Aviasiyanın inkişafı məsələləri üzrə Rusiya prezidenti yanında komissiyanın üzvü Yuri Sıtnik Moskvanın Şeremetyevo aeroportundakı qəzadan sonra “Sukhoi Superjet 100” (SSJ-100) təyyarələrdən imtina etməyə çağırıb.
Gundemxeber.az publika.az-a istinadən xəbər verir ki, onun sözlərini “Daily Storm” nəşri sitat gətirib. “Gözlərinizi açın və “Superjet”ə biletləri almaqdan imtina edin”, - Sıtnik bildirib. O xatırladıb ki, bu təyyarələrin istismara yararsız olduğunu dəfələrlə vurğulayıb. Dövlət Dumasının kontrol və reqlament üzrə komitəsinin sədr müavini Mixail Romanov hadisə ilə bağlı araşdırma başa çatana kimi “SSJ-100” seriyasından olan bütün təyyarələrin istismarını dayandırmağı tələb edib. Qeyd edək ki, ötən gün Moskvanın Şeremetyevo aeroportunda sərnişin təyyarəsi eniş zamanı qəzaya uğrayıb və yanıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?