GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Vətəndə yaşamaq daha yaxşıdır...

Vətəndə yaşamaq daha yaxşıdır...

Tarix: 18-06-2019, 22:54 Bölmə :Cəmiyyət Baxış: 497
Vətəndə yaşamaq daha yaxşıdır...


Amerika Birləşmiş Ştatlarının nəhəng bir dövlət olduğunu, dünya iqtisadiyyatında mühüm rol oynadığını danmaq ağılsızlıq olar.

Sözsüz ki, bu ölkə digər dünya ölkələrinin daxili və xarici siyasətinə təsir etmək imkanlarına malikdir. Bunu hamı bilir. Məqsədim ABŞ-ı heç də pisləmək, aşağılamaqdan ibarət deyil. Sadəcə bir çoxlarına maraqlı olar deyə, bu ölkədə yaşadığım dörd il ərzində gördüklərimi, şahidi olduğum hadisələri sizinlə bölüşmək istəyirəm. Hələlik söhbətimi iki sual üzərində quracam: ABŞ bir ölkə kimi necədir? Bir çox insanın həsəd apardığı bu ölkədə sadə vətəndaşların həyat tərzi və burada yaşamağın müsbət və mənfi tərəfləri hansılardır?

Vətəndə yaşamaq daha yaxşıdır...


Əvvəla, onu qeyd edim ki, beş-altı nəhəng şəhərini çıxmaq şərti ilə ABŞ-ın digər şəhərlərində həyat elə də qaynar deyil. Günün axşama dönən vaxtında bu şəhərlər adama kimsəsiz məkanları xatırladır. Küçə və prospektlərdə şütüyən beş-on maşından başqa heç kim nəzərə çarpmır. Əsas küçələr istisna olmaqla məhəllə daxili yollar heç də bizim yollardan yaxşı deyil. Məsələn, bir vaxtlar iqtisadi göstəricilərinə görə ABŞ-ın ən qabaqcıl ştatlarından biri olmuş Miçiqanın Lansinq şəhərində hələ də ağacdan hazırlanmış işıq dirəklərindən istifadə olunur. Şəhərdəki körpülər ötən əsrin 60-cı illərində salınan sovet respublikalarındakı körpüləri xatırladır...

Vətəndə yaşamaq daha yaxşıdır...


Ölkənin yaşı elə də çox olmadığından burada əhəmiyyətli tarixi abidələrə rast gəlmək olmur. Bir neçə məşhur avtomobillərin istehsal olunduğu Detroit şəhəri ilə Lansinq şəhərinin arasında bir vaxtlar kimyəvi zavodlar fəaliyyət göstərdiyi üçün bu ərazilər ekoloji baxımdan elə də təmiz deyil. Burada su hövzələri zərərli kimyəvi maddələrlə qarışdığından əhalinin böyük bir hissəsi içməli suyu dükanlardan alıb istifadə edir...

Vətəndə yaşamaq daha yaxşıdır...


İri şəhərlərdə- Vaşinqton, Nyu York, Çikaqoda olarkən bu şəhərlərin elə də təmiz olmadığının şahidi oldum. Ətrafda zibil qutuları olmasına baxmayaraq, müxtəlif tullantılara rast gəlmək mümkündür.

Vətəndə yaşamaq daha yaxşıdır...


Metro qatarları təmiz və səliqəli olsa da nə qatarlar, nə də metro stansiyaları heç də bizimkilərdən yaxşı deyil. Əksinə, yeraltı stansiyaların işıqlandırma sistemi çox zəifdir. Stansiyaların bir çoxu bomjların gecələdiyi məkanlara çevrilib.

Şəhəri gəzib dolaşdıqca döngələrdə, işıqforların yanında dayanan müxtəlif plakatlı adamlara tez-tez rast gəlmək olur. Həmin plakatlarda əsasən- “Mən muharibə vetranıyam, xahiş edirəm yardım edin”, “Mən işsizəm, mənə yardım edin” və s. cümlələr yazılıb. Avtobusla gedərkən adamdan bir dollar istəyən içki düşkünləri də istisna deyil. Elə düşünməyin ki, bu insanlar miqrantlardır, əksinə yerli amerikalırdırlar. Mənim üçün də çox maraqlı idi ki, kifayət qədər iş yeri olan bu ölkədə nədən belə hallara tez-tez rast gəlmək olur. Hərçənd ki, normal maaşlı işdə çalışmaq üçün burada ali təhsil, peşə kolleclərinin diplom və sertfikatlarını almaq vacibdir. Yüksək əməkhaqqı verən müəssisələrdə işə düzəlmək isə çox çətindir. Mütəxəsis olduğuna inandırmaqdan ötrü müəyyən test yoxlanışlarından keçməlisən. Qeyri halda böyük şəhərləri çıxmaq şərti ilə əksər inzibati ərazilərdə əmək gününün bir saatı ilk vaxtlar doqquz dollar yarım qiymətləndirilir və bir müəssisədə həftədə qırx saatdan artıq işləməyə icazə verilmir. İllər ötdükcə həmin insan eyni müəssisədə işləyərsə hər saata görə ödəniş hər il yetmiş beş sent, bir dollar artır. Əhalinin böyük hissəsi saat hesabı işlədiyindən aylıq məvacib alanlara nisbətən çoxluq təşkil edirlər. Nəzərə alaq ki, burada insanların əksəriyyəti icarəyə götürdükləri mənzillərdə yaşayırlar, əsasən evdə deyil, restoran və kafelərdə qidalanırlar aldıqları məvacib elə də çox deyil. Şəxsi evlər isə əsasən əhalinin varlı təbəqəsinin və kreditlə alınan, illərlə banka borc ödəyən insanlara məxsusdur. Yəni adi əməkhaqqı ilə burada ev sahibi olmaq çox çətindir. Bunun üstünə torpaq vergisini gələndə əhalinin böyük bir hissəsi şəxsi evə yiyələnməkdən vaz keçir. Çünki alınan ev şəxsin özəl mülkü sayılsa da onun yerləşdiyi torpaq sahəsi dövlətə məxsusdur. Yerindən asılı olaraq ev sahibi təxminən üç mindən başlayaraq iyirmi beş min dollaradək hər il dövlətə torpaq vergisi ödəməlidir. Bu ölkədə hər şeyin öz vergisi var. Və vergidən yayınmaq qeyri mümkündür...

Vətəndə yaşamaq daha yaxşıdır...


Bir neçə şatatdan başqa ölkənin hər bir yerində insanlar aldıqları ərzaq üçün də əlavə vergi ödəyirlər. Bu isə alınan ərzaqların dəyərinin 6-8 faizi deməkdir. ABŞ-a gəldiyim ilk vaxtlar müşahidə etdiyim bir mənzərə əvvəlcə məni heyrətləndirsə də sonralar əsl həqiqəti bilib acıyırdım. Təsəvvür edin, hər kəsin cibində üç-beş müxtəlif bankların pul kartı var. Və onlardan biri əmək haqqı kartıdırsa, yerdə qalanları kredit kartlarıdır. İnsanların böyük əksəriyyəti banklara borcludur. Doğrudur, burada banklar müştərilərə krediti kiçik faizlə və uzun müddətə verir, amma illərlə borc ödəmək heç də ürəkaçan hal deyil. Müqayisə üçün bir neçə fakt üzərində dayanacam. Orta məktəb müəlliminin illik maaşı təxminən iyirmi min dollardır. Bu məbləğdən hər ay təxminən altı yüz dollar yaşadığı mənzil üçün kirayə haqqını, komunal xərcləri (internet, kabel televiziyası, telefon, elektrik və s.), sağlamlıq üçün illik sığorta pulunu çıxdıqdan sonra ortada qalan pulla necə zəngin yaşamaq olar? Odur ki, burada insanların bir meyarı var-işləmək, işləmək, yenə də işləmək!..
Bəlkə də bundan irəli gəlir ki, ABŞ-da insanların sosial həyatı sıfır səviyyəsindədir. Qohumluq əlaqələri zəif, qonşuluq münasibətləri elə-belə, ailə müqəddəsliyi qeyri normal, insanlar arasındakı ünsiyyət diplomatik xarakter daşıyır, quru və məqsədli. Burada el-oba, yurd müqəddəsdi anlayışı da yoxdur. Bu şəhərdən digərinə çox asanlıqla köç edirlər. Hər şey tapdığın iş yerindən asılıdır. Ailələrin çoxu pərəm-pərəmdir. Diqqət, qayğı məhdud olduğundan amerikalılar arasında yaşlı valideynlərin əksəriyyəti qocalar evində, övladlar isə dolanışıq xətrinə səhərdən axşama kimi işdə olurlar…

Qəribədir, ABŞ-da məskunlaşan qeyri amerikalıların əksəriyyətinin övladları üçün milli kimlik elə də əhəmiyyət kəsb eləmir, necə deyərlər, hansı millətə mənsub olmasından asılı olmayaraq amerkalılaşırlar. Doğru deyiblər, kim hansı millətin dilində düşünürsə o millətə aiddir. Nümunə üçün bir mənzərəni açıqlayım. Dörd ildə tanış olduğum azərbaycanlı ailələrin bir çoxunda övladları azərbaycanca danışa bilmir. Ünsiyyət baxımından soyuqqanlılıqları ilə Azərbaycanda yaşayan uşaqlardan kəskin fərqlənirlər. İndi təsəvvür edin, onlardan sonra gələn nəsil tamami ilə yadlaşacaq, azərbaycanlı olduqlarından əsər-əlamət qalmayacaq…

Bu yerdə İndiana ştatında əlli ildən yuxarı yaşayan bir qocaman türk professorun dediklərini sizin də nəzərinizə çatdırmaq istəyirəm: “Mən Amerikada çox uğurlara imza atdım, iki övlad böyüdüb mükəmməl təhsilə yiyələnmələrinə şərait yaratdım. İllərdir ki, üzlərinə həsrətəm. Türk kimi doğulsalar da amerikalı kimi böyüdülər. Milli mənsubiyyətlərindən savayı onların heç birində türklükdən əlamət yoxdur. Elə düşünməyin ki, günahkar mənəm, əsla yox. Onları bu cür edən Amerika oldu…”

Söhbətimin sonunda Amerikada, o cümlədən digər xarici ölkələrdə xoşbəxtlik tapacağını güman edən bəzi soydaşlarımıza demək istəyirəm ki, heç də siz düşündüyünüz kimi deyil. Əgər vətənində sənin və ya ailə üzvülərinin həyatına təhlükə yoxdursa, öz məmləkətində, doğmlar arasında yaşamaq daha yaxşıdır...

Elman Eldaroğlu,
ABŞ, Miçiqan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tehran: Sanksiyalar İranda həyat səviyyəsinə mənfi təsir etsə də, ABŞ məqsədinə çatmayacaq

    Tehran: Sanksiyalar İranda həyat səviyyəsinə ...

    25-12-2018, 16:40

  • 
  • Prezident İlham Əliyev ABŞ səfirliyində olub

    Prezident İlham Əliyev ABŞ səfirliyində olub ...

    5-12-2018, 12:45

  • 
  • ABŞ-dan Türkiyəyə tarixi sanksiya — DÜNYA ŞOKDA

    ABŞ-dan Türkiyəyə tarixi sanksiya — DÜNYA ŞOKDA ...

    9-10-2017, 14:35

  • 
  • “Hökumət monolit deyil”

    “Hökumət monolit deyil” ...

    20-05-2014, 10:06

  • 
  • PUTİN RUSİYASI AMERİKANLARI NİYƏ QORXUDUR? – “ABŞ Rusiyaya bənzəməyə başlayır”

    PUTİN RUSİYASI AMERİKANLARI NİYƏ QORXUDUR? – “ABŞ ...

    22-08-2017, 23:12


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu