GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » AXCP ittiham etdi, Müsavat cavabını verdi

AXCP ittiham etdi, Müsavat cavabını verdi

Tarix: 7-01-2014, 13:51 Bölmə :Manşet Baxış: 751
 AXCP ittiham etdi, Müsavat cavabını verdi
“Müsavat partiyasının rəhbərliyində olan insanlar ilk əvvəl Rüstəm İbrahimbəyovun fəxri sədrlikdə olmasını bəhanə edirdi. Rüstəm müəllimin rəmzi xarakter daşıyan postdan getməsindən sonra da Müsavat Partiyası Milli Şuradan getmək məsələsini müzakirə mövzusu etdi. Əslində bu faktın özü göstərirdi ki, Müsavat partiyası Milli Şuradan getmək qərarını çoxdan verib və sadəcə, bəhanə axtarışında idi”.

Bu sözləri “Axar.az”a açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Müsavat partiyasının Milli Şuradan getməsi xəbərini şərh edərkən dedi. O bildirdi ki, Milli Şura hakimiyyətə qarşı mübarizə aparan təşkilatların birlik formatı idi. Müsavat rəhbərliyi bu birliyi öz korporativ maraqlarına qurban verdi:

“Milli Şura bütün müxalif düşərgənin birlik formatı idi və Prezident seçkilərində də bunu təsdiq edərək, cəmiyyətin dəstəyini aldı. Milli Şuradan çıxmaq qərarının arxasında Müsavat partiyasının rəhbərliyində olan şəxslərin özəl və korporativ maraqları durur”.

Fuad Qəhrəmanlı Müsavat rəhbərliyini mandat alverində də ittiham etdi:

“Bu maraqlar 2015-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı olub və Müsavata təklif edilən mandatlar ola bilər. Təəssüf ki, Müsavat partiyasının rəhbərliyi öz korporativ maraqlarına görə partiyanın siyasi kursunu dəyişdilər. Bu dəyişiklik Müsavatın hakimiyyətə qarşı loyallaşmasına səbəb olacaq. Çox güman ki, bu qərar təkcə cəmiyyətdə deyil, həm də Müsavat partiyasının daxilində etirazla qarşılanacaq”.

Musavat.com-un sorgusu üzrə bu açıqlamaya Müsavat Partiyasından cavab verilib. Belə ki, Müsavat Divanının üzvü Tural Abbaslı bildirib ki, yüzlərlə fədakar, mübariz cəbhəçiyə rəhbərlik edənlərin sırasında Fuad Qəhrəmanlı kimi qeyri-ciddi, qeyri-adekvat adamların olmasından təəssüf edir: "Təəssüf ki, Müsavat kimi şərəfli tarixi keçmişi olan bir partiyanın atdığı addımlara Fuad Qəhrəmanlı kimi qeyri-adekvat adamlar münasibət bildirir".

Tural Abbaslı Fuad Qəhrəmanlının Müsavata yönəlik ittihamlarının hamısının boş və mənasız söz yığını, qarayaxma olduğunu vurğuladı: "Azərbaycanda ağlı başında olan, siyat səhnəsində cərəyan edən hadisələrdən xəbərdar hər kəs çox gözəl bilir ki, Müsavat heç vaxt hakimiyyətlə separat danışıqlarda, mandat alverində iştirak etməyib və bundan sonra da heç vaxt iştirak etməyəcək. Mən onlardan soruşmaq istəyirəm ki, əgər, Müsavat hakimiyyətlə nə vaxtsa separat danışıqlar aparıbsa, onda indiyə qədər niyə Müsavatın başqanı İsa Qəmbər heç olmasa bir dəfə də olsa, parlamentə seçilənlərin sırasına düşə bilməyib? Azərbaycanda hansı partiyaların sədrlərinin vaxtaşırı hakimiyyətdən deputat mandatı ala bildiyinə diqqət yetirdikdə hər şey aydın olur. Mən Müsavata qarşı bu cür səviyyəsiz açıqlamanı AXCP-nin adına yaraşdırmadım. Yalnız onu deyə bilərəm ki, ayıb olsun. Çox təəssüf edirəm ki, AXCP-nin rəhbərliyində Fuad Qəhrəmanlı kimi adamlar təmsil olunurlar".

Müsavat başqanının müşaviri Mehman Cavadoğlu da AXCP sədrinin müavini Fuad Qəhrəmanlının partiyanın Milli Şuradan çıxması ilə bağlı səsləndirdiyi ittihamlara cavab verib.

Mehman Cavadoğlu “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Fuad Qəhrəmanlının səsləndirdiyi ittihamlar əsassız ittihamlardır: “Müsavat Partiyası heç vaxt hakimiyyətlə əməkdaşlıqda iştirak etməyib. Bundan sonra iştirak etməyəcək. İstərdim ki, insanlar fikirlərini ifadə edərkən diqqətli olsunlar”.

Müsavat Divanın üzvü İkram İsrafil də facebook səhifəsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ittihamlarına cavab verib: “Fuad Qəhramanlıya xəbərdarlıq edirəm ki, onun yaşı çatmayan vaxtlar partiyasinda nələr olub keçdiklərini bir öyrənsin, sonra danışsın. Bəlkə, mandat alverini Azərbaycan bazarına ilk çıxaranın kimliyini bilmir, bilmirsə öyrənsin. Yox bilir də özünü bilməmiş kimi göstərmək istəyirsə, onda adama deyərlər saxla, səndən siyasətçi yox, heç cəbhəçi də olmaz”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müsavata sərt ittiham: “Onlara mandat söz verilib”

    Müsavata sərt ittiham: “Onlara mandat söz verilib” ...

    7-01-2014, 13:12

  • 
  • Müsavat Partiyası Milli Şuranı tərk etdi

    Müsavat Partiyası Milli Şuranı tərk etdi ...

    7-01-2014, 12:36

  • 
  • Müsavat bu gün Milli Şura ilə bağlı son qərarını verəcək

    Müsavat bu gün Milli Şura ilə bağlı son qərarını ...

    9-12-2013, 11:59

  • 
  • İsa Qəmbər və Müsavat Milli Şuradan gedir

    İsa Qəmbər və Müsavat Milli Şuradan gedir ...

    3-12-2013, 22:43

  • 
  • Yeganə Hacıyeva: “İstefam Müsavatın Milli Şuradan ayrılmaq istəyi ilə bağlı idi”

    Yeganə Hacıyeva: “İstefam Müsavatın Milli Şuradan ...

    7-01-2014, 14:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu