Azərbaycan Xalq Hərəkatı İdarə Heyətinin üzvü, türkoloq, puiblisist Bəxtiyar Tuncaya qarşı zorakılıq olub.
Gundemxeber.az xəbər verir ki,Bu barədə AĞ Partiya başqanı, AXH İdarə heyətinin üzvü Tural Abbaslı məlumat verib. Tural Abbaslı bildirib ki: “Bu gün sadə, səmimi insan, savadlı alim, əxlaqlı ziyalı, fədakar mübariz, AXH İdarə Heyətinin üzvü Bəxtiyar Tuncay bəyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (Bandotdel) aparıblar. Orada hansısa idmançı görkəmli şəxs onu birbaşa idarə rəisinin otağında siyasi çıxışlarına görə təhqir edərək fiziki zor tətbiq edib. 4 saat onu orada işgəncəyə məruz qoyduqdan sonra sərbəst buraxıblar. Bu nə özbaşnalıqdır, bu nə qanunsuzluqdur?
Bir yandan prezident əfv fərmanı imzalayır, siyasi, iqtisadi açılımdan söhbət açılır, digər tərəfdən də belə zorakılıq və vandallıq. Mən bu düşüncədəyəm ki, iqtidarda kimlərsə vəziyyətin gərginləşməsində, ortamın radikallaşmasında maraqlıdır. Yoxsa, bunun nə izahı ola bilər? Mən buradan bütün səlahiyyətli dairələrdən bu qanunsuzluğa reaksiya vermələrini və mövqe nümayiş etdirmələrini tələb edirəm.”
Qeyd edək ki, bu barədə Bəxtiyar Tuncayın özü də “facebook” hesabına məlumat paylaşıb. O, bildirib ki: “Bu gün bir həftəlik müalicə kursunun ilk günü olmalı idi. Evdən çıxıb klinikaya getməliydim. Həkimlə saat 12:30-a danışmışdıq. Evdən çıxıb siqaret almaq üçün dükana yola düşdüm. Qarşımı 3 mülki şəxs kəsib qara maşına minməyimi söylədilər. Saat təqribən 11:50 idi. Maşının markası və nömrəsini ayırd edə bilmədim. Hadisə çox sürətlə baş verdi. Nə isə, gözlədiyim kimi bandotdelə gətirdilər.
Təklif elədim ki, mənimlə yaxşı polis-pis polis oyunu oynamayıb, bir dəfəlik pis polisin yanına aparsınlar. Elə də etdilər. Rəisin otağına gətirdilər və orada məni rəisdən başqa mülki geyimli, idmançı cassəli biri gözləyirdi. O mənə səni belə-belə edərəm dedi və filan şeyi yeyərsən cavabı aldı. Sol yanağıma bir şapalaq ilişdirildi. Eyni söyüş təkrar edildi, eyni cavab verildi. Üzümü rəisə tutub qətiyyən qorxmadığımı bildirdim. “İdmançıya” isə yenə də vurmasını təklif etdim. Üst-üstə sol yanağıma 5-6, sağ yanağıma 1 şapalaq, sol ayağıma da ilişdirildi. O, butulka əməliyyatını nəzərdə tutaraq filan yerdə deşik açmaqla hədələdi, Mən də sənə o deşikdən onunu açaram deyə cavab verdim. Başa düşdü və məndən əl çəkdi. Ona qisasımı mütləq alacağımı söylədim.”//agxeber.com
Sorğu
Yeni dizaynımız necədir?