Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin sabiq müdiri Füzuli Tanırverdiyev barəsində cinayət işi qaldırılıb.
Ona Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə ittiham verilib.
Cinayət işi Zərdab rayon məhkəməsində hakim Tahir Qubadovun icraatında baxılıb.
Azərbaycanda PKK-ya açıq dəstək verən məmura HÖKM OXUNDU
Məhkəmənin hökmü ilə F. Tanırverdiyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. F. Tanırverdiyev barəsində sınaq müddəti seçilib.
Hökmlə razılaşmayan F. Tanırverdiyev apellyasiya şikayəti verib.
Qeyd edək ki, bir müddət öncə, F.Tanırverdiyev özünün Feysbuk profilində İraqın şimalında yerli hökumətin keçirdiyi "referendum"u dəstəkləyən fotolar yayıb. Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb, müxtəlif statuslar yazıb.
Sosial şəbəkələrdə bu məsələ ciddi rezonans doğurub. Bundan sonra F. Tanırverdiyev tutduğu vəzifədən azad edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?