GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » SDU-da elmi-praktik konfrans öz işinə başladı

SDU-da elmi-praktik konfrans öz işinə başladı

Tarix: 10-04-2019, 19:34 Bölmə :Cəmiyyət Baxış: 713
SDU-da elmi-praktik konfrans öz işinə başladı


Aprelin 10-da Sumqayıt Dövlət Universitetində Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş “Sumqayıtın bu günü və sabahı” mövzusunda elmi-praktik konfrans öz işinə başladı.

Konfransda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov, universitetin professor-müəllim heyəti iştirak etdilər.
Konfransı giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovu və iştirakçıları salamladı, Sumqayıtın 70 illik yubileyi ilə əlaqədar cənab Zakir Fərəcovu və şəhər sakinlərini təbrik etdi. Rektor cənab Zakir Fərəcova Sumqayıt şəhərinin 70 illik yubileyi ilə bağlı keçirdiyi silsilə görüşlərdən birinin də universitetimizdə təşkilinə görə universitetin çoxsaylı professor-müəllim və tələbə heyəti adından təşəkkürünü bildirdi. Vurğuladı ki, bu gün ölkəmiz dünya miqyasında güclü nüfuza malik bir ölkə kimi tanınır. Əldə edilmiş uğurlar təsdiqləyir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kursu Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Ölkə rəhbərinin çoxşaxəli uğurlu fəaliyyətində regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları xüsusi önəm daşıyır. Məhz bu möhtəşəm quruculuq proqramlarının sayəsində ölkəmizin bütün bölgələrində yüksək tərəqqiyə nail olunub və əhalinin həyat şəraiti daha da yaxşılaşıb. Rektor Sumqayıt şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən, həyata keçirilən infrastruktur layihələrdən danışdı. Bildirdi ki, cənab Zakir Fərəcovun rəhbərliyi ilə Sumqayıt şəhərinin mədəni səviyyəsi yüksəlmiş, modern inkişafı üçün dövlət proqramına uyğun olaraq bir sıra islahatlar gerçəkləşmiş, yeni nailiyyətlər əldə olunmuşdur.

SDU-da elmi-praktik konfrans öz işinə başladı


Sonra professor Elxan Hüseynov rəhbərlik etdiyi ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə ətraflı məlumat verdi. Bildirdi ki, adı, inkişafı Cənubi Qafqazın qüdrətli sənaye mərkəzi olan Sumqayıt şəhəri ilə bilavasitə bağlı olan, onun kadr potensialının, elmi-mədəni elitasının formalaşmasında xidmətləri olan Sumqayıt Dövlət Universiteti bu gün də kadr potensialının inkişafı üçün layihələr gerçəkləşdirir, mühüm uğurlara imza atır.

SDU-da elmi-praktik konfrans öz işinə başladı


Elmin təhsilə, Avropa dəyərlərinə inteqrasiyası istiqamətində imza atdığı uğurlarla MDB məkanında, Türkiyədə, bir sıra Avropa ölkələrində fəaliyyət göstərən elm-təhsil mərkəzləri tərəfindən də qəbul olunan universitetimiz bu gün təkcə maddi-texniki bazası, İKT-nın son naliyyətləri ilə təchiz olunmuş auditoriya, laboratoriyaları ilə deyil, nüfuzlu alimləri, tanınmış müəllimləri, mükəmməl biliklərə malik kadr potensialı, professor-müəllim heyəti ilə şöhrət qazanıb. SDU-nun elmi potensialının ildən-ilə artdığını qeyd edən rektor universitetdə Dissertasiya Şurasının yaradıldığını da diqqətə çatdırdı. Qeyd etdi ki, bu gün Möhtərəm Prezident cənab İlham Əliyevin hədəflərini uğurla gerçəkləşdirən Sumqayıt Dövlət Universitetində inkişaf və fərqlilik göz önündədir. Həmçinin ali təhsil müəssisəsində əlavə nəzəri və praktiki ixtisas biliklərinə yiyələnmək üçün innovativ təlim-tədris mərkəzinin yaradılması məqsədi ilə universitetdə texnoparkın tədris-təlim mərkəzi yaradılması,universitetin ikinci tədris binasının üzlənməsi və yeni görkəm alması istiqamətində işlər aparılacaq. Həmçinin universitetin yataqxanalarında məskunlaşmış məcburi köçkün soydaşlarımızı yeni mənzillərlə təmin olunublar, yaxın günlərdə həmin yataqxanalar təmir olunaraq tələbələrin ixtiyarına veriləcək. Bu da tələbələrin sevincinə səbəb olacaq. Tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün “Atıcılıq” və “Qılıncoynatma” bölmələrinin istifadəyə verilməsi nəzərdə tutulduğunu bildirdi.
Konfransda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov universitetin kollektivini salamlayaraq qeyd etdi ki, yarım əsrdən çox tarixi inkişaf yolu keçən Sumqayıt Dövlət Universiteti, güclü maddi-texniki bazaya malik olmuş, ötən illər ərzində yüksəkixtisaslı mütəxəssislər yetişdirmiş və hazırda beynəlxalq əlaqələrini gündən-günə genişləndirməkdədir. Rektor Elxan Hüseynovun rəhbərliyi ilə bu ali məktəbdə güclü elmi-pedaqoji potensial vasitəsilə təhsilin inkişafı və müasirləşməsi, dünya standartları səviyyəsinə çatdırılması istiqamətində həlledici və mühüm addımlar atılmışdır. Bu gün ölkəmizdə sanballı tədris və elmi- tədqiqat mərkəzlərindən biri kimi tanınan Sumqayıt Dövlət Universitetində aktual istiqamətlərdə elmi araşdırmalar aparılır, təhsilin məzmunu elmi nailiyyətlərlə zənginləşdirilir, gündən –günə yeni uğurlar əldə edilir.Sevindirici haldır ki, universitetin əldə etdiyi nailiyyətlər Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları tərəfindən yüksək qiymətləndirilir. Bu istiqamətdə sizin rəhbərlik etdiyiniz kollektivə uğurlar arzu edirəm.
Cənab Zakir Fərəcov yubiley ərəfəsində şəhərdə aparılan böyük quruculuq işlərindən, irimiqyaslı layihələrin həyata keçirilməsindən, yeni sənaye müəssisələrinin inşa olmasından, ümumən Sumqayıtın sürətli inkişafından söhbət açdı, bu inkişafın Azərbaycan Prezidenti cənab İlham Əliyevin mütəmadi diqqəti sayəsində mümkün olduğunu vurğuladı. Bildirdi ki, burada Avropa standartlarına uyğun müasir bulvar yaradılmış, mikrorayonlarda məhəllədaxili yollar, küçə və prospektlərdə yollar əsaslı təmir edilmiş, yaşayış binalarının, məktəb və uşaq bağçalarının yararsız dam örtükləri yeniləri ilə əvəz olunmuş, şəhərin müxtəlif ərazilərindəki parklar daha da abadlaşdırılmışdır. Heydər Əliyev Mərkəzi, Dəmiryol Vağzalının binası, Poeziya Evi, Bayraq muzeyi, Uşaq incəsənət məktəbi, Şahmat məktəbi, və s. yeni sosial-mədəni obyektlər şəhərin memarlıq görkəminə dəstək olub. Sumqayıt Dövlət Dram Teatrının binası və Kimyaçı Mədəniyyət Sarayı əsaslı, yüksək dizaynla, milli memarlıq üslubunda təmir olunmuşdur. Bu işlər bu gün də, sabah da uğurla davam etdiriləcək.
Cənab Zakir Fərəcov onu da qeyd etdi ki, bu il Sumqayıt şəhərinin 70 illiyi tamam olur. Bununla bağlı ölkə Prezidenti cənab İlham Əliyev Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sumqayıt ötən müddətdə zəngin inkişaf yolu keçərək ölkəmizin böyük sənaye mərkəzlərindən birinə çevrilib. İri müəssisələr şəbəkəsinin və müvafiq infrastrukturun formalaşması şəhərin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə tərəqqisinə güclü təkan verib. Bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Sumqayıt qazandığı uğurları ilə Azərbaycanın iqtisadi qüdrətinin daha da artırılmasında yaxından iştirak edir, ölkənin mədəni və intellektual potensialının gücləndirilməsinə töhfələr verir. Qeyd etdi ki, Sumqayıtın tarixinin ən əlamətdar səhifələri xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin diqqət və qayğısı sayəsində hələ ötən əsrin 70-80-ci illərində Sumqayıtda xüsusən neft və kimya sənayesinin sürətli inkişafı üçün geniş imkanlar açılıb, zamanın tələblərinə uyğun texnologiyalar əsasında yeni-yeni istehsal sahələri istismara verilmişdir. Dövlət başçısı cənab İlham Əliyevin Cənubi Qafqazın Bakıdan sonra ikinci sənaye mərkəzi olan Sumqayıta səfərlərinin, diqqət və qayğısının nəticəsidir ki, iri sənaye şəhərinə maraq daha da artdı. Yeni açılan müəssisələrin fəaliyyəti ölkə iqtisadiyyatına öz bəhrəsini verməkdədir.
Sonda icra başçısı universitetin müəllim və tələbə heyətinin suallarını cavablandırdı. Tələbələrin sevincinə səbəb olan əlaçı tələbələrə “Bələdiyyə təqaüdlərin” veriləcəyini bildirdi. Məzun tələbələrin isə şəhərimizdə fəaliyyət göstərən müəssisələrdə işlə təmin olunmaları üçün köməklik edəcəyinə söz verdi.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zakir Fərəcov Eldar Əzizovun iki kadrını "vurdu" - Sumqayıt İH-də ilk dəyişikliklər

    Zakir Fərəcov Eldar Əzizovun iki kadrını ...

    7-09-2015, 14:08

  • 
  • Zakir Fərəcov xidməti avtomobilini təhvil vermədi

    Zakir Fərəcov xidməti avtomobilini təhvil vermədi ...

    3-09-2015, 23:05

  • 
  • 15 mühafizəçisi olan icra başçısı kimdir? – təfsilat

    15 mühafizəçisi olan icra başçısı kimdir? – ...

    31-03-2017, 10:18

  • 
  • "Xocalıya ədalət!” devizi altında Sumqayıt Dövlət Universitetinin professor-müəlim və tələbə heyəti yürüş etdi - FOTO

    "Xocalıya ədalət!” devizi altında Sumqayıt ...

    25-02-2019, 17:47

  • 
  • Sumqayıtın yeni başçısından ‘dəqiqə bir, qol bir’: pul yığımı başlayır

    Sumqayıtın yeni başçısından ‘dəqiqə bir, qol ...

    7-09-2015, 17:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu