Dövlət ittihamçısı realliq.info saytının baş redaktoru İkram Rəhimova 6.5 il həbs istəyib.
Dövlət ittihamçısı iyunun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə çıxış edib. O jurnalistin Cinayət Məcəlləsinin 182.2.2-ci (təhdid yolu ilə pul tələb etmək, təkrarən törədildikdə) maddə ilə təqsirli bilinməsini istəyib.
Vəkil Elçin Sadıqov yekun çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Hakim növbəti iclası iyunun 12-nə təyin edib.
İkram Rəhimov 2018-ci il oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsi jurnalist barədə həbs qətimkan tədbiri seçib.
O, həbsinin sifarişli olduğunu bildirib və həbsindən öncə Azərbaycan prezidentinin köməkçisini tənqid etdiyinə görə izlənildiyini deyib.
Prezidentin köməkçisi jurnalistin dediklərinə münasibət bildirməyib. Ancaq Mətbuat Şurası onun açıqlamalarını əsassız sayıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında İkram Rəhimov başqalarından pul tələb etməkdə günahlandırılır.
İkram Rəhimov Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) maddələri üzrə şübhəli şəxs kimi saxlanaraq, cinayət məsuliyyətinə cəlb edilib.
Rəhimov 2016-cı ildə böhtana görə 1 il müddətinə azadlıqdan məhrum edilib, daha sonra vaxtından əvvəl azadlığa buraxılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?