GundemXeber.az xəbər verir ki, Moskvanın “Şeremetyevo” hava limanında çalışan əməkdaşların qəza enişi zamanı yanan “Sukhoi Superjet 100″ təyyarəsilə bağlı biyabırçı reaksiyasını əks etdirən videogörüntüləri üzə çıxıb.
Sosial şəbəkələrdə yayımlanan görüntülərdə təyyarənin enişini izləyən aeroport işçilərinin bu faciəyə sevinirmiş kimi gülmələri, müxtəlif atmacalar söyləmələri böyük təpkiyə səbəb olub.
Faciəni manitorda canlı izləyən Rusiya aeroportunun əməkdaşları baş verənləri lağ-lağı obyektinə çeviriblər. Onlardan biri “normal endi – atəşlə!” deyərək hırıldayır, digər işçilər də ona qoşulurlar.
Xatırladaq ki, qəza zamanı təyyarədə 78 nəfər olub. Onlardan yalnız 37-si sağ qalıb. Həmin videogörüntüləri təqdim edirik:
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?