Türkiyədə saxlanılaraq Azəbaycana təhvil verilən və barəsində Azərbaycan Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddə əldə etmə, saxlama, gəzdirmə satış məqsədilə olduqda) maddəsilə ittiham irəli sürülən “Müsəlman Birliyi” Hərəkatının fəalı Anar Cabbarov aprelnun 5-də axşam saatlarında azadlığa buraxılıb. Cabbarov artıq evlərindədir.
Məlumatı Cabbarovun vəkiil Bəhruz Bayramov Amerikanın Səsinə təsdiq edib.
“Anar Cabbarov bu gün 1 saylı Bakı İstintaq Təcridxanasından istintaqın aparıldığı Daxili İşlər Nazirliynin Baş Mütəşəkkil Cinayətkalıqla Mübarizə İdarəsinə gətirilib və orada azadlığa buraxılıb. Cabbarova bildiriblər ki, cinayət işi xitam olunub,” vəkil Amerikanın Səsinə bildirib.
Anar Cabbarov bu il martın 16-da Türkiyədə saxlanılıb öncə polis, oradan Göç (Deportasiya) İdarəsinə, daha sonra Azərbaycanın İstanbuldakı konsulluğuna aparılıb və martın 21-də Bakıya gətirilib. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddə əldə etmə, saxlama, gəzdirmə satış məqsədilə olduqda) maddəsilə ittiham irəli sürülüb.
Cabbarov öncə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb və ailəsinə onun harada saxlanılması barədə məlumat verilməyib. Bu günlərdə vəkilləri onun 1 saylı Bakı İstintaq Təcridxanasına göndərildiyini bildirib.
Anar Cabbarov 2015-ci il noyabrında Nardaran hadisələrindən sonra Azərbaycanı tərk edib. Bir müddət Rusiyada yaşayıb, sonra Türkiyəyə gedib.
2015-ci ilin noyabrında "Müsəlman Birliyi" Hərəkatının fəallarına qarşı kütləvi həbslər başlayıb. Təşkilatın lideri Taleh Bağırov də daxil olmaqla, qurumun 46 fəalı və tərəfdaş hazırda həbsdədir.
Təşkiların üzvlərinin bir qismi martın 16-da prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. Onların arasında hərəkatın sədr müavini Elçin Qasımov da var.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?