“#hamısınıazadet #freethemALL” kampaniyası çərçivəsində bütün siyasi məhbusların azadlığa buraxılması üçün geniş ictimaiyyət tərəfindən dəstəklənən Baş Prokurorluğa və Penitensiar Xidmətə ünvanlanan müvafiq müraciətlər rəsmi qaydada hər iki ünvana göndərilib.
Gundemxeber.Az bildirir ki, bu barədə hüquq müdafiəçisi Rəsul Cəfərov facebook səhifəsində yazıb.
O Baş Prokurorluğun və Penitensiar Xidmətin müraciətlərinə cavab verəcəyinə ümid edir.
Cavab vermək vəzifəsi dövlət qurumlarındadır, əslində bir cavab gözləyirik - siyasi məhbuslar azadlığa buraxılsın! Rəsul Cəfərov, hüquq müdafiəçisi “Müraciətlər vasitəsilə jurnalistlər Əfqan Muxtarlı və Elçin İsmayıllının, o cümlədən təyin edilmiş cəzanın böyük hissəsini əsassız olaraq həbsdə keçirmiş siyasi məhbusların bu müddət bitdiyi üçün onların (söhbət təxminən 30-a qədər şəxsdən gedir) azadlığa buraxılmasına çağırırq,” o qeyd edib.
Müraciətləri sosial şəbəkələr və onlayn petisiya vasitəsilə yüzlərlə şəxs qoşularaq dəstəkləyib, 30 nəfər isə 2 gün ərzində müraciətə fiziki imzalarını atıb.
“Cavab vermək vəzifəsi dövlət qurumlarındadır, əslində bir cavab gözləyirik - siyasi məhbuslar azadlığa buraxılsın!” Cəfərov qeyd edir.
Hüquq müdagfiəçiləri sosial şəbəkələrdə “#hamısınıazadet #freethemALL” şüarı ilə bütün siyasi məhbusların azad edilməsi üçün kampaniya keçirir. Kampaniyaya yüzlərlə insan qoşulub.
Hüquq müdafiəçiləri hazırda ölkədə 87 nəfər siyasi məhbusun olduğunu bildirir.
Siyasi məhbuslar- foto 23.01.2019-da çəkilib. Fotoda əks olunanların bəziləri indi azadlıqdadır Siyasi məhbuslar- foto 23.01.2019-da çəkilib. Fotoda əks olunanların bəziləri indi azadlıqdadır Hüquq müdafiəçiləri 87 nəfəri 7 qrupa bölüb, -"jurnalistlər və blogerlər" kateqoriyasına 5, "hüquq müdafiəçiləri" -1, "müxalifət partiyaları və hərəkatların üzvləri" - 7, "MTN (2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi) cinayətlərinin qurbanları -3, "dindarlar" -56, "girovlar" -1, "ömürlük mühakimə olunanlar" -14 nəfər.
Rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını bildirir, bununla bağlı məlumatları qərəzli sayır. Dövlət rəsmiləri bütün fundamental azadlıqların tam təmin edildiyini, insanların fikrinə, əqidəsinə görə təqib edilmədiyini bildirir.
Bununla yanaşı Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərir. Amnesty İntrenational (Beynəlxalq Əfv) təşkilatı ölkədə onadək insanı "vicdan məhbusu" elan edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?