXCP funksioneridir. 2014-cü ilin noyabrında həbs olunub. İlk olaraq 7 il yarım cəza alan Qarabağ qazisinin həbs müddəti 2015-ci ilin iyulunda Ali Məhkəmə tərəfindən 6 ilə endirilib.


Fikrət Fərəməzoğlu - Jam.az saytının rəhbəridir. 2016-cı ilin iyununda həbs edilib. İlk olaraq 7 il cəza alan sayt rəhbərinin ötən ilin sentyabrında Ali Məhkəmədə şikayətinə baxılıb və onun həbs müddətindən bir il götürülüb.

Əlikram Xurşudov - Müsavat Partiyasının Şirvan rayon təşkilatının sədridir. 2017-ci ilin noyabrından məhbus həyatı yaşayır. 5 il cəza alan təşkilat sədrinin cəzası ötən ilin avqustunda 4 il yarıma endirilib.

Əliabbas Rüstəmov - vəkildir. 2014-cü ilin iyununda saxlanılıb. 7 il cəza alıb.

Gözəl Bayramlı - AXCP sədrinin müavinidir. 2017-ci ilin mayında saxlanılıb. Ötən ilin yanvarında 3 il müddətinə azadlıqdan məhrum edilib.

Əfqan Muxtarlı - jurnalistdir. 2017-ci ilin mayında həbs olunub. Ötən ilin yanvarında 6 il cəza alıb.

Murad Ədilov - AXCP üzvüdür. 2014-cü ilin avqustunda tutulub. 6 il müddətinə azadlıqdan məhrum edilib.

Fuad Əhmədli - AXCP üzvüdür. 2016-cı ilin avqustunda həbs olunub. 4 il həbs cəzası alıb.

Rüfət Səfərov-Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-cı ilin sentyabrında 9 il azadlıqdan məhrum olunub. Elə məhkəmə zalında da həbs edilib.

Mövsüm Səmədov-İslam Partiyasının sabiq sədridir. 2011-ci ildən həbsdədir. 12 il cəza alıb.

Abgül Süleymanov-ilahiyyatçıdır. 2011-ci ildə həbs edilib və 11 il azadlıqdan məhrum edilib.

Nicat Əliyev- azadxeber.net saytının baş redaktorudur. 2012-ci ilin mayından həbsdədir. 10 il cəza alıb.

Elnur Seyidov- "Texnikabank"ın Yasamal filialının sabiq müdir müavini, AXCP sədri Əli Kərimlinin qaynıdır. 2012-ci ilin martından həbsdədir. 7 il yarım cəza alıb

“Yeni Müsavat”a G.Bayramlıya yaxın şəxslərdən birinin verdiyi məlumata görə, artıq qadın siyasi məhbus azadlığa çıxmağa hazırlaşır. Mənbə bildirir ki, G.Bayramlıya adının əfv siyahısında olduğu barədə xəbər verilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Əfv sərəncamı Novruz bayramı ərəfəsində olacaq” - AÇIQLAMA

    “Əfv sərəncamı Novruz bayramı ərəfəsində olacaq” ...

    11-12-2018, 10:56

  • 
  • Novruzda böyük əfv gözlənilir

    Novruzda böyük əfv gözlənilir ...

    16-02-2014, 20:29

  • 
  • “18 oktyabrda əfv sərəncamının imzalanma ehtimalı çox azdır”

    “18 oktyabrda əfv sərəncamının imzalanma ehtimalı ...

    23-09-2016, 01:24

  • 
  • Əli İnsanov əfv ərizəsi yazmadı: Siyahıda adı olan siyasi məhbuslar

    Əli İnsanov əfv ərizəsi yazmadı: Siyahıda adı ...

    7-03-2016, 17:24

  • 
  • 500 adam əfv ediləcək- ONLAR ARASINDA "ÖMÜRLÜKLƏR" DƏ VAR

    500 adam əfv ediləcək- ONLAR ARASINDA ...

    18-05-2018, 13:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu