Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev müxalifətçi jurnalist Elçin İbrahimlinin sosial şəbəkədə yazdığı fikirlərə görə, Astara Pedaqoji Kollecində şöbə müdiri işləyən bacısı qızı Nurana Mikayılovanı işdən çıxarıb.
Bu haqda Sozcu.az-a məlumat verən Elçin İbrahimli bildirib ki, bacısı qızı Nuranə Mikayılova Bakı Dövlət Universitetinin magistraturasını qırmızı diplomla bitirib. Bütün bunlara baxmayaraq, icra başçısı Qəzənfər Ağayev 2 uşaq anası olan savadlı bir kadrı işsiz qoyub.
Elçin İbrahimli bildirib ki, bununla bağlı məhkəməyə müraciət edərək, hüquqi mübarizəsini aparacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?