Hüquq müdafiə təşkilatı siyasi və ömürlük məhbusların azadlığa buraxılmasını tələb edir
Aprelin 26-da “Siyasi Məhbuslara Azadlıq” İttifaqı “Siyasi məhbuslara, o cümlədən ömürlük məhbuslara azadlıq” mövzusunda dinləmələr keçirib.
Dinləmələrin nəticəsi olaraq qəbul edilən bəyanatda insan hüquqlarının tam bərpa olunması, siyasi və ömürlük məhbuslara azadlıq, söz və fikri ifadə etmək azadlığı,ədliyə-məhkəmə sisteminin yenidən qurulması, hüquq müdadfiəçiliyi və nümayəndəlik institutunun bərpa edilməsi, işgəncələrin qadağan edilməsi tələb edilir.
Müzakirələrə “Sülh və Demokratiya” institunun hazırda mühacirtədə olan direktoru Leyal Yunus da qoşulub. O bildirib ki, Azərbaycan hökuməti Avropa Şurasına üzv olan zaman ömürlük məhbusların işinə yenidən baxılacağı ilə bağlı öhdəlik götürüb.
“Hökumət Avropa Şurası qarşısında siyasi və ömürlük məhbuslarala bağlı götürdüyü öhədliyi hələ də yerinə yetirməyib,” o qeyd edib.
“Siyasi Məhbuslara Azadlıq” İttifaqının koordinatoru Elşən Həsənov Amerikanın Səsinə müsahibəsində bildirib ki, prezidentin bu il martın 16-da imzaladığı əfv sərəncamı siyasi məhbus problemini həll etməyib.
“Bizim təşkilatın siyashısında 138 nəfər siyasi məhbus var idi. Əfv sərəncamından sonra yenə də 87 nəfər siyasi məhbus həbsdə qalır. Bununla yanaşı 20 ilədək cəza çəkən ömürlük məhbuslar hələ də Qobustan Qapalı Həbsxnasındadır,” o qeyd edib.
Keçmiş baş nazir Surət Hüseynov azadlığa buraxılıb. Amma, Surət Hüseynovun komandanlıq etdiiyi “Qaranquş dəstəsi”nin üzvləri hələ də həbsdədir. “Siyasi Məhbuslara Azadlıq” İttifaqının bəyanatında əfv komissiyasından tələb edilir ki, ömürlük həbsə məhkum edilmiş və 20 ildən çox həbsdə saxlanılmış şəxlər şərtsiz azad edilməlidir.
“Həmin şəxsləri həbsdə saxlamağın nə hüquqi, nə də humanitar əsas yoxdur. 10 fevral 1998-ci ildə Milli Məclis ölüm cəzasının ömürlük həbs cəzası ilə əvəz edilməsi barədə qanun qəbul edib. Qanun qəbul olunmasına baxmayaraq hüquqi əsaslar olması üçün ömürlük həbsə məhkum edilmiş hər bir məhbus barədə məhkəmə qərarı olmalıdır. O vaxt ölüm cəzasına məhkum edilən 128 nəfər var idi. Onlardan 30-a yaxını artıq həbsxanada dünyasını dəyişib, qalanları isə ağır xəstədir və hökumət, cəmiyyət üçün heç bir təhlükə törətmir”.
Hüquq müdafiəçisnin sözlərinə görə, qanun ömürlük həbsə məhkum edilən şəxslərin hamsısına eyni şərtlərlə şamil edilib.
“Nəzərə alsaq ki, artıq 20 il həbsdə saxlanılıblar. 20 il ərazində bu şəxslərin heç birinin qayda pozuntusu olmayıb. Bu şəxslər Avropa İnsan Haqları dəyərlərinə, Azərbaycan konstitusiyasına görə azad olunmalıdır. Məsələn, keçmiş baş nazir Surət Hüseynov azadlığa buraxılıb. Amma, Surət Hüseynovun komandanlıq etdiiyi “Qaranquş dəstəsi”nin üzvləri hələ də həbsdədir. Amma, onlara əmri verən Hüseynov azadlıqdadır. Belə ədalət ola bilməz,” Həsənov qeyd edib.
Öz növbəsində, Azərbaycan hakimiyyəti ölkədə fundamental hüquqların tam bərpa edildiyini, siyasi məhbusların olmadığını bəyan edir. Rəsmi Bakı tənqidləri qəbul etmir və qərəzli sayır.
Bununla yanaşı, Azərbaycan məhbuslar və islahatlarla bağlı öhdəliklər götürüb. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?