Moskva şəhər məhkəməsi Rusiya "Zenit"inin hücumçusu Aleksandr Kokorin və "Krasnodar"ın yarımmüdafiəçisi Pavel Mamayevin apellyasiya şikayətinə və onların həbs müddətinin uzadılması qərarına baxıb.
Məhkəmə futbolçuların apellyasiya şikayətini rədd edərək, həbs qərarını qüvvədə saxlayıb. Beləliklə onlar sentyabrın 25-dək istintaq təcridxanasında qalacaq. Bu işdə iştirak edən digər şəxslər - Kokorinin qardaşı Kirill və onların dostu Aleksandr Protasovitskinin həbsxanada saxlanılması davam edəcək. Qeyd edək ki, futbolçularla birlikdə 4 nəfər ötən il oktyabrın 11-də həbs ediliblər. Onlar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunurlar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?