“Muğanbank” xəstə şəhid anasını cərimələdib Şəhid anası redaksiyamıza şiakyət məktubu yazıb
Əliyeva Ədilə Həmdulla qızı bildirib ki, müalicəsi üçün maliyyə çətinliyi yaranıb. Ona görə də kreditə pul almaq məcburiyyətində qalıb.
Şəhid anası “Muğanbank” ASC-yə üz tutub. Sonra borc pulu ödəmək iqtidarında olmayan Ədilə anaya qarşı iddia ərizəsi ilə “Muğanbank” ASC məhkəməyə müraciət etməli olub.
Quba Rayon Məhkəməsinin 02 sentyabr 2015-ci il tarixliəmri ilə 1255,65 manat əsas, 234,02 manat faiz olmaqla, cəmi 1489,68 manat məbləğində borc pul və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun şəhid anasından tutularaq “Muğanbank” ASC-nin xeyrinə ödənilməsi əmr edilib.
Həmin dövrdən Ədilə ananın pensiyasının yari hissəsi “Muğanbank” ASC-nin xeyrinə tutulur. Ədilə ana öz balasını Azərbaycan Dövlətinə qurban vermiş, lakin şəhidlərin hesabına düşməndən qorunmuş Azərbaycan Dövləti və “Muğanbank” ASC Ədilə anaya 1000 manat pulu bağışlamağa qıymayıb.
Bu hal bank adına utanverici, rəzil bir haldır. Şəhid anası xəstəliyinin müalicəsi üçün kredit götürür, ödəyə bilmir və heç bir mənəvi xətt gözləmədən onu məhkəməyə verib cərimələdirlər.
Muğanbank” ASC keçmiş deputat, “Odlar Yurdu”nun rəhbəri Əhməd V əliyevə məxsusdur. Bu fakt eks-deputatın adına rəzalət, rüsvayçılıq və tükürpədici bir haldır. Bütün qırmızı xətti keçən bank xəstə döşəyində həyatla çarpışan şəhid anasını cərimələdərək daha çox pul qoparır.
Ötən il mediada “Muğanbank”ın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyevin şərikli müəssisəsi olduğu barədə məlumat yayılmışdı.
Doğrudur, Milli Məclisin deputatı, “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev bu məlumatları təkzib etməyə çalışmış və “Muğanbank”ın onun üçün kənar bank olmasını iddia etmişdi.
Ancaq qızı və kürəkənin birlikdə bankın səhmlərinin 75 faizindən çoxuna nəzarət etməsi “Muğanbank”ın rektor üçün kənar bank olmadığını göstərir.
Üstəlik “OdlarYurdu” Universitetinin bank hesabları da bubankdaolub. Yəni, “Muğanbank”la “Odlaryurdu” universitetinin rektoru Əhməd Vəliyevi bir-birinə bağlayan tellər çoxdur.
O ki qaldı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin naziri Eldar Mahmudovla “OdlarYurdu” universitetinin rektoru Əhməd Vəliyev arasında münasibətlərə, onların arasında çox yaxın münasibətlər olub.
“OdlarYurdu” Universitetində E. Mahmudovun atası akademik Əhməd Mahmudovun doğum günləri qeyd olunub.
Ali məktəbdə akademikin adını daşıyan Elmi-Tədqiqat Mərkəzi yaradılıb.Həmçinin “OdlarYurdu” Universitetinin tələbələrinə Əhməd Mahmudov adına təqaüd verilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?