GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Kompensasiya ödənişini almaq üçün 50 manat pul istəyiblər..." - GİLEY

"Kompensasiya ödənişini almaq üçün 50 manat pul istəyiblər..." - GİLEY

Tarix: 31-05-2019, 12:15 Bölmə :Cəmiyyət Baxış: 1 217
"Kompensasiya ödənişini almaq üçün 50 manat pul istəyiblər..." - GİLEY


“MuğanBank”ın kompensasiyaların ödənilməsi prosesindəki fəaliyyətindən narazılıq edən müştərilərin dediklərinə inansaq, belə nəticə çıxır ki, bank hətta ölkə başçısının sərəncamını da məhz özü istədiyi, özünə sərf edən formada həyata keçirir.

Əslində, sözügedən sərəncamda və Maliyyə Bazarlarına Nəzarət Palatasının hesablamalarında, eləcə də rəsmi Fimsa.az saytında vətəndaşlara hesablanan kompensasiya, güzəşt məbləği və qalıq borca aid hər şey açıq-aydın göstərilsə də, bankın müştəriləri bildirirlər ki, “Muğanbank”da onlara kompensasiya ödənişində əngəllər yaradılır.

“Muğanbank”ın müştərisi Hüseynov Dəyanət İnqilab oğlu bildirir ki, Prezidentin sərəncamından sonra ona 301 AZN kompensasiya hesablandığı halda, “Muğanbank” Sumqayıt filialında ona kompensasiya ödənişini almaq üçün 50 AZN pul istəyiblər. Səbəbilə maraqlandıqda deyilib ki, Bankın baş ofisində Əhməd müəllimlikdir onunla danışın.

Yenilik.az əməkdaşı Əhməd adlı şəxslə danışdıqda bildirilib ki, oıa bilər müştərinin borcu var, halbuki Fimsa.az saytında bütün borclar çıxılmaqla 301 AZN ödəniş olunacağı göstərilib. Sumqayıt filialının müdiri şikayətçini qəbul etməyib və bildirilib ki, ancaq Baş ofisə getsə orda məsələ həll olunacaq.

Bu gün səhər Baş ofisə gedən şikayətçini yenə də o otaqdan bu otağa göndərə-göndərə axırda bankın rəhbərinin adına bir ərizə yazdırıb deyiblər ki, 1 həftəyə ərizəyə cavab veriləcək. Halbuki Prezidentin sərəncamı var və həmin sərəncam şərtsiz icra olunmalıdır.

Vətəndaşın şikayətini araşdırmaq üçün dəfələrlə banka zəng etsək də nə 933 Qaynar xəttinə, nə də 012 564 35 11 nömrəsinə cavab verən olmadı. “Muğanbank”dan məsələ ilə bağlı mövqe bildirən olarsa dərc edərik.

Lakin bu “MuğanBank”dan ilk şikayət deyil. Bu günlərdə Bankın Şəmkir filialından da oxşar bir şikayət gündəmi zəbt etmişdi. “Muğanbank”ın Şəmkir filialından müştərilərə kompensasiya ödənişi zamanı problemlər yaradılaraq pul tələb edildiyi iddia edilirdi. Bu barədə “Qafqazinfo”ya şikayət edilib.

Vətəndaş Qəhrəmanov Rövşən bildirib ki, 2015- ci ildə “Muğanbank”ın Şəmkir filialından Hüseynova Validə Əli qızının adına dollar krediti götürüb: “Kredit bağlanıb. Bizə 913 manat kompensasiya düşür. Bank bizdən 240 manat pul istəyir. Deyir ki, bu pulu gətirməsəniz, kartınızı ala bilməyəcəksiniz. İşçilər deyirlər ki, bizə guya güzəşt edilib. Hansı sənədlə güzəşt edilib? Bunu sübutla ortaya qoyan yoxdur. Halbuki biz artıqlamasıyla kreditimizi bağlamışıq. Bu cür problemi tək bizə yox, müştərilərin çoxuna yaşadırlar”.

Digər müştəri Hacıyeva Yavər Seymur qızı isə qeyd edib ki, o da 2015- ci ildə 2000 dollar kredit götürüb: “Krediti ödəyib bitirmişik. Hazırda bizə 1600 manat kompensasiya düşür. Bizdən də 516 manat pul tələb edirlər”.

“Qafqazinfo” məsələ ilə bağlı “Muğanbank”la əlaqə saxlayıb. Bankdan bildirilib ki, heç kimdən rüşvət istənilə bilməz. Adları çəkilən şəxslər və digərləri bankın filial müdirinə yaxınlaşa bilərlər. Kompensasiya hesablanmış müştərilər kartlarını ala bilərlər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​“1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - BANKDAN AÇIQLAMA

    ​“1600 AZN kompensasiya düşür, 516 manat rüşvət ...

    14-05-2019, 12:27

  • 
  • "Access Bank"dan kompensasiya fırıldağı - GİLEY

    "Access Bank"dan kompensasiya fırıldağı ...

    16-04-2019, 12:03

  • 
  • Bağlanan 4 bankın əmanətçisinə 15 milyon manatdan çox kompensasiya ödənilib

    Bağlanan 4 bankın əmanətçisinə 15 milyon manatdan ...

    5-08-2016, 14:53

  • 
  • Məşhur kəndin sakinləri ilə "Muğanbank" arasında qalmaqal

    Məşhur kəndin sakinləri ilə "Muğanbank" ...

    9-09-2014, 13:15

  • 
  • Eks-deputatın tükürpədici rəzaləti

    Eks-deputatın tükürpədici rəzaləti ...

    13-01-2017, 20:39


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu