Aprelin 1-dən #hamısınıAZADet #freethemALL kampaniyasının ikinci mərhələsinə başlanılıb. Bu barədə hüquq müdafiəçisi Rəsul Cəfərov facebook səhifəsində yazıb.
“Əsas məqsədimiz və çağırışımız dəyişməz olaraq qalır - siyasi məhbusların hamısı azadlığa buraxılsın!” Cəfərov yazıb.
O insanları aşağıdakı təşəbbüsə qoşulmaqla kampaniyada fəal iştirak etməyə dəvət edir:
“Azərbaycanda 87 siyasi məhbus var”
“Qısa (30 saniyəyə qədər) bütün siyasi məhbusları azadlığa buraxmağa çağıran videomüraciətlərlə çıxış etməklə, aprelin 2-də yayılacaq müraciətlərə (petisiyalara) imza atmaqla, kampaniyanın frame və posterlərini kütləvi şəkildə paylaşmaqla, kampaniyaya yeni insanların cəlb edilməsində iştirak etməklə, rəsmilərin sosial şəbəkələrdəki səhifələrinə çağırışlar yazmaqla kampaniyaya qoşulmaq olar,” hüquq müdafiəçisi bildirir.
Yerli hüquq müdafiəçiləri ölkədə hazırda 87 şəxsi siyasi məhbus kimi tanıyır. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, bu il martın 26-da prezident İlham Əliyev 51 siyasi məhbusu əfv edib.
Rəsul Cəfərov: “Siyasi motivli təqib praktikasına son qoyulmalıdır”
Rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını bildirir. Yerli rəsmilərin fikirlərinə görə bütün fundamental azadlıqlar tam bərpa edilib, insanlar fikrilərinə, əqidələrinə görə təqib olunmur.
Bununla yanaşı Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyət göstərir. “Amnesty İnternational” təşkilatı ölkədə onadək insanı vicdan məhbusu elan edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?