Müsavat Gənclər Təşkilatının sədri, Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı həbs olunub. Nəsimi Rayon Məhkəməsi Tural Abbaslı 15 sutka azadlıqdan məhrum edib. Qeyd edək ki, dünən Tural Abbaslının özü həbs olunacağı haqda məlumat vermişdi. T.Abbaslı “Əsgər ölümlərinə son” aksiyasında iştirakına görə ona cərimə tətbiq olunduğunu və bunu qanunsuz hesab etdiyi üçün ödəmədiyinə görə həbs olunacağını söyləmişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?