Milli Şuranın sədri Cəmil Həsənli sosial şəbəkə üzərindən açıqlamasında bildirib:
''Milli Şura dünən keçirilən toplantısında Sizlərin çoxsaylı müraciətlərinizi nəzərə alaraq mitinq qərarı verdi. Növbəti kütləvi aksiya aprel ayının 6-da, saat 15:00-a "Məhsul" stadionuna təyin edildi. Mitinqin başlıca tələbləri siyasi məhbusların azadlığı, korrupsiya yolu ilə ölkədən oğurlanmış, xalqdan talan edilmiş vəsaitlərin geri qaytarılması, hazırda əhalinin böyük ehtiyac duyduğu uşaq pullarının verilməsi və digər çağırışlardan ibarətdir. Respublika konstitusiyası və sərbəst toplaşmaq haqqında qanuna uyğun olaraq Milli Şura dinc kütləvi aksiya keçirməyi planlaşdırır. Buyurun, 19 yanvar mitinqindən sonra ən kütləvi aksiya Sizləri gözləyir.''
Sorğu
Yeni dizaynımız necədir?