GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » PUTİN RUSİYASI AMERİKANLARI NİYƏ QORXUDUR? – “ABŞ Rusiyaya bənzəməyə başlayır”

PUTİN RUSİYASI AMERİKANLARI NİYƏ QORXUDUR? – “ABŞ Rusiyaya bənzəməyə başlayır”

Tarix: 22-08-2017, 23:12 Bölmə :Dünya Baxış: 530
PUTİN RUSİYASI AMERİKANLARI NİYƏ QORXUDUR? – “ABŞ Rusiyaya bənzəməyə başlayır”


Amerikalıların Putin Rusiyasına mübtəla olmasında nə isə bir qəribəlik var. Əlbəttə, Krımın ilhaqı, Rusiyanın Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar, onların xarici ölkələrdəki seçkilərə müdaxilə etməsi və digər məsələlər bir çox amerikalını həyəcanlandırmaya bilməz.

Lakin görəsən nə üçün ABŞ liberallarını geosiyası ambisiyaları ilə birlikdə Çinin artan iqtisadi gücü, radikal islamın ideoloji potensialı və nüvə silahına yiyələnən Şimali Koreyanın dəliliyindən daha çox, məhz Rusiya həyəcanlandırır.
Hal-hazırda Rusiya ciddi demoqrafik problemlər yaşayır və bu ölkənin modernləşmə ilə bağlı çətinlikləri var. Rusiyanın iqtisadiyyatı hədsiz dərəcədə təbii resurslardan asılıdır. Rusiyanın əhalisi planetin ən savadlılarından biridir. Amma buna baxmayaraq, Rusiya sənaye dünyasında əmək məhsuldarlığına görə aşağı göstəriciyə malikdir.
Əlbəttə, Vladimir Putin güclü və amansız liderdir. O, ölkə daxilində xalq dəstəyinə malikdir, amma Rusiya dövlət institutları səmərəsizdir və korrupsiya girdabına batıblar. Rusiya məmurları hakimiyyət və pul uğrunda bir-biri ilə aktiv mübarizə aparırlar. Cənab Putinin hakimiyyətdən getməsindən sonra Rusiyanı nələrin, hansı gələcəyin gözlədiyini təsəvvür etmək çətin deyil.
Axı Rusiyaya qarşı münasibətdəki gərginliyin səbəbi nədir? Məgər cəmi iki il bundan əvvəl Barak Obama Rusiyanı dünya səviyyəli yox, regional böyük dövlət adlandırmırdı? Məgər hətta indi də, əksər ekspertlər demirlərmi ki, Rusiyanın bütün aqressiv və hərbi qüdrətinə, dünyadakı Amerikan təsir dairəsinə rəqib olmağa can atmasına baxmayaraq, onu yüksəlişə keçən ənənəvi nəhəng dövlət adlandırmaq olmaz?
Keçən il “Foreign Affairs” dərgisində tanınmış amerikalı tarixçı Stiven Kotkin yazırdı: “Son beş yüz ildəki Rusiya siyasəti üçün başlıca xüsusiyyət, onun ölkə imkanlarını aşan ambisiyalarıdır”. Bu baxımdan əslində indi də heç nə dəyişilməyib. Amma bütün bunlarla yanaşı, elə bil ki, Rusiya amerikanları eyni zamanda həm qorxudur, həm də ovsunlayır. Bəlkə liberal Amerika üçün Moskva ilə Donald Tramp eyni anlama gəlir?
Bu sualın və eləcə də bizim zəmanəmizin bir çox mühüm sualının cavabını klassik rus ədəbiyyatında, Fyodr Dostoyevskinin “Oxşar” povestində tapmaq mümkündür.
Həmin əsər, öz oxşarı ilə qarşılaşdıqdan sonra dəlixanaya düşmüş kiçik məmurun həyat tarixindən bəhs edir. Məmurun oxşarı həm onun kimi görünür və həm də eynilə onun özü kimi danışır. Lakin həmin oxşarda özündən fərqli olaraq cazibədarlıq və özünə inam yoxdur. Dostoyevskinin personajını özündən çıxaran, həmin adamın ona bənzəməsi deyil, onun bu adamdakı xoşagəlməz mənfur tərəfləri görməsidir. Elə hal-hazırda ABŞ və Rusiya ilə məhz bu cür hadisələr baş verir.
Sovet İttifaqı uzun müddət ərzində Qərbin canına qorxu salmışdı, ona görə ki, o, tamamilə başqa cür idi. Orada Allahı inkar edirdilər, özəl mülkiyyət, siyasi plüralizm yox idi. Amerika yalnız kommunizmlə müharibəni uduzduğu təqdirdə sovetləşə bilərdi.
Amerikanlar anlayırlar ki, ABŞ və Rusiya tamamilə fərqli olmalıdır, lakin buna baxmayaraq, onlar Rusiyadakı əksər pataloji halların Birləşmiş Ştatlarda da baş verdiyini görürlər. Ona görə də, cənab Putinin Rusiyası amerikalıları bərk qorxudur. Rusiyanın dünyada hökmran ola biləcəyi liberal Amerikanı heç də qorxutmur. Hərçənd ki, liberallar bunu etiraf etməslər də, ancaq əsl həqiqətdə onlar ABŞ-ın Rusiyaya bənzəməyə başlamasından bərk qorxurlar.
İyirmi il ərzində Kreml durmadan öz problem və uğursuzluqlarını xarici müdaxilələrə bağlayıb. İndi Amerika da eynisini etməyə başlayıb. Trampın seçkilərdəki qələbəsi Amerika liberallarının xoşuna gəlmir və onlar bunu Putinin intriqalarının nəticəsi hesab edirlər.
Amerikan liberalları Rusiyanın avtoritarizmini demokratik institutlar çərçivəsində fəaliyyət göstərən qorxulu nümunə hesab edirlər. Rusiyanın “idarəolunan demokratiyası” əyani şəkildə göstərir ki, oradakı institutlar əvvəlcədən elə qurulub ki, əhali faktiki baxımdan əsas vətəndaş haqlarından məhrum olsun. Bununla yanaşı onlara səs verməyə imkan verilir.
Rusiya həmçinin elitanın xalqdan tamamilə qopduğu bir vəziyyətdə siyasətin necə görünməsinin də bariz nümunəsi ola bilər. Belə cəmiyyətdə nəinki ictimai bərabərsizlik hökm sürür, bu hal sadəcə olaraq adi norma sayılır.
Varlılardan ibarət dar bir zümrəyə məxsus olanlar, siyasi baxımdan seçicilər qarşısında heç bir məsuliyyət daşımırlar və onlar hər hansı ciddi zorakılığa əl atmadan uzun müddət ərzində hakimiyyətdə qala bilərlər. Onlara öz vətəndaşlarını əzmək və ya nəzarət etmək lazım deyil. Sadəcə olaraq, vətəndaşlara kiçik və xoşagəlməz bir şey kimi baxmaq və onların mövcudluğunu inkar etmək kifayətdir.
Ola bilər ki, bir müddətdən sonra fəhlə sinfindən olan amerikalılar başa düşəcəklər ki, Amerika və Rusiya iqtisadiyyatı arasındakı kəskin fərq, Silikon vadisinin rəhbərliyi altında həyata keçirilən texnoloji inqilab və sairə digər innovasiyalar, müəyyən bir vaxtdan sonra Qərb cəmiyyətini avtoritarizmə tərəf sürükləyə bilər. Necə ki, təbii sərvətlərin bolluğu Putin rejiminin yaranmasına yol açdı. Postsovet vətəndaşları kimi robotları da demokratiya qətiyyən düşündürmür.
Rusiyanın sosial və siyasi problemlərini uzun müddət izləyən amerikalılar hesab edirlər ki, ruslar sanki keçmişdə ilişib qalıblar və onların nə zamansa ABŞ kimi müasir ölkəyə çevrilmələri mümkündür. Ancaq belə düşüncələr də, demək olar ki, keçmişdə qalıb.
İndi əksər amerikalı Rusiyaya baxdıqda, elə bil ki, gələcəyə baxırlar və bundan çox qorxurlar. Amma xoşagəlməz hal, həmin qorxulu gələcəyin ruslarla yanaşı onları da gözləməsidir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putin ağlını itirir – Nüvə hücumundan danışıb

    Putin ağlını itirir – Nüvə hücumundan danışıb ...

    10-12-2015, 12:46

  • 
  • Vladimir Putin ABŞ-ı yenə İTTİHAM etdi

    Vladimir Putin ABŞ-ı yenə İTTİHAM etdi ...

    12-06-2013, 17:09

  • 
  • Putin Lenini ittiham etdi: "Rusiyanın altına bomba qoyub"

    Putin Lenini ittiham etdi: "Rusiyanın altına ...

    21-01-2016, 22:13

  • 
  • Keçi can hayında, qəssab piy axtarır - Putin müdafiə xərclərini artırır

    Keçi can hayında, qəssab piy axtarır - Putin ...

    20-12-2014, 23:16

  • 
  • Tramp və Putin arasında görüş başa çatıb -YENİLƏNİB

    Tramp və Putin arasında görüş başa çatıb ...

    7-07-2017, 22:56


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu