Tiflisdə dünən baş vermiş iğtişaşlardan sonra saxlanılan şəxslər arasında Ermənistan vətəndaşı da var.
Gundemxeber.Az bildirir ki, bu barədə Ermənistanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Qeyd olunur ki, saxlanılan şəxs - 24 yaşlı Minas Minasyan Ermənistanın Armavir rayonundandır.
Məhkəmənin qərarına əsasən, Minasyan 13 gün müddətində həbsdə qalacaq.
Təsdiq olunmayan məlumatlara görə, Tiflisdə cümə axşamı təşkil edilən mitinqə təxminən 10 min adam qatılıb. İğtişaşlar zamanı Daxili İşlər Nazirliyinin qüvvələri gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib. Yüzlərlə adam, o cümlədən onlarla polis yaralanıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?